Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-724/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X7 və X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Quba rayonu AİKnın xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarına əsasən onlar - Ərizəçi1 və Ərizəçi2, eləcə də, digər ailə üzvləri X7 və X2 Quba rayonu, Alpan kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin Dövlət Aktında onların adları və ata adları düzgün qeyd olunmuş, lakin soyadları “Balayev” əvəzinə səhvən “Haşımov” kimi yazılmışdır. Bildirirmişlər ki, onların soyadlarının «Balayev» olması hüquq müəyyənedici sənədlərlə yəni, şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri, evlənmək haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamələrlə də təsdiq olunur. JN: 2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında soyadlarının “Balayev” əvəzinə “Haşımov” kimi səhvən yazılması Alpan İƏD üzrə nümayəndəliyin xx xxxxxx 2021-ci il tarixli 101 saylı arayışı ilə də təsdiq olunur. Mülkiyyətçilərdən-X7 xx xxxxxxxx 2010-cu il tarixdə, X6 xx xxxx 2014-cü il tarixdə vəfat etmişlər. Hazırda qeyd olunan torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında olan yalnışlıqlara görə, yəni soyadlarının “Balayev” əvəzinə “Haşımov” kimi yazıldığından həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bildirirlər ki, həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 16 fevral 2021-ci il tarixli, **********49 saylı məktubu ilə JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd etmişlər ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktım verən AR DT vəXK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Balayev Xanlar Rəhman oğlu və X2 məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun soyadı “Balayeva” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun soyadı “Balayev” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 116357 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Fəridə Dadaş qızı ilə xx.xx.1969-cu il tarixində nikah bağlamışdır. X8 “Balayeva” soyadını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 478174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Həmin şəhadətnamədə onun soyadı “Balayev” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ 685471 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Həmin şəhadətnamədə onun soyadı “Balayeva” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X9, X10, X11 və X3 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 2,18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, X4 JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında soyadda yaranmış uyğunsuzlugun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən X9, X10, X11 və X3 JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 2,18 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında ərizəçilərin soyadı “Balayeva” əvəzinə səhvən “Haşımova” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN:2xx xxx 30306018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X7 və X2 münasibətdə onlara məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN:248, KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X7 və X2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-724/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-724/2021
18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver