Məhkəmə qərarları › İş №2(027)-718/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-718/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-718/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, həm də digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı və həmin tarixli Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071A Kod 30321098 saylı Şəhadətnamələrin, Quba Rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli, 13 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-230 Kod 30321098 saylı Dövlət Aktının digər ailə üzvlərilə bərabər X5 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, onlar Quba rayonu Rustov kəndində yaşayırlar. Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə onlara ailəliklə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-71F Kod 30321098 saylı Şəhadətnamə əsasında 0,17 ha, həmin tarixli Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071A Kod 30321098 saylı Şəhadətnamə əsasında 0,08 ha həyətyanı torpaq sahələri verilmişdir. Eyni zamanda Quba Rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli, 13 saylı qərarı onlara ailəliklə Torpağa Mülkiyyət Hüququna Dair JN-230 Kod 30321098 saylı Dövlət Aktı əsasında 1,45 ha əmlak payı kimi torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri verilən vaxtdan hal-hazıra kimi istifadələrindədir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə ad, ata adı və soyadları düzgün qeyd olunsa da, Torpağa Mülkiyyət Hüququna Dair JN-230 Kod 30321098 saylı Dövlət Aktında Ərizəçi2 əvəzinə səhvən X14, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071A Kod 30321098 saylı Şəhadətnamələrdə isə mərhum analarının adı X5 əvəzinə səhvən X6, Ərizəçi2 əvəzinə səhvən X18 qeyd olunmuşdur. X5 02 iyul 2001-ci il tarixdə vəfat etmişdir. X1 və X16 adlı şəxslər yoxdur, olmamışdır. Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin müvafiq arayışlarında da bu adların texniki səhv olduğu qeyd edilmişdir. Dövlət Aktında və şəhadətnamələrdə uyğunsuzluq olduğundan onlara məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, adlarına çıxarış ala bilmirlər. Bu səbəbdən həmin hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi tələb olunur. Bu barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Maraqlı şəxs məktubu ilə onlara bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-230 Kod 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X22 görünür ki, X5, Ərizəçi1, X8, X19 və X9 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 29 iyul 1999-cu il tarixli, 13 saylı qərarı ilə 1,45 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi2 adı səhvən X4 qeyd olunmuşdur. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı Şəhadətnamədən görünür ki, X6, Ərizəçi1, X8, X19, X18 və X10 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,08 hektar torpaq sahəsi verilmişdir, həmin şəhadətnamədə Ərizəçi2 adı səhvən X7, X3 adı səhvən X2 qeyd olunmuşdur. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071A Kod 30321098 saylı Şəhadətnamədən görünür ki, X6, Ərizəçi1, X8, X19, X18 və X10 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,08 hektar torpaq sahəsi verilmişdir, həmin şəhadətnamədə Ərizəçi2 adı səhvən X7, X3 adı səhvən X2 qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 13.01.2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, Ərizəçi1 Quba rayonu Rustov kəndində daimi qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 26.01.2022-ci il tarixli, 103 nömrəli arayışından görünür ki, JN-230 Kod 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X23 texniki səhv olmuş, Ərizəçi2 adı səhvən X4 göstərilmişdir. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 26.01.2022-ci il tarixli, 104 nömrəli arayışından görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071A Kod 30321098 saylı Şəhadətnamədə texniki səhv olmuş, Ərizəçi2 adı səhvən X7, X3 adı səhvən X2 göstərilmişdir. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyinin 26.01.2022-ci il tarixli, 104 nömrəli arayışından görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı Şəhadətnamədə texniki səhv olmuş, Ərizəçi2 adı səhvən X7, X3 adı səhvən X2 göstərilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 27.12.2019-cu il tarixli, 1838 №li arayışından görünür ki, Ərizəçi1 02.07.2011-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsidir. İş materiallarına əlavə olunmuş 06.07.2011-ci il tarixli, AZ-İ seriyalı, 489316 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 02.07.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan ƏMDK yanında Maraqlı şəxs 25.02.2020-ci il tarixli, **********93 №li məktubdan görünür ki, JN-230 KOD 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X23 və JN-071A KOD 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-71A Kod 30321098 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr əsasında X6, Ərizəçi1, X8, X19, X18 və X10 mülkiyyətinə 0,08 hektar və 0,17 hektar torpaq sahələri verilməsi, həmin şəhadətnamələrdə Ərizəçi2 adı səhvən X7, X3 adı səhvən X2 qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN-230 Kod 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X23 və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı və JN-071A Kod 30321098 saylı Şəhadətnamələrdə ərizəçilərin adının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə müraciət etmələri və onlara məhkəməyə müraciət etmələrinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-230 Kod 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X24 və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı və JN-071A Kod 30321098 saylı Şəhadətnamələrin digər ailə üzvləri ilə bərabər X5 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənədlər olan JN-230 Kod 30321098 saylı Torpağa Mülkiyyət Hüququna X24 və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-071F Kod 30321098 saylı və JN-071A Kod 30321098 saylı Şəhadətnamələrin digər ailə üzvləri ilə bərabər X5 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar