Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-726/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X7 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixdə Quba şəhərində doğulmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X7 ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun övladıdır. Rüstəm 22 iyul 1988-ci il tarixdə Quba şəhərində doğulmuşdur. Övladı anadangəlmə xəstə olmuş, uşaq serebral iflici, hiperkinetik forma, kəskin ifadəli tetraparez diaqnozu qoyulmuş, birinci dərəcəli əlildir. Rüstəm özünü idarə etmək qabiliyyətində deyildir, gəzə və əllərini işlədə bilmir. Onun daima kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Rüstəm danışa və özünü ifadə edə bilmir. Oğlu onlarla yaşayır, ona o və həyat yoldaşı baxaraq qulluq göstərirlər. Rüstəm mütəmadi olaraq müalicə alır, lakin heç bir müsbət nəticəsi yoxdur. Rüstəm Almasov gəzə bilmədiyindən, qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacağın alınması zərurəti yaranmışdır. Bundan başqa bəzi hallarda onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Rüstəm Almasov üzərində qəyyum təyin edilməsi zəruridir. Bunun üçün də övladı Rüstəm məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmədə ərizəçi X7 tələbini müdafiə etmişdir. Quba rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçidur. İş materiallarında olan arayışından və əllik haqqında vəsiqədən görünür ki, X8 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1135 saylı rəyindən görünür ki, X6 Uşaq serebral iflicinin qalıq əlamətləri, darin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən psixofiziki inkişafda xeyli geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X3 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin nevroloji və psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, “Uşaq serebral iflici. Hiperkinetik forma. Kəskin ifadəli tetraparez” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X6 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qardaşı xx.xx.1988ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1988-ci il tarixdə Quba şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-726/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-726/2023
19.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver