Məhkəmə qərarları › İş №2(027)-759/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-759/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-759/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz X3 idarəsinin Quba XS-nın TQQ və SX-nin əməkdaşları tərəfindən iştirakı olmadan xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində 0144147, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış (2194 və 8640) = cəmi 10834 kub.metr ziyan məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Quba rayonu, Səbətlər kəndində özünə məxsus evdə qeydiyyatda olmaqla, yaşayır. ünvan 1 ünvanında erləşən mənzil onun mülkiyyətindədir. Həmin evdə yaşamırlar və ayda 1-2 dəfə evə baş çəkərək təmizliyə və avadanlıqlara nəzarət edirlər. Fərdi istehlakçı kimi o, Cavabdeh Xaçmaz X4 İdarəsinin X6 Sahəsi ilə bağlanılan müqaviləyə əsasən Quba şəhəri M. Qorki küçəsi ünvanında yerləşən mənzilində qazdan istifadə edir.. Bir il bundan qabaq istifadə etdiyi qaz sayğacının yenisi ilə əvəz edilməsi məqsədilə nəzarətçi onu mülkiyyətində olan mənzilə gəlməsini xahiş etmişdir. Onun dəvətəi ilə mənzilə gəlmiş və xx.xx.2021-ci il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib edilməklə, həmin aktı imzalamışdır. Lakin aktın nüsxəsi ona verilməmiş, sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar əvəzlənməsi bildirilmişdr. xx.xx.2022-ci il tarixində qaz nəzarətçisi yenidən onun mobil telefonuna zəng edərək şəhərdə mexaniki sayğacların samartkart tipli sauğaclarla əvəz edildiyini bildirərək mənzilə gəlməsini xahiş etmişdir. O, mənzilə çatanda görmüşdür ki, binanın blokunda quraşdırılmış mənzilinin sayğacı çıxarılıb , yeni smartkart tipli sayğac quraşdırılmışdır. Bu dəfə də ona bütün şəhərdə smartkart tipli sayğacların quraşdırılması ilə əlaqədar olduğu bildirilmişdir. Ona görə də ona "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akta imza etdirmişlər. Hər iki sayğac çıxarılarkən plombları yerində olmuş, hər hansı müdaxilə olmamışdır. Bir neçə gün əvvəl qaz nəzarətçisi sayğacların yoxlaması zamanı Qaz sayğaclarının hesblama mexanizminin qapaq yan tərəfdən əziyi, daxili qulaqcıqlarının əzik-ciziq izlərinin və qoruyucu qapağının tamamilə ayrılması, hesablama mexanizminin iş prinsiplərinə müdaxiləsi səbəbi ilə aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin ödənilməsi barədə aklara əsasən cərimə olunduğunu bildirmişdir. X5 müraciət edərək yaşamadığı mənzilinə dair abonent saldosunu tələb edərək nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində X6 Sahəsinin əməkdaşları tərəfindən iştirakı olmadan müvafiq olaraq 0144147, ******* nömrəli aktlar tərtib edilmişdir. Aktları tələb etdikdə isə əvvəlcə ona bir akt təqdim edilmiş, növbəti gün isə ikinci akt verilmişdir. Aktlarala tanış olduqda məlum olmuşdur ki, o, həmin aktları imzalamaqdan imtina etmişdir. Həmin aklara əlavə edilən tələbnamələrdən məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaların"m 1.3- cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.2.4-cü bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrinnin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək ) tələblərinə əsasən ondan 2194 m.kub və 8640 m.kub dəyərində dəymiş ziyan tələb edilir. Abonent saldosundan müəyyən edilir ki, 2021-2023-ci illər ərzində ancaq qış aylarında boş mənzilinin 1-2 gündə qızdırılması üçün qazdan istifadə etmiş, qalan aylar üzrə qaz sərfiyyatı sıfıra bərabərdir. Keçən illər ərzində işlətdiyi sərfiyyat ona tətbiq edilən qanunsuz cərimədən dəfələrlə azdır. O, sayğaclara əl vurmamışdır . Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılmış, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatmı hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş vermişdir. X6 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacların və sayğaçın üzərindəki plombun əzilməsi barədə heç bir irad bildirilməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında mənzilində yaşamasada hər ay sərf edilən qazın pulunu ödəmişdir. X6 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında aktlar tərtib etmişlər. Bundan başqa sayğac binada örtüksüz vəziyyətində quraşdırılmışdır. Həmin sayğac X6 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri X6 sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən qanunsuz hərkətlərinə görə o, istehlakçı deyil, X6 Sahəsi cavabdehlik daşıyır. "Qaz təchizatı haqqında" AR Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıçı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdur ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********3 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üzrə akt əsasında 216 manat və 2022-ci il üzrə akt əsasında 1036,80 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarında qeyd olunmuşdur ki, **********3 nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilmişdir. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1252,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1252,80 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktların etibarsız hesab edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktların hesab etibarsız edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı aktlar üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2021-ci il üzrə akt əsasında hesablanmış 216 manat və 2022-ci il üzrə akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc iddiaçının **********00530 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00530 saylı abonent hesabına 2021-ci il üzrə akt əsasında hesablanmış 216 manat və 2022-ci il üzrə akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar