Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-683/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN:138 KOD:30321038 nömrəli Dövlət Aktının atası X5, anası X2, qardaşları X6, X9, bacısı X3 ilə yanaşı o - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 30321038 nömrəli Dövlət Aktına əsasən atası İsrafilov Əkbər oğluna və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,21 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa mülkiyyət hüququna dair JN-1xx xxx 30321038 nömrəli Dövlət Aktında onun adı “Ərizəçi” əvəzinə səhvən “X7” kimi yazılmışdır. O, Dövlət aktında qeyd olunmuş adında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********75 nömrəli xx xxxxxx 2021-ci il tarixli imtina məktubu almışdır. Ona görə də, Dövlət Aktındakı yanlışlıqları aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş JN:138, KOD 30321038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının surətindən görünür ki, X4 və onun ailə üzvləri - X2, X6, X9, X3 və Ərizəçi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktı tərtib edilərək 1,21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, X1 JN:1xx xxx 30321038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında adda yaranmış uyğunsuzlugun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən 1,21 ha torpaq sahəsi verilərək Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktı tərtib edilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X7” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN:1xx xxx 30321038 saylı Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-683/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-683/2021
19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver