Məhkəmə qərarları › İş №2(027)-758/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-758/2023

05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-758/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba XS-nın TQQ və SX-nin əməkdaşları tərəfindən iştirakı olmadan müvafiq olaraq UP 00551 və UP 10431UP nömrəli xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 251 184, kub metr ziyan məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh Xaçmaz X3 İdarəsinin X4 Sahəsi ilə bağlanılan müqavilələrə əsasən yaşayış evlərində qazdan istifadə edir. Borcu olmadığı halda köçürdüyü pulun yarısının tutulması ilə əlaqədar məsələni araşdırmaq məqsədilə X4 Şöbəsinə müraciət etməli olmuşdur. Şübhələrinin aradan qaldırılması məqsədilə abonent saldolarını tələb edərək nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində X4 Sahəsinin əməkdaşları tərəfindən iştirakı olmadan müvafiq olaraq UP 10431; UP 00551 nömrəli aktlar tərtib edilmişdir. Aktları tələb etdikdə isə verə bilməcəyini bildirən məsul əməkdaşın qanunsuz hərəkətindən Şöbə müdirinin yanına getmişdir. Barəsində tərtib edilən aktların verilməməsindən şikayət edərək tədbir görülməsini xahiş etmişdir. Yalnız bundan sonra aktların 2 günə hazır olacağı bildirilmiş, 2 gündən sonra aktları almışdır. Məlum olmuşdur ki, "qazdan istifadə qaydaları"nın 4.3-cü bəndinəı uyğun olaraq müvafiq qaydada 184 m3 qaz sərfinin dəyəri olan 22.08,251 m3 qaz sərfinin dəyəri olan 30.12 qazın sərfinin dəyəri bir neçə il bundan qabaq istifadə etdiyi qaz sayğaclarının dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin normalara uyğun olmadığı müəyyən edilməklə müəyyən olunmuş və bildirişlərə əlavə edilərək hesabından tutulmuşdur. Eyni zamanda həmin məbləğlərin istehlakçı tərəfindən 2 ay müddətinə ödənilməsi müəyyən edilməklə AKT-m 2 nüsxədən ibarət tərtib edilməsi və 1 nüsxəsinin abonentə təqdim olunduğu bildirilir. Belə ki, bir neçə il bundan qabaq X4 Sahəsinin əməkdaşlarına sayğaclara əl vurmadığını, sayğacların küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğaclarda heç bir qüsüru olmadığından sayğaçları qanunsuz istismar müddətinin bitməməsinə baxmayaraq çıxarıb axırıncı dəfə smartkartla əvəz edilməsinin qanunsuz hesab edərək sayğacların dəyişdirilməsinə etirazını bildirmişdir. Buna baxmayaraq cavabdeh orqanın əməkdaşları etirazına baxnayaraq sayğacları yenisi ilə əvəz edərək çıxıb getmişlər. Bütün bu hallara baxmayaraq o, evdə istehlak etdiyi təbii qazın sərfiyyata uyğun olaraq haqqını vaxtlı vaxtında ödəməyə davam etmiş smartkart tipli sayğac quraşdırıldıqdan sonra qabaqçadan ödəniş aparmaqla qazdan istifadə etmişdir. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X4 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacların və sayğaçın üzərindəki plombun əzilməsi, sayğacın cıxış borusunun deşilməsi barədə heç bir irad bildirilməmişdir, nəzarətçiinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında hər ay sərf edilən qazın pulunu ödəmişdir. İş olmadığından qış aylarında yığılan qazın sərfiyyatını isə yay mövsümündə ödəmişdir. Lakin X4 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbil qazdan istifadə qaydaları pozulması haqqında aktlar tərtib etmişlər. Bundan başqa sayğac küçədə örtüksüz vəziyyətində quraşdırılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə edərək məhkəmə iclasının onun iştirakı oladan keçirilməsini və iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10431 saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 22,08 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 2022-ci il üzrə akt əsasında 30,12 manat məbləğində qalıq borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda qeyd olunmuşdur ki, İddiaçı 10431 saylı xx.xx.2022-ci il tarixli akt əsasında 22,08 manat məbləğində, 00551 saylı xx.xx.2022-ci il tarixli akt əsasında 30,12 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 52,20 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın hesab etibarsız edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 10431 saylı akt əsasında hesablanmış 22.08 manat, 00551 saylı akt əsasında hesablanmış 30,12 manat məbləğində borc iddiaçının **********00080 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00080 saylı abonent hesabına 10431 saylı akt əsasında hesablanmış 22.08 manat, 00551 saylı akt əsasında hesablanmış 30.12 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar