Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-757/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış və 04.11.2004-cü il tarixdə vəfat etmiş X1 tərəfindən ünvan 1 saylı binanın 1 saylı mənzilini İddiaçı vəsiyyət etməsinə dair Quba rayon Notariat Kontorunda 27 dekabr 1999-cu il tarixdə 2V-157 saylı Reyestrlə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Quba Regional “Asan Xidmət” mərkəzinin Notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərmişdi ki, ünvan 1 ünvanında yaşamış 04.11.2004-cü il tarixdə vəfat etmiş X1 27 dekabr 1999-cu il tarixdə Quba rayon Notariat Kontorunda 2V-157 saylı Reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən ünvan 4 binanın 1 saylı mənzilini ölümündən sonra miras olaraq ona - İddiaçı vəsiyyət etmişdir. X1 04.11.2004-cü il tarixdə vəfat etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciətinə Quba regional Asan Xidmət mərkəzinin Notariat Kontorunun notariusu Rəşad Haqverdiyev tərəfindən 25 iyun 2021-ci il tarixli № 1913 saylı məktubla vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması kimi əsaslardan biri də Quba 1 saylı Dövlət notariat ofisi tərəfindən 27.12.1999-cu il tarixdə 2V-157 Reyestrli vəsiyyətnamənin arxivdə aşkar olunmaması göstərilmişdir. Quba 1 saylı Dövlət Notariat kontoru tərəfindən 27.12.1999-cu il tarixdə 2V-157 Reyestrlə təsdiq edilmiş vəsiyyətnamənin arxivdə aşkar olunmaması həmin vəsiyyətnamənin miras qoyanın iradə ifadəsini əks etdirən sənəd kimi qəbul edilə bilməməsi və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmasına əsas kimi qəbul edilə bilməz. Bundan başqa, Quba Regional "Asan" Xidmət mərkəzində Notariat kontoru vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilməməsini müxtəlif məktublarında məhkəməyə müraciət edilməsi üçün imtina barədə qərar qəbul edilmədiyini, vətəndaşın yalnız vəsiyyətnamənin mövcudluğunu yoxlatdırmaq üçün müraciət etməsi, mirası faktiki qəbul etməsi barədə sübutlar təqdim etməməsi kimi məhkəməyə müraciət etməyə əsas yaratmayan cavablar verməklə məhkəməyə müraciət edilməsini xeyli yubatmış, yalnız vəkilinin Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə və Quba Regional "Asan" Xidmət mərkəzində Notariat kontoruna təkrar müraciətlərindən sonra müvafiq cavablar verilmişdir. Həmçinin qeyd edirə ki, notariat orqanlarının hərəkətləri (hərəkətsizlik, mirasın faktiki qəbulu faktının müəyyən edilməsi və s.) ilə bağlı iddiaların inzibati və ya ümumi məhkəmələrə verilib-verilməməsi ilə bağlı qanunvericilikdə olan ziddiyyətlərə aydınlıq gətirilənədək qeyd olunan tələbin irəli sürülməsində gecikmələrə səbəb olan hal olmasının da mövcudluğu nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yaşamış və 04.11.2004-cü il tarixdə vəfat etmiş X1 tərəfindən ünvan 1 saylı binanın 1 saylı mənzilini İddiaçı vəsiyyət etməsinə dair Quba rayon Notariat Kontorunda 27 dekabr 1999-cu il tarixdə 2V-157 saylı Reyestrlə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Quba Regional “Asan Xidmət” mərkəzinin Notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə işə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 dekabr 1999-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamənin azərbaycan dilində tərcüməsindən görünür ki, ünvan 1 ünvanında yaşayan X1 harada yerləşməsindən və nədən ibarət olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, həmçinin ünvan 1 saylı binanın 1 saylı özəl mənzilini İddiaçıya vəsiyyət etmiş və həmin vəsiyyətnamə 27 dekabr 1999-cu il tarixdə 1 saylı Dövlət notariat kontorunun dövlət notariusu Quliye M.A. tərəfindən təsdiq edilib və reyestrdə 2B-157nömrə ilə qeydiyyatdan keçirilb. İş materiallarında olan AZ-İ 114738 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş suətindən görünür ki, X1 04.11.2004-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 06.11.2004-cü il tarixində 210 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin İddiaçıya ünvanladığı 25.06.2021-ci il tarixli 1913 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən mirasın qəbulunun müddətini ötürmüş və mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən və 1 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 27 dekabr 1999-cu il tarixli 2B-157 reyestrli vəsiyyətnamə arxivdə aşkar olunmadığına görə ona vərəsəlik hüququ haqqıında şəhadətnamənin verilməsi mümkün olmamışdır, məhkəməyə müraciə etmək tövsiyyə edilmişdir. İş materiallarında AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu,xx.xx.1945-ci ildə Xaçmaz şəhərində anadan olmuş ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 04.11.2004-cü ildə vəfat etmiş ünvan 1 ünvanında yaşayan X1 özünə məxsus ünvan 4 binanın 1 saylı özəl mənzilini İddiaçıya vəsiyyət etmiş və həmin vəsiyyətnamə 27 dekabr 1999-cu il tarixdə 1 saylı Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Quba Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə müraciət etsə də, “Asan Xidmət” mərkəzinin Notariat ofisindən ona, Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən mirasın qəbulunun müddətini ötürdüyü və mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən və 1 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 27 dekabr 1999-cu il tarixli 2B-157 reyestrli vəsiyyətnamə arxivdə aşkar olunmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həmin vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin ona verilməsi vəzifəsinin Quba Regional “Asan Xidmət” mərkəzinin Notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Mülki Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X1 tərəfindən Quba şəhəri, Vaqif küçəsi, 41B saylı mənzilini İddiaçı vəsiyyət etməsinə dair Quba rayon Notariat Kontorunda 27 dekabr 1999-cu il tarixdə 2V-157 saylı reyestrdə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şahadətnaməsi verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 tərəfindən Quba şəhəri, Vaqif küçəsi, 41B saylı mənzilini İddiaçı vəsiyyət etməsinə dair Quba rayon Notariat Kontorunda 27 dekabr 1999-cu il tarixdə 2V-157 saylı reyestrdə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şahadətnaməsi verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-757/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-757/2022
02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver