Məhkəmə qərarları › İş №2(027)-734/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-734/2024

31.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-734/2024 31.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Məmmədova (Musayeva) Bahar Ələmşah qızı, Cavabdeh2 və Cavabdeh3nə qarşı miras əmlak barəsində daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 keçmiş DT və XKi tərəfindən hazırlanan JN-1032F kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və həmin şəhadətnamə əsasında cavabdeh İqtisadiyyat Nazirliyi yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hazırlanan seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi; atası X1 miras qalan Quba rayonu İ Nügədi kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa olunan 82 kv.m yaşayış sahəsi olan evdən – paylı mülkiyyətdən ona çatan 1/6 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Hazırki iş materiallarından görünür ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmiş, bununla da yuxarıda göstərilən qanun normalarının tələblərini pozmuşdur. Bu da ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, İddiaçı Məmmədova (Musayeva) Bahar Ələmşah qızı, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlak barəsində daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Məmmədova (Musayeva) Bahar Ələmşah qızı, Cavabdeh2 və Cavabdeh3nə qarşı miras əmlak barəsində daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakm: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar