Məhkəmə qərarları › İş №2(027)-682/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-682/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-682/2024 04.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cü il tarixli, ******* saylı AKT əsasında, ona məxsus mənzilin **********01120 saylı abonent kodu üzərinə hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, 20 qəpik) məbləğində borc pulun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən evinin qaz sayğacı **********01120 nömrəli abonent kodu ilə adınadır. Hal-hazırda həmin evdə yaşayır və istifadə etdiyi qazın pulunu vaxtında ödəyir. Cavabdeh, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları xx.xx.2023-cü il tarixində evimdə olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək qaz sayğacını növbədən kənar yoxlamaya göndərmək məqsədilə xəttən ayıraraq, əvəzində yeni sayğac quraşdırıblar və sayğacın plombunu sökərək əvəzinə yeni plomb vurublar. Bundan sonra yeni sayğacdan istifadə edərək yandırdığı qazın pulunu vaxtında ödəmişdir. Sonradan xx.xx.2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında mənzilinin sayğacına 1555,20 manat borc hesablanmışdır. Aktda “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərindəki dörd plomb yuvalarının ətrafında kənar təsir izləri mövcuddur, sayğac istismara yararsızdır” qeydi yazılmışdır. Cavabdeh İBnin X2 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cü il tarixli ******* saylı AKT əsasında hesabladığı borcla razılaşmır. Sayğaca o və ailəsi tərəfdən müdaxilə edilməmişdir, bu faktı təsdiq edən heç bir sənəd yoxdur. Göstərilən sayğac istehlakçıya - ona məxsus ərazidə deyil, evindən kənarda quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının funksiyasina aiddir. Subyektiv mülahizələr əsasında ona məxsus qaz sayğacı üzərinə dəymiş ziyanın bərpası məqsədilə borcun hesablanması qanunsuzdur. Beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cü il tarixli, ******* saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərindəki dörd plomb yuvalarının ətrafında kənar təsir izləri və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayı üzrə 1555,20 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərindəki dörd plomb yuvalarının ətrafında kənar təsir izləri, sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1555,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1555,20 manat məbləğində borc iddiaçının **********01120 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********01120 saylı abonent hesabına hesablanmış 1555,20 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar