Məhkəmə qərarları › İş №2(027)-779/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-779/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-779/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X21 katibliyi, Ərizəçilər Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-0021 KOD 30318048 Saylı Torpağa Mülkiyyət X3ra - Ərizəçi1, Ərizəçi2, Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızına və mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızı ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı Qərarı ilə onlara və ailə üzvlərinə - mərhum anaları X6, Ərizəçi1, Ərizəçi2, X5 və X10 Quba rayonu, Qımıl kəndi ərazisindən 2,44 ha torpaq sahəsi verilmiş və bu barədə JN-0021 KOD 30318048 Saylı Torpağa Mülkiyyət X28 Aktı verilmişdir. X29 “X14” əvəzinə səhvən “X13” kimi, “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Gülməddin oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Nurəhməd qızı” kimi və “X15” əvəzinə səhvən “X16” kimi qeyd olunmuşdur. Hazırda Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsasında onlara və ailə üzvlərinə verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair Çıxarış almaq istəyirlər. Lakin Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında adları səhv qeyd olunduğundan, çıxarış ala bilmirlər. Buna görə də JN- 0021 KOD 30318048 saylı Torpağa Mülkiyyət X28 Aktındakı qeydin onlara - Ərizəçi1, Ərizəçi2, X10 və mərhum X9 məxsus olması faktı müəyyən olunmalıdır. Torpağa Mülkiyyət X28 Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, Dövlət Aktındakı səhv qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı və atasının adı “X15” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X15 arasında 11.09.2015-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra Minayə Mirzəyevaya “Müzəffərova” soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı, soyadı atasının adı “Ərizəçi2” olaraq qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı, soyadı atasının adı “Ərizəçi1” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08.03.2002-ci il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamə də onun adı, soyadı atasının adı “X14” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyini 14.01.2022ci il tarixli arayışından görünür ki, JN- 0021 kod- 30318048 saylı torpağa mülkiyyət hüquqna dair Dövlət aktında X7 adı səhvən X2, Ərizəçi1 adı səhvən Ərizəçi1 Gülməddin oğlu kimi, Ərizəçi2 adı səhvən Ərizəçi2 Nurəhməd oğlu kimi, X8 adı səhvən X4 qeyd olunmuşdur. Nümayəndəliyin ərazisində X13, Ərizəçi1 Gülməddin oğlu, Ərizəçi2 Nurəhməd oğlu və X16 ad soyadda şəxslər yoxdur və olmamışdır. İş materiallarında olan Quba regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin 08.04.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 08.03.2002-ci l tarixdə vəfat etmiş X11 vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 08.04.2022-ci il tarixli arayışından görünür ki, 1922-ci il tarixdə Quba rayonu, Qımıl kəndində anadan olmuş X7 “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikah ahqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət X28 Aktının surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2, X10 və X9 Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0021 kod 30318048 saylı Dövlət Aktı tərtib edilərək 2.44 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2, X10 və X9 Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən 2.44 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-0021 kod 30318048 saylı Dövlət Aktı tərtib edilmişdir. X29 “X14” əvəzinə səhvən “X13” kimi, “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Gülməddin oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Nurəhməd qızı” kimi və “X15” əvəzinə səhvən “X16” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızı məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-0021 kod 30318048 saylı Dövlət Aktının onlara və mərhum X9 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-0021 kod 30318048 saylı Dövlət X1 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızı və X9 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0021 kod 30318048 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Müzəffərova (Mirzəyeva) Minayə Mirzə qızı və X9 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar