Məhkəmə qərarları › İş №2(027)-726/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-726/2022

04.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-726/2022 04.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-2593 KOD 30320018 nömrəli Dövlət Aktının, 28 dekabr 2001-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi v Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş 25.01.2012-ci il tarixli 281200072, 08.11.2018-ci il tarixli ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılması barədə ərizəsinə hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçilərə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı1 və İddiaçı2 izah edilsin ki, ərizənin qaytarılması yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar