Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-760/2021 02.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-151 seriyalı, KOD 30304018 saylı Torpağa Mülkiyyət X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun şəxsiyyətini müəyyən edən sənədlərdə soyadı, adı və atasının adı Ərizəçi qeyd olunmuşdur. Quba rayon AİK-nın xx xxxxxx 2000-ci il tarixli 02 saylı qərarı ilə ona Quba rayonu, Alekseyevka kəndi ərazisindən 0,23 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi verilmiş və adına JN:1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X12 verilmişdir. JN:1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X9 soyadı və adı düzgün olaraq Ərizəçi yazılsa da atasının adı Xalid əvəzinə səhvən Xəlil kimi yazılmışdır. Atasının adı Xəlil olması ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi, valideynlərinin nikahın bağlanması haqqında şəhadətnaməsi və atası X2 şəxsiyyət vəsiqəsi ilə də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin JN:1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X11 ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair adına sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx xxxxxx 2021-ci il tarixli məktubu ilə ona qeyd olunan sənəddə olan ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də JN:1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X10 o, Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayənədəsi Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X9 görünür ki, Ərizəçi Xəlil qızının mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2000-ci il tarixli, 02 saylı qərarı ilə 0,23 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi ata adı “Xəlil” kimi qeyd olunmuşdur. İş materiallarında olan xx xxxx 1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 317830 №li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuş, şəhadətnaməndə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2000-ci il tarixli, 02 saylı qərarı ilə JN-1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasında Ərizəçi mülkiyyətinə 0,23 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi ata adının «Xalid» əvəzinə səhvən «Xəlil» kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN- 1xx xxx 30304018 saylı Torpağa Mülkiyyət Hüququna X11 ərizəçinin adının (soyadının, adının və atasının adının) onun şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-151 seriyalı, KOD 30304018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-151 seriyalı, KOD 30304018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-760/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-760/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver