Məhkəmə qərarları › İş №2(027)-777/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-777/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-777/2023 17.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və hesablanmış 1366,50 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsi, Barlı kəndi, mənzil 21-də yerləşən evdən kənarda quraşdırılmışdır. 19 oktyabr 2022-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı iştirakı olmadan açıb aparmış, əvəzinə yeni sayğac quraşdırmışlar. 30 dekabr 2022-ci il tarixdə Cavabdeh Quba rayon şöbəsinin əməkdaşları gələrək sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən **********8 saylı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, hesablama mexanizminin prinsipinə maneə törədilməsinin mümkün olması və sayğacın istismara yararsız olması aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt ərtib edilmiş və 1366,50 manat borc hesablanmışdır. O, bildirmişdir ki, heç zaman qaz sayğacına müdaxilə eməmişdir. 1366,50 manat borcun yaranmasında və sayğacın istismara yararsız olmasında onun təqsiri yoxdur. Həmin borc əsassız olduğundan abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı müdaxilə olumandığını mübahisələndirdiyi Elster tipli G-4 markalı **********8 №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığma cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik götürmüşdür. Belə ki, aktın 5-ci bəndinin 7-ci hissəsində Sayğacın və plombun toxunulmazhğına cavabdeh şəxs İddiaçı qeyd edilmişdir. Qeyd edilən sayğac abonentin həyətində qapalı yerdə quraşdırılmışdır, buna görə də kənar şəxsin sayğaca müdaxiləsi mümkün deyildir. Həmin sayğaca abonent İddiaçı iştirakı ilə Xaçmaz RQİİ-nin Quba rayonu üzrə qaz sayğaclarının qəbulu və istismarı xidmətinin işçiləri tərəfindən baxış keçirilmiş və sayğacın ekranının sol tərəfi müdaxiləyə şübhəli olduğu üçün xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. **********8 saylı sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilərək 29/1710-04741-1 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, **********8 saylı qaz sayğacın hesablama mexanizminin qoruyucu plasmast qapağı gövdədən tamamilə aralanıb,hesablama mexanizminin iş prinsipinəmaneə törədilməsi mümkündür.Sayğac istismara yararsızdır. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nm pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sayğaca müdaxilə olunması qazdan istifadə qaydalarının pozulması kimi qiymətləndirilir. Qazpaylayıcı ilə məişət qaz qurğularından istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilənin 3.3 bəndinə uyğun olaraq İstehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək qazdan istifadə qaydalarının pozulmasına görə qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qzpaylayıcıya dəymiş ziyan ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli Qərarına uyğun hesablanaraq istehlakçı tərəfindən ödənilir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640 m3 və ya 1036,80 manat məbləğində itirilmiş qazın bərpası üçün ziyan məbləği hasablanmışdır. Əyər qazpaylayıcı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Çünki, qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni, sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qaz işlədici cihazlarında sərf , edilmişdir. Buna görə də, əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəymiş ziyan abonentdən tələb olunmalıdır. Qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən törədilməsi sübut edilərsə, toplanmış material Energetika Nazirliyinə göndərilir və abonent “Enerji məsələlərinin tənzimlənməsi Agentliyi” tərəfindən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə sayğacın quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcı tərəfindən həyata keşirilir. İddiaçı iddia tələbində xx.xx.2022-ci tarixli ******* nömrəli akta əsasən yazılmış 1366,50 manat məbləğin silinməsini edib. Həmin akta əsasən abonentə 1036,80 manat itirilmiş qazın bərpası üçün ziyan məbləği hesablanmışdır. 1366,50 manat məbləğin nəyə əsasən hesablandığı məlum deyil. Bununla da aydın olur ki. iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********8 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmış və hesablama mexanizminin prinsipinə maneə törədilməsi mümkündür və sayğacın istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin yanvar ayı üzrə akt əsasında 1036,80 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 8640 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, dəymiş ziyanın həcmi hesablanarkən 8640 m3 sərfiyyat müəyyən edilmişdir. xx.xx.2022-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, **********8 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmış və hesablama mexanizminin prinsipinə maneə törədilməsi mümkündür və sayğacın istismara yararsızdır. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 1036,80 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı hesablanmış 1366,50 manat məbləğində borcun onun abonent hesabından silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ******* saylı akt üzrə iddiaçının abonent hesabına 1036 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 1036,80 manat məbləğində borc iddiaçının **********01210 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********01210 saylı abonent hesabına hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar