Məhkəmə qərarları › İş №2(027)-742/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-742/2022

17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-742/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-101 Kod 30321138 saylı Dövlət Aktının digər ailə üzvləri ilə bərabər X3, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızı ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayonu Rustov kəndində yaşayırlar. Quba Rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə onlara ailəliklə Torpağa Mülkiyyət Hüququna Dair JN-101 Kod 30321138 saylı Dövlət Aktı əsasında 2,52 ha əmlak payı kimi torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi verilən vaxtdan hal-hazıra kimi istifadələrindədir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə ad, ata adı düzgün qeyd olunsa da Torpağa Mülkiyyət Hüququna Dair JN-101 Kod 30321138 saylı Dövlət Aktında mərhum analarının adı X4 əvəzinə səhvən X6, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Hüseynağa qızı, X7 əvəzinə səhvən X8 qeyd olunmuşdur. X4 15 iyun 1999-cu il tarixdə vəfat etmişdir. X7 rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan Əlişanova soyadını qəbul etmişdir. JN-101 Kod 30321138 saylı Dövlət Aktında uyğunsuzluq olduğundan onlara məxsus həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər, adlarına çıxarış ala bilmirlər. Bu səbəbdən həmin hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi tələb olunur. Bu barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Maraqlı şəxs məktubu ilə onlara bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçilər ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-101 Kod 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, X3, Ərizəçi1 qızı, Ərizəçi2, X13, X7, X15, X16, X20 və X9 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə 2.52 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında X2 ata adı Məhrəm kimi, Ərizəçi2 ata adı Hüseynağa kimi və X5 adı Xeyrənsə kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəsinin 13.01.2021-ci il tarixli, 40 №li arayışından görünür ki, mərhumə X1 rayonu Rustov kəndində yaşamış, 15.06.1999cu il tarixdə Rustov kəndində vəfat etmişdir. Ərizəçi1 onun vərəsələri sırasına daxildir. İş materiallarına əlavə olunmuş 12.01.2022-ci il tarixli, AZ-İİ seriyalı, 231420 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 15.06.1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3dır. İş materiallarına əlavə olunmuş 27 fevral 2004-cü il tarixli, AZ-İ seriyalı, 096024 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X7 27.02.2004-cü il tarixdə nikah bağlamışlar və nikahdan sonra arvada Əlişanova soyadı verilmişdir. İş materiallarında olan ƏMDK yanında Maraqlı şəxs 24.01.2022-ci il tarixli, **********39 №li məktubdan görünür ki, JN-101 KOD 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X28 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-101 Kod 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X30 əsasında X3, Ərizəçi1 qızı, Ərizəçi2, X13, X7, X15, X16, X20 və X9 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə 2.52 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında X2 ata adı Məhrəm kimi, Ərizəçi2 ata adı Hüseynağa kimi və X5 adı Xeyrənsə kimi səhv qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN-101 Kod 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X28 ərizəçilərin adının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxsnə müraciət etmələri və onlara məhkəməyə müraciət etmələrinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-101 Kod 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X29 digər ailə üzvləri ilə bərabər X3, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-101 Kod 30321138 saylı Torpağa Mülkiyyət Hüququna X29 digər ailə üzvləri ilə bərabər X3, Ərizəçi2 və Əlişanova (Məmmədova) Xeyransa Qasım qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar