Məhkəmə qərarları › İş №2(027)-708/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-708/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-708/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz X6 İdarəsinin X8 Sahəsinin əməkdaşları tərəfindən iştirakı olmadan müvafiq olaraq UP 01891UP lab-rəy, UP 010679 nömrəli xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 198,148,132 kub metr ziyan məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba şəhəri 32- 33-cü məhəllə ünvanda yerləşən özünə məxsus yaşayış evində yaşayır. Digər Quba şəhərində yerləşən evlərini kirəyə verməklə öhdəsində olan 1 qrup əlillər, onkoloji xəstə həyat yoldaşı və ruhi xəstə olan oğlu X1 sərf edir. Fərdi istehlakçı kimi o, Cavabdeh Xaçmaz X7 İdarəsinin X8 Sahəsi ilə bağlanılan müqavilələrə əsasən yaşayış evlərində qazdan istifadə edirə. Bir neçə ay bundan qabaq ona təqdim olunan bildirişə əsasən qazın sərfiyyatına görə borcunun olmasından şübhələnərək məsələni araşdırmaq məqsədilə X8 Şöbəsinə müraciət etməli olmuşdur. Şübhələrinin aradan qaldırılması məqsədilə abonent saldolarını tələb edərək nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, 28.102022-ci il tarixlərində X8 Sahəsinin əməkdaşları tərəfindən iştirakı olmadan müvafiq olaraq UP 01891;UP lab-rəy; UP 010679 nömrəli aktlar tərtib edilmişdir. Barəsində tərtib edilən aktların verilməməsindən şikayətlənərək tədbir görülməsini xahiş etmişdir. Yalnız bundan sonra aktların 2 günə hazır olacağı bildirilib, 2 gündən sonra aktları almışdır. Məlum olmuşdur ki, "qazdan istifadə qaydaları"nın 4.3-cü bəndinə uyğun olaraq müvafiq qaydada 198 m3 qaz sərfinin dəyəri olan 23.76, 148 m3 qaz sərfinin dəyəri olan 14.80, 132 m3 qazın sərfinin dəyəri bir neçə il bundan qabaq istifadə etdiyi qaz syğaclarının dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin normalara uyğun olmadığı müəyyən edilməklə müəyyən olunmuş və bildirişlərə əlavə edilərək hesabından tutulmuşdur. Eyni zamanda həmin məbləğlərin istehlakçı tərəfindən 2 ay müddətinə ödənilməsi müəyyən edilməklə AKT-ın 2 nüsxədən ibarət tərtib edilməsi və 1 nüsxəsinin abonentə təqdim edilməsi bildirilir. Bir neçə il bundan qabaq X8 Sahəsinin əməkdaşlarına sayğaclara əl vurmadığını, sayğacların küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğaclarda heç bir qüsüru olmadığından sayğaçları çıxarıb yenisi əvəz edilməsi qanunsuz hesab edərək sayğacların dəyişdirilməsinə etirazını bildirmişdir. Buna baxmayaraq cavabdeh orqanın əməkdaşları etirazına baxnayaraq sayğaçları yenisi ilə əvəz edərək getmişlər. Bütün bu hallara baxmayaraq o, evdə istehlak etdiyi təbii qazın sərfiyyata uyğun olaraq haqqını vaxtlı vaxtında ödəməyə davam edir. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfıyyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X8 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacların və sayğacın üzərindəki plombun əzilməsi, sayğacın cıxış borusunun deşilməsi barədə heç bir irad bildirilməmişlər, o da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında hər ay sərf edilən qazın pulunu ödəmişdir. Lakin X8 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında aktlar tərtib etmişlər. Bundan başqa sayğac küçədə örtüksüz vəziyyətində quraşdırılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə edərək məhkəmə iclasının onun iştirakı oladan keçirilməsini və iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01891 saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 23,76 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 14,80 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan 010679 saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 15,84 manat məbləğində qalıq borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarında qeyd olunmuşdur ki, İddiaçı 01891 saylı xx.xx.2022-ci il tarixli akt əsasında 23,76 manat məbləğində, xx.xx.2022-ci il tarixli akt əsasında 14,80 manat məbləğində və xx.xx.2022-ci il tarixli akt əsasında 15,84 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1036,80 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın hesab etibarsız edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 01891 saylı akt əsasında hesablanmış 23,76 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 14,80 manat və 010679 saylı akt əsasında hesablanmış 15,84 manat məbləğində borc iddiaçının **********07740 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********07740 saylı abonent hesabına 01891 saylı akt əsasında hesablanmış 23,76 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 14,80 manat və 010679 saylı akt əsasında hesablanmış 15,84 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar