Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-710/2025 10.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi" tələbinə dair mülki iş Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Quba Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli arayışına əsasən Quba rayonu, İ Nügədi kəndində yaşayan 10 noyabr 1967-ci il təvəllüdlü X4 “Paranoid şizofreniya F20.0” diaqnozu qoyulmuşdur, o xx.xx.2013-cü il tarixdən psixiatrik qeydiyyatdadır.
2. Xİİ-ЖГ saylı doğum haqqında şəhadətnamənin və AZE 17979513 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Onun atası – X8, anası isə - X9r.
3. AZ-T saylı doğum haqqında şəhadətnamənin və AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Onun atası – X8, anası isə - X9r. 4.Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 864 nömrəli arayışa əsasən Quba rayonu, Birinci Nügədi kənd sakini Ərizəçi ailə tərkibinə bacısı X7 daxildir
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Paranoid şizofreniya, davranış və emosiyaların qarışıq pozğunluqları” diaqnozlu bacısı xx.xx.1967-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı xx.xx.1967-ci il təvəllüdlü X6 “Paranoid şizofreniya, davranış və emosiyaların qarışıq pozğunluqları” diaqnozlu ruhi-əsəb xəstəsidir. Ciddi davranış pozuntuları olduğu üçün hərəkətlərinin mahiyyətini dərk edə, mənafeyini qoruya bilmir. Quba Rayon Mərkəzi Xəstəxanası X15in Psixiatrik kabinetində qeydiyyatdadır və mütəmadi olaraq həkim tərəfindən ixtisaslı müayinədən keçirilir, özü və ətrafdakılar üçün təhlükə yaratmasının qarşısını almaq məqsədilə müvafiq dərmanlar qəbul etməlidir. O sərbəst qərar verə, özünü sərbəst surətdə idarə edə bilmir və ömürlük ikinci dərəcə əlil hesab edilmişdir. Özünə qulluq edə bilmədiyi üçün onu iddiaçı himayə edir, hazırda da ona qulluq edir. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafelərini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8.Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. 9.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
İV. MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
14. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.
15. X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı öz təsdiqini tapdığından, xx.xx.1967-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” X15inin xx.xx.2025-ci il tarixli 1093 saylı ekspert rəyindən göründüyü kimi, X1 “şizofreniya paranoid forma, psixi qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. X3 tibbi sənədlərə əsasən “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi qeyd edilib. X6 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var.
17. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
18. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
19. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır.
V NƏTİCƏ :
20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1967-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
21. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizə təmin olunsun. xx.xx.1967-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X6 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli