Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-669/2021 14.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1966-cı ildə Quba rayonu, Alpan kəndində anadan olmuş əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, 27 sentyabr 2002-ci il tarixdə X7 ilə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. İki övladları vardır. X14 birinci Qarabağ müharibəsi döyüşçüsü olmuş, ayağından yaralanmışdır. Əri müharibədə psixioloji sarsıntı keçirmiş, yaddaşı pozulmuşdur. Hər keçən gün yoldaşının vəziyyəti daha da ağırlaşır. Hazırda ikinci qrup əlildir. 2017-ci ildə X14 insult keçirmiş və parkinson xəstəliyinə düçar olmuşdur. Bildirmək istəyir ki, əri yataq xəstəsidir. Onun kənar adam olmadan yaşaması mümkün deyil, nə öz fikrini ifadə edə nədə ki danışa bilmir. Onun bütün əziyyətlərini o, çəkir. Yoldaşını gəzdirir, yemək yedirdir. Ümüd Dadaşov daimi olaraq Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Onun xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlif dövlət orqanlarında öz xeyrinə olan müqavilələrin imzalanmasına razılıq verə bilmir və onun adından onun xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Odur ki, əri X4 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxsn nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəsinin 12 fevral 2021-ci il tarixli 148 №li arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır, lakin Quba rayonu Alpan kəndində yaşayır. İş materiallarında olan 08.07.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 16090303 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 02.05.1966cı il tarixdə Quba rayonu Alpan kəndində doğulmuşdur və yaşayış yeri də Quba rayonu Alpan kəndidir. İş materiallarında olan nikahın bağlanması haqqında 27 sentyabr 2002-ci il tarixdə verilmiş İİ-AZ seriyalı, 025107 №-li şəhadətnamədən görünür ki, X11 oğlu ilə X2 arasında nikah 27.09.2002-ci ildə bağlanmışdır. Nikahdan sonra arvada «Dadaşova» soyadı verilmişdir. İş materiallarında olan Ambulator, X9 Kartasından görünür ki, X1 RMX-nin Nevrologiya Şöbəsində stasionar müalicədə olmuş və o, İİ qrup dərəcəli Qarabağ müharibəsi əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkrar müayinədən keçən əlillər üçün verilmiş arayışdan görünürü ki, X7 2-ci qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan 021581 №li vəsiqədən görünür ki, X6 25.07.2019-cu il tarixdə DSMF-nin Quba rayon Şöbəsi tərəfindən İİ qrup əlillik vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X13-Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 27.04.2021-ci il tarixli, 907 saylı rəyindən görünür ki, X5 KEÇİRİLMİŞ İNSULT NƏTİCƏSİNDƏ YARANMİŞ AĞİR DEMENSİYA (AĞİL ZƏİFLİYİ). İİ-Lİ PARKİNSONİZM (F01) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və halhazırki psixitarik müayinənin nəticələri - 2017-ci ildə işemik insult keçirməsi, uzun müddət nevroloji müalicə almasına baxmayaraq vəziyyətində müsbət dinamikanın qeyd olunmaması, nevroloji əlamətlərlə yanaşı yaddaş və intellektinin pozulması, yanaşı ll-li parkinsonizm qeyd olunması, həmçinin hazırkı müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. X7 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ü.Ə.Dadaşov öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, iş üzrə ərizəçinin izahatını dinləyib iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X3 Ərizəçi əri olması, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 02.05.1966-cı il tarixdə Quba rayonu Alpan kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 02.05.1966-cı il tarixdə Quba rayonu Alpan kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-669/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-669/2021
14.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver