Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-778/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 dekabr tarixli 17 N-li qərarı ilə Quba Rayon Qımılqışlaq kəndi ərazisində kənd tsəsrrüfatı məhsulları istehsalı üçün ayrılmış 2,46 ha torpaq sahəsinə dair onların adına olan mülkiyyəti təsdiq edən JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 N-li qərarı ilə ona və ailə üzvlərinə Quba Rayonu Qımıl-qışlaq kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,46 ha torpaq sahəsi ayrılmış və həmin qərara əsasən mülkiyyəti təsdiq edən JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Halhazırda öz payına düşən torpağı özgənələşdirmək istəyir, lakin qeyd olunan Dövlət Aktında adı səhvən Gülayə əvəzinə “Vüsalə” kimi qeyd edildiyindən öz hüquqlarını həyata keçirə bilmir. Dövlət Aktında olan yalnışlığı aradan qaldırmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, qeyd olunan təşkilat 15.03.2021-ci il tarixli məktubu ilə Dövlət Aktlında qeyd olunmuş hüquq sahibinin adı və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Həmçinin qeyd edib ki,15.05.2009-cu il tarixli nikah haqqında şəhadətnamədən aşkar olur ki, o 15.05.2009-cu il tarixdə X14 adlı şəxslə ailə həyatı quraraq Əliağayeva soyadını qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüqüqüna X20 Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildir di ki, Gülayə onun qızıdır, onun iki oğlu bir qızı var. Onların adına olan və mülkiyyəti təsdiq edən JN-158 KOD 30313068 saylı Dövlət Aktinda qızının adı səhvən Vüsalə yazılıb. Onun Vüsalə adında qızı yoxdur. Məhkəmə Ərizəçi və şahid X3 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X20 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba rayonu, Qımılqışlaq kəndi ərazisindən 1.04 ha torpaq sahəsi Quba rayonu Qımılqışlaq kənd sakinləri X6 və ailə üzvləri, X8, X10, X12 və X9 mülkiyyətinə verilib. İş materiallarında olan XVİ-ЖГ 346896 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 10,11,1991-ci ildə anadan olub, doğum haqqında akt qeydləri kitabında 24,12,1991-ci il tarixdə 196 nömrə ilə qeyd edilib. X1, anası X8 qeyd edilib. İş materiallarında olan AZ-İ 485920 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Quliyeva (Əliağayeva) Gülayə Elman qızı arasında 15.05.2009-cu ildə nikah bağlanmış, 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu, Hacıhüseyli İƏD-si üzrə nümayəndəliyinin 31.03.2021ci il tarixli 368 nömrəli arayışına əsasən məlum olur ki, X11, hal-hazırda Quba rayonu, Qımılqışlaq kəndində yaşayır. İş materiallarında olan Quba rayonu, Hacıhüseyli İƏD-si üzrə nümayəndəliyinin 31.03.2021ci il tarixli 367, 372 nömrəli arayışlarına əsasən məlum olur ki, X6 ilə X4 birgə nikahından qızı, X11, X12 və X13 adlı övladları var, X5 məxsus JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X24 pay sahibi kimi X10 adında ailə üzvü yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin X5 ünvanladığı 15.03.2021-ci il tarixli məktubda JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X24 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-158 KOD 30313068saylı Torpağa Mülkiyyət Hüqüqüna X20 Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-158 KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüqüqüna X20 Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-778/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-778/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver