Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-705/2021 27.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, X29, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, X29, Ərizəçi3 və Ərizəçi4 Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X29, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, JN 1xx xxx 30319038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, mərhum əri Yusopov Zhamala, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına, İşiqova (Yusupova) Dilfuzə Camal qızına, Mirəliyeva (Yusupova) Luiza Camal qızına Torpağa Mülkiyyət Hüququna dair JN- 1xx xxx 30319038 saylı Dövlət Aktının Bedirova Majit qızına, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına və İşiqova (Yusupova) Dilfuzə Camal qızına, məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, X29, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışdır ki, Quba rayonunda aqrar islahat keçirilən zaman Ərizəçi1 qızna, mərhum əri Yusopov Zhamala, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına, İşiqova (Yusupova) Dilfuzə Camal qızına, Mirəliyeva (Yusupova) Luiza Camal qızına Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli 06 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-117F, KOD 30319038 saylı Şəhadətnaməyə əsasən fərdi yaşayış evi tikintisi üçün 0,08 ha həyətyanı torpaq sahəsi və Ərizəçi1, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına, İşiqova (Yusupova) Dilfuzə Camal qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı Dövlət Aktına əsasən 1,61 ha torpaq sahəsi verilmişdir. Lakin JN-117F KOD 30319038 saylı Şəhadətnamədə və JN-1xx xxx 30319038 saylı Dövlət Aktında torpaq mülkiyyətçiləri kimi adları, soyadları və atalarının adları səhv göstərilmişdir. Belə ki, JN-117F, KOD 30319038 saylı Şəhadətnamədə Ərizəçi1 adı səhvən X32 kimi, məhrum əri Yusopov Zhamalın adı səhvən X24 kimi, (X12 xx xxxx 1988-ci ildə Özbəkistan Respublikası Buxara vilayəti Qalla-Asiya şəhərində nikah qeyd etdirib, nikahdan sonra qızlıq soyadı olan Bədirova soyadında qalıb), Mirəliyeva (Yusupova) Meyriban Jamal qızının adı səhvən X16 (xx xxxxxxxx 2007-ci ildə X17 ilə nikah qeyd etdirdikdən sonra Mirəliyeva soyadının qəbul edib), İşiqova (Yusupova) Dilfuzə Camal qızının adı səhvən X25 kimi ( X35 ilə xx xxxxxx 2014-cü il tarixdə nikahı qeyd etdirib və İşiqova soyadının qəbul edib), Mirəliyeva (Yusupova) Luiza Camal qızının adı səhvən X6 (X21 ilə xx xxxx 2018-ci il tarixdə ailə qurub Mirəliyeva soyadının qəbul edib) yazılmışdır. Bundan başqa JN-122, KOD 30319038 saylı Dövlət Aktında Ərizəçi1 adı səhvən X26 kimi, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızının adı səhvən X19, İşiqova (Yusupova) Dilfuzə Camal qızının adı səhvən X27 kimi yazılmışdır. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin şəhadətnamədə və Dövlət Aktında onların soyadı və adları, düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən şəhadətnamədəki yanlışlıqları aradan qaldırmaq mümkün deyil və məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Göstərilənləri nəzərə alaraq, JN 1xx xxx 30319038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, mərhum əri Yusopov Zhamala, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına İşiqova (Yusupova) Dilfuzə Camal qızına, Mirəliyeva (Yusupova) Luiza Camal qızına Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı X2, Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına, İşiqova (Yusupova) Dilfuzə Camal qızına, məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə Ərizəçi1, ərizəni müdafiə edərək göstərdi ki, ərizədə ona aid JN-117F, KOD 30319038 saylı Şəhadətnamədə Ərizəçi1 adı səhvən X32 kimi, məhrum əri Yusupov Zhamalın adı səhvən X24 kimi, bundan başqa JN-122, KOD 30319038 saylı Dövlət Aktında Ərizəçi1 adı səhvən X26 kimi yazılan hissədə Ərizəçi1 və mərhum əri Yusopov Zhamala məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, X12 xx xxxx 1988-ci ildə Özbəkistan Respublikası Buxara vilayəti Qalla-Asiya şəhərində nikah qeyd etdirib, nikahdan sonra qızlıq soyadı olan Bədirova soyadında qalıb Məhkəmədə ərizəçi X29 ərizəni müdafiə edərək göstərdi ki, ərizədə ona aid JN-117F, KOD 30319038 saylı Şəhadətnamədə İşiqova (Yusupova) Dilfuzə Camal qızının adı səhvən X25 kimi Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı X42 (Yusupova) Dilfuzə Camal qızının adı səhvən X27 kimi yazılan hissədə İşiqova (Yusupova) Dilfuzə Camal qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, X35 ilə xx xxxxxx 2014-cü il tarixdə nikahı qeyd etdirib və İşiqova soyadının qəbul edib. Məhkəmədə ərizəçi Mirəliyeva (Yusupova) Meyriban Jamal qızı ərizəni müdafiə edərək göstərdi ki, ərizədə ona aid JN-117F, KOD 30319038 saylı Şəhadətnamədə Mirəliyeva (Yusupova) Meyriban Jamal qızının adı səhvən X16 kimi, bundan başqa JN-122, KOD 30319038 saylı X33 (Yusupova) Meyriban Jamal qızının adı səhvən X19 kimi yazılan hissədə Mirəliyeva (Yusupova) Meyriban Jamal qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, xx xxxxxxxx 2007-ci ildə X17 ilə nikah qeyd etdirdikdən sonra Mirəliyeva soyadının qəbul edib Məhkəmədə Ərizəçi4 ərizəni müdafiə edərək göstərdi ki, ərizədə ona aid JN-117F, KOD 30319038 saylı Şəhadətnamədə Mirəliyeva (Yusupova) Luiza Camal qızının adı səhvən X6 yazılan hissədə Mirəliyeva (Yusupova) Luiza Camal qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və qeyd etdi ki, X21 ilə xx xxxx 2018-ci il tarixdə ailə qurub Mirəliyeva soyadının qəbul edib. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-117F, KOD 30319038 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu, Mirzəqışlaq kənd sakinləri Ərizəçi1ovnayaya, X20, X13, X8 və X22 Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X14, X9, X15 Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə Quba rayonu Mirzəqışlaq kəndi ərazisindən 1.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. İşdə olan Quba RİHB-nın İ Nügədi İƏD- si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 997 saylı arayışdan məlum olur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı Dövlət Aktına əsasən Ərizəçi1 adı soyadı və ata adı və qızlarının adı X14, X19, X27 kimi yazılıb, düzgün yazılış isə Ərizəçi1, Yusupova (Mirəliyeva) Meyriban Jamal qızı, Yusupova (İşıqova) Dilfuzə Camal qızı kimi olmalıdır. İşdə olan Quba RİHB-nın İ Nügədi İƏD- si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 1006 saylı arayışdan məlum olur ki, Quba rayonu Mirzəqışlaq kəndində qeydiyyatda olan Yusupov Zhamal xx.xx.1967-ci ildən 2020-ci ilədək Quba rayonu Mirzəqışlaq kəndində yaşamış, xx.xx.2020ci il tarixdə vəfat etmişdir, həyat yoldaşı Ərizəçi1, qışları, Yusupova (Mirəliyeva) Meyriban Jamal qızı, Yusupova (İşıqova) Dilfuzə Camal qızı və Yusupova (Mirəliyeva) Luiza Camal qızı qalmışdır. İşdə olan Quba RİHB-nın İ Nügədi İƏD- si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 998 saylı arayışdan məlum olur ki, Ərizəçi1 Quba rayonu İ Nügədi İƏD- si üzrə nümayəndəliyinin Mirzəqışlaq kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 Ərizəçi1 Maksimovna xx xxxx 1988-ci ildə Özbəkistan Respublikası Buxara vilayəti Qalla-Asiya şəhərində nikah qeyd etdirib, nikahdan sonra qızlıq soyadı olan Bədirova soyadında qalıb. İşdə olan AZ-İ 365267 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 ilə Yusupova (Mirəliyeva) Meyriban Jamal qızı xx xxxxxxxx 2007-ci ildə X17 ilə nikah qeyd etdirdikdən sonra Mirəliyeva soyadının qəbul edib. İşdə olan AZ-İ 918588 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X35 ilə Yusupova (İşıqova) Dilfuzə Camal qızı xx xxxxxx 2014-cü il tarixdə nikahı qeyd etdirib və İşiqova soyadının qəbul edib. İşdə olan AZ-İİ 262047 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 ilə Yusupova (Mirəliyeva) Luiza Camal qızı arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, Mirəliyeva soyadının qəbul edib. İşdə olan AZ-İİ 077491 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Yusupov Zhamal xx.xx.2020-ci ildə vəfat etmiş , ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 125 nömrə ilə qeyd edilib. İşdə olan AZE ******** şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 Quba rayonu Mirzəqışlaq qeydiyyatdadır. İşdə olan AZE ******** şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X4 rayonu Yeni Həyat qəsəbəsində qeydiyyatdadır. İşdə olan AZE 00****** şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 qızı Xaçmaz rayonu Cığatay kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X5 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Torpağın mülkiyyətə verilməsinə dair” JN-117F, KOD 30319038 saylı Şəhadətnaməyə əsasən, Quba rayonu, Mirzəqışlaq kənd sakinləri X7 (Ərizəçi1), X20 (Yusopov Zhamala), X13 (X29), X8 (Ərizəçi3) və X22 ( Ərizəçi4) Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.08 hahəyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı Dövlət Aktına əsasən, X7 (Ərizəçi1), X9 (Ərizəçi3),X15 (X29) Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə Quba rayonu Mirzəqışlaq kəndi ərazisindən 1.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-1xx xxx 30319038 saylı Şəhadətnamənin Ərizəçi1, məhrum əri Yusopov Zhamala, X18, Ərizəçi3, Ərizəçi4 və Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 30319038 saylı Dövlət Aktının Ərizəçi1, X29 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1xx xxx 30319038 saylı Şəhadətnamənin Ərizəçi1, məhrum əri Yusopov Zhamala, X18, Ərizəçi3, Ərizəçi4 və Torpağa Mülkiyyət Hüququna dair JN- 1xx xxx 30319038 saylı Dövlət Aktının Ərizəçi1, X18 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-705/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-705/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver