Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-780/2022 29.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Xoşəmməd oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Xoşəmməd oğlunun maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Xoşəmməd oğlu məhkəməyə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-119 KOD 30311018 nömrəli Dövlət X1, X13 və X23 ilə yanaşı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9 və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Xoşəmməd oğlu ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-119 KOD 30311018 nömrəli Dövlət Aktına əsasən onlara və ailə üzüvlərinə kənd təsərrüfatı məqsədi ilə 2,60 ha torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-119 KOD 30311018 nömrəli Dövlət Aktında onların adları Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 Xoşməmməd oğlu kimi, Ərizəçi2 əvəzinə səhvən X12, Ərizəçi3 əvəzinə səhvən X17, X14 əvəzinə səhvən X2, X18 əvəzinə səhvən X3 yazılmışıdır. X35 qeyd olunmuş ad, soyad və ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsələr də onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********90 nömrəli 29 noyabr 2021-ci il tarixli imtina məktubu almışlar. X14 22 noyabr 2005-ci il tarixində və X18 isə 16 iyul 2002-ci il tarixində ölmüşdür. Quba rayon Vladmirovka inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilən Forma 2 arayışlarına əsasən o, Ərizəçi1 22 noyabr 2005-ci il vəfat etmiş atası X8 və 16 iyul 2002-ci il tarixində vəfat etmiş bacısı X10 vərəsələri sırasına daxildir. Dövlət Aktında yanlışlığları aradan qaldıra bilmirilər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Xoşəmməd oğlu ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X36 görünür ki, X15, X7, X13, X17, X18, Ərizəçi1, X23, X21 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 2.60 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi1 ata adı Xoşməmməd kimi, Ərizəçi2 adı Cəlil kimi, Ərizəçi3 Xoşəmməd oğlunun adı, soyadı ata adı X5, X8 adı Xoşəmməd kimi və X10 ata adı Xoşməmməd kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayənədəsinin 23.11.2021-ci il tarixli, 1083 №li arayışından görünür ki, JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X40 əsasən X17, X29, X16 kimi səhv yazılmışdır. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin 01.02.2022-ci il tarixli, 109 №li arayışından görünür ki, İdrisov X22 rayonu, Vladimirovka kəndində yaşamış və 22.11.2005-ci il tarixdə Vladimirovka kəndində vəfat edib. X19 və Ərizəçi3 oğlu onun vərəsələri sırasına daxildir. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsinin 04.02.2022-ci il tarixli, 117 №li arayışından görünür ki, X6 rayonu, Vladimirovka kəndində yaşamış və 16.07.2002-ci il tarixdə Vladimirovka kəndində vəfat edib. X19 onun vərəsələri sırasına daxildir. İş materiallarına əlavə olunmuş 04.01.2006-cı il tarixli, AZ-İ seriyalı, 173266 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 22.11.2005-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş 09.03.2005-cı il tarixli, AZ-İ seriyalı, 135568 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 16.07.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dur. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2 İdris oğludur. İş materiallarında olan AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3 oğludur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29.11.2021-ci il tarixli, **********90 №li məktubdan görünür ki, JN-119 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X38 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X41 əsasında X15, X7, X13, X17, X18, Ərizəçi1, X23, X21 mülkiyyətinə 2,60 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi1 oğlunun ata adının Xoşməmməd kimi, Ərizəçi2 adının Cəlil kimi, Ərizəçi3 Xoşəmməd oğlunun adı, soyadı ata adının X5, X8 adının Xoşəmməd kimi və X10 ata adının Xoşməmməd kimi səhv qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X38 ərizəçilərin adının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və onlara məhkəməyə müraciət etmələrinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X39 digər ailə üzvləri ilə bərabər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X14 və X11 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-119 Kod 30311018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X13 və X23 ilə yanaşı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9 və X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-780/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-780/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver