Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-825/2021 09.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı1, İddiaçı2 Şair qızının və İddiaçı3 Qusar rayon Notariat Kontoruna və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras amlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı1, İddiaçı2 Şair qızı və İddiaçı3 Qusar rayon Notariat Kontoruna və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payların müəyyən edilməsi və miras amlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsində miras qoyanlar Şair Rəhimxanovun və Gülarə Rəhimxanovanın mirasına dair vərəsələrin paylarının müəyyən olunması tələb olunsa da, cavabdeh kimi yalnız Qusar rayon Notariat Ofisi göstərilmiş, mirasın bölüşdürülməsi ilə bağlı mirası qəbul etmiş hansı vərəsələr arasında mübahisənin olması, bununla bağlı tələbin hansı vərəsəyə qarşı yönəldiyi, mirasa dair hansı vərəsələrin vərəsəlik hüquqlarının tanınması dəqiq və konkret şəkildə göstərilməmiş, mirasa dair hər hansı vərəsənin vərəsəlik hüququnun tanınması ilə bağlı müvafiq sənəd ərizəyə əlavə olunmamışdır. Bundan başqa, Qusar rayon Notariat Ofisinə qarşı yönəlmiş iddia tələbi də dəqiq və konkret şəkildə göstərilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qusar rayon Şöbəsi müstəqil hüquqi şəxs, idarə olmadığı halda iddia ərizəsində işdə iştirak edən şəxs qismində göstərilmiş, lakin iddianın həmin şöbənin hansı maraqlarına toxunduğu qeyd olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1, İddiaçı2 Şair qızına və İddiaçı3 geri qaytarılsın. İddiaçı1, İddiaçı2 Şair qızına və İddiaçı3 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-825/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-825/2021
09.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver