Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-746/2024 15.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı tələbnamənin ləğvi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 12 yanvar 2022-ci il tarixli, AKT № ******* saylı Akt və 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməsi, həmin aktlar əsasında onun adına hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik), manat məbləğində borc və mediasıya sesiyasında iştiraka görə ödədiyi 50 (əlli) manat məbləğində pulun əvəzinə 50 manat olmaqla, ümumilikdə 568,40 (beş yüz altımış səkkiz manat qırx qəpik) məbləğində pul onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldılmasına dair ərizə ilə müraciət edərək, abonent hesabından 518,40 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2887/2023 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə gəlddiyi nəticəni onunla əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sesiyasında iştirak tələb olunur. Hazırki iddia ərizəsinə əlavə edilmiş, “İlkin mediasiya sesiyasmda iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışın əslindən göründüyü kimi, "Azəriqaz” İB, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sesiyasmda iştirak edilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 29872 nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi Cavabdeh İB-nin günahı səbəbindən “Kapital Bank” bankı vasitəsi ilə Qusar 1 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində pul vəsaiti ödəmişdir. Bununla da cavabdeh "Azəriqaz” İB-nin günahı səbəbindən əlavə olaraq ona 50 (əlli) manat məbləğində zərər dəymişdir. Quba şəhəri, Rabitə küç, ev 0, mənzil 15 nömrəli fərdi yaşayış evinin 15 saylı mənzili faktiki olaraq ona məxsusdur. Ona təqdim olunmuş Cavabdeh İB-nin “Bildiriş - xəbərdarlıq”dan bəlli olub ki, adına 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc hesablanmışdır. Bundan sonra həmin məsələ ilə bağlı Cavabdeh İB-nin Quba rayon sahəsindən əldə etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 yanvar 2022-ci il tarixli, AKT № ******* saylı aktın surətindən, 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən, elektron portaldan əldə edilmiş “Abonent saldosu”-ndan aydın olub ki, əleyhinə qazdan istifadə qaydalarının pozulmasına dair hallar uydurulmuşdur. Cavabdeh, həmin sənədlərin əsllərinin ona təqdim edilməsindən imtina edərək bunu ona əsaslandırmışdır ki, həmin sənədlərin əsllərinin yalnız məhkəmə sorğusu ilə məhkəməyə təqdim edilməsi mümkündür, abonentə yox. Hazırki iddia ərizəsinə əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 yanvar 2022-ci il tarixli, AKT ******* saylı aktın surətində göstərilir ki; - "'Abonentin mənzilinə baxş keçirilən zaman sayğac hesablanma mexanizmasının qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlar əzik - cızıq izləri var”. “Abonent saldosu” -ndan göründüyü kimi Akt əsasında 2022-ci ilin yan ayı üzrə adıma 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat hesablanmışdır. Göründüyü kimi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2022-ci il tarixli, AKT № ******* saylı akt, nə hərfi mənaya görə, nə də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. Digər tərəfdən, hazırki iddia ərizəsinə əlavə edilmiş “Qaz sayğac çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 iyul 2021-ci il tarixli, AKT № ******* saylı aktın surətindən göründüyü kimi, № ******* nömrəli əvvəlki qaz sayğacı hər hansı mexaniki zədəyə görə yox, “Əvəz etmə” əsası çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Hesab edir ki, adına hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində ziyanla bağlı Cavabdeh İB-nin“Təbii qaz istifadə qaydalarının pozulması haqqında” 12 yanvar 2022-ci il tarixli, AKT ******* saylı aktda, 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələləbnamə”-də və “Abonent saldosu”-nda göstərilənlər uydurmalardır, həmin uydurmalar əsasında ondan tələb edilən 518,40 (beş yüz on səkkiz manat, qəpik) manat borc qanunsuz və əsassızdır, həmin borc onun abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, sayğac küçədə yerləşir, sayğac açıq vəziyyətdədir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, kənar müdaxilə olduğu üçün iddiaçıya 518,40 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 iyul 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba şəhərində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********864 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin «Azəriqaz” İB-nin qaz sayğacının yoxlanılması: AKT 29/171003450-1 saylı 21.08..2 rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X3 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 (4320 m3 x 0,12= 518,40 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********00150 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2022-ci il üçün 518,40 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “Smart Kart” qaz sayğacı ilə, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc İddiaçı **********00150 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-746/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-746/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver