Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-743/2022 20.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 avqust 2021-ci il tarixli, ******* saylı Akt və həmin 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik borcun 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsinin abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Ona təqdim olunmuş Cavabdeh İB-nin “Bildiriş - xəbərdarlıq”- dan bəlli olub ki, adına 820,80 (səkkiz yüz iyirmi manat, səksən qəpik) manat məbləğində əlavə borc yaranmışdır. Bundan sonra həmin məsələ ilə bağlı Cavabdeh İB-nin Quba rayon sahəsindən əldə etdiyi 26 avqust 2021ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan, 31 avqust 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən və “Abonent saldosu”ndan bəlli olub ki, əleyhinə qanunazidd zərər məbləği uydurulmuşdur. 26 avqust 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktının və 31 avqust 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin əslləri ona təqdim edilməmiş, həmin sənədlərin yalnız məhkəmə sorğusu ilə məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş 26 avqust 2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətinə əsasən aktda, cavabdeh tərəfindən 12252181 nömrəli plombla plomblanmış Q-4 markalı, **********5 nömrəli 3585 mexaniki sayğacına baxış keçirilən zaman sayğacda kənar dəmir mismarın aşkar olunması və bununla da abonentin qazdan qeyri qanuni istifadə etməsi göstərilmişdir. Cavabdehə məxsus yuxarıda istinad edilən sənədlərdən göründüyü kimi 09 ay üzrə adına 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik məbləğində qanunsuz ziyan hesablanmışdır. Belə ki, sayğacda aşkar olunmuş kənar əşyadan 09 ay müddətində yox, 06 gün ərzində istifadə edilmişdir. Digər tərəfdən, onun evində 24 kv-lik kombinin olması da uydurmadır. Bundan başqa hazırki iddia ərizəsinə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan göründüyü kimi ziyana məruz qoyulmuş, 12252181 nömrəli plombla plomblanmış Q - 4 markalı, **********5 nömrəli 3585 mexaniki sayğac 20 avqust 2021-ci il tarixdə istismara verilmişdir. "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20 avqust 2021-ci il tarixli, № ******* nömrəli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2021-ci il tarixli № ******* saylı aktlardan göründüyü kimi Q - 4 markalı, **********5 nömrəli 3585 mexaniki qaz sayğacının qanuna zidd istifadə müddəti 09 ay yox, 06 gün olmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilmiş “abonentin saldosu” üzrə avqust 2020-ci illə müqayisədən göründüyü kimi isti yay ayı olan avqqust ayında evində təbii qaz sərfıyyatı 20 m3 həcmində təşkil edir. Bu isə o deməkdir ki, təbii qazdan qanunsuz istifadə edildiyi 06 gün ərzində 3.3333 m3 həcmində təbii qaz sərf olunmuşdur. Yəni, cavabdehə borcunun məbləği 33,333 qəpik təşkil edib. Hesab edir ki, onun yaşayış sahəsində təbii qazdan istifadə ilə bağlı cavabdehin hərəkətləri və onun tərtib etdiyi 26 avqust 2021-ci il tarixli “Təbii cazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt və 31 avqust 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməli, həmin əqdlər əsasında hesablanmış 820,80 (səkkiz yüz iyirmi) manat, 80 qəpik məbləğində borcun 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik hissəsi silinməlidir. Bu səbəbdən Məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 avqust 2021-ci il tarixli, ******* saylı Akt və həmin 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik borcun 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsinin abonent bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.08.2021-ci il tarixli ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən sayğacın kənar dəmir mismarın aşkar olunması və bununla da abonentin qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 8208 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31.08.2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 nömrəli fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8208 m3 həcmində qaz itkisi, 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik borc hesablanmışdır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31.08.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilməli, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 məbləğində pul vəsaitinin 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsi abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31.08.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilsin, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 820 (səkkiz yüz iyirmi) manat 80 qəpik məbləğində pul vəsaitinin 817 (səkkiz yüz on yeddi) manat 46 qəpik məbləğdə hissəsi abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-743/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-743/2022
20.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver