Məhkəmə qərarları › İş №2(027)-773/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-773/2024

16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-773/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 12 Dekabr 2023-ci il tarixli, 317708 nömrəli Akt əsasında hesablanmış 595,01 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı ailəliklə Quba rayonu, 1- ci Nügədi kədində yaşayırlar. 2023-cü ilin Dekabr ayında "xxxx" ASC- nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə gəlkərək məlum olmayan hansısa güya əlavə elektirik xətti aşkarlayaraq onu 621 manat 32 qəpik EİQ pozulması cərimə yazaraq getdilər, onun yaşadığı evin sayğacına yazılan cərimə məbləği ona bildiriş veriləndən sonra bəlli oldu. "xxxx" ASC-nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri Nəzarətçiləri onun sayğacına bağdıqları və araşdırma apardıqları 2023-cü ilin dekabr ayında heç bir pozuntu aşkar etməyiblər. Bu barədə 317708 nömrəli akt tərtib olundu. Bu barədə o Quba rayon Azərişiq idarəsinə gedib bildirdi ki, ona yazılan cərimə əsassızdır onun yaşadığı evdə heç bir əlavə xət qoşulmayıb o, işıqda pozuntu etməmiş, lakin ona 595 manat 01 qəpik cərimə niyə yazıblar, azərişiq idarəsinin əməkdaşları onu illik səyfiyatına baxaraq və yaşadığı evinə baxaraq həqiqətən heç bir pozuntu aşkar olmadığını bildirdilər, sonra ona bildirdilər ki, yazılan cərimə düz deyil bu barədə Məhkəməyə müraciət etməyini bildirdilər, o, Azərişığın əməkdaşları ilə razılaşa bilmədiyini başa düşərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun yaşadığı evdə quraşdırılan sayğac çöldə olsada sayğacdan əlavə hec bir xət evinə əlavə edilməyib. Bütün bunlara baxmayaraq heç bir subutları olmayan "xxxx" ASC- nin X2 Nügədi kəndi üzrə nəzarətçiləri onun yaşadığı evə özlərində şübhə yaradaraq güya evinə əlavə elektirik xətdi olma sübutsuz öz özlərinə danışaraq qeyd etdilər. Hal bu ki, onun evinə heç bir əlavə (leyvi) elektirik xət qoşulmayıb, bütün illərin sərfıyya baxış keçirilsə demək olarki, bu il əvvəlki illərlə eyni sərfıyyatdır. İş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək Azərişıq ASC əməkdaşları tərəfindən tərtib edilmiş 12 dekabr 2023-cü il tarixli, 317708 nömrəli Akt əsasında hesablanmış 595,01 manat məbləğində pulun onun abonent kodu üzərindən silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq Elektrik Enerjisinin talanması faktlarının qarşısını almaq məqsədi ilə Quba rayon 1-ci Nügədi kəndində yoxlamalar aparılan zaman İddiaçı məxsus sayğaca baxış keçirərkən məlum oldu ki, fərdi yaşayış evinə sayğacdan kənar xəttinin izolyasiya qatını pozmaqla kənar xətt istifadə edir. Kənar xəttin en kəsik sahəsi 2x4 mm-lik (aliminum) naqildən ibarətdir. Kənar xətdən keçən yük xüsusi ölçmə cihazı olan Ampermaşa vasitəsi ilə ölçüldü. Pk=2.86 Kvt (kənar xətdən axan yük) Psay=0.1 kvt (sayğacdan axan yük) olması faktı aşkar edilmişdir.Bu faktla əlaqədar 317708 saylı akt əsasında itirilmiş elektrik enerjisinin prəpasına uyğun olaraq Akt R 317708 saylı akt əsasında 694.01 manat məbləğində hesabat aparılmışdır. Aşkar edilmiş pozuntu faktının video qeydiyyatı aparılmışdır. İddiaçı bu akt tərtib edilməmişdən bir il öncə də elektrik enerjisindən qanunsuz istifadə etdiyi üçün xx.xx.2022-ci il tarixdə Rİ 280042 saylı akt tərtib edilmişdir. İddiaçı həmin akt üzrə yazılan hesabatı ödəmişdir.Bu da onu göstərir ki abonent həqiqətən də elektrik enerjisindən qanunsuz istifadə edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin» xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları''nm (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. EEİQ-nm 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, sayğac xəttinə müdaxilə etməmişdir. Bir dəfə kənar qoşulma olmuş, həmin qoşulmaya görə cəriməni ödəmişdir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, “Azərişıq “ ASC-nin Quba elektrik şəbəkəsində mühəndis vəzifəsində işləyir. Aktı o tərtib etmişdir. İddiaçının yaşadığı ünvanda kənar xətt aşkarlanmışdır. İkinci dəfə belə fakt aşkarlanmışdır. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 Dekabr 2023-ci il tarixli, 317708 nömrəli aktdan görünür ki, EEİQ-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayacadan kənar giriş xətti izolyasiya qatı pozularaq kənar xətt istifadə edir. Azərişıq» ASC-nin əməkdaşları tərəfindən kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Mülki işin materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, İddiaçı kənar elektrik xəttindən istifadə etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən onun istehlakçı kimi hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşdəki sübutlardan görünür ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq ona 595,01 manat cərimə hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə zalında CD diskə baxış keçirilən zaman İddiaçı kənar elektrik xəttindən istifadə etməsi məlum olmuşdur. Belə olan halda iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar