Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-782/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı istehsalı məqsədilə verilmiş 0.70 ha torpaq sahəsinə tərtib edilmiş JN-1847 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququnq X17 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçilər Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmədə ərizəçilər Ərizəçi2 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Ərizəçi1 və Ərizəçi2, eləcə də, digər mülkiyyətçi olan ailə üzvü X5 Quba rayonu, 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.70 ha torpaq sahəsi verilmiş və JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X22 verilmişdir. X15 digər mülkiyyətçi X1, adı və ata adı düzgün yazılmış, Ərizəçi1 soyadı düzgün yazılsa da, adı Ürfət əvəzinə səhvən Rüfət kimi, ata adı Nuri əvəzinə Nuru kimi, eləcə də, Ərizəçi2 soyadı və adı düzgün yazılsa da, atasnın adı Ürfət əvəzinə səhvən Rüfət kimi qeyd olunmuşdur. Soyad, ad və ata adının Ərizəçi1 və Ərizəçi2 olması şəxsiyyət vəsiqələrinin surəti, doğum haqqında şəhadətnamələrin notarial surəti və Quba rayon İcra Hakimiyyəti Başçısının 1-ci Nügədi İƏD üzrə nümayəndəliyinin 103 saylı, 31.01.2022- ci il tarixli arayışı ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyir. Lakin JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət X2 yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüququ məhdudlaşmışdır. Bunula bağlı hüquqmüəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edib. Lakin onlara 13.12.2021-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X18 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayonu, İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı istehsalı məqsədilə verilmiş 0.70 ha torpaq sahəsinə tərtib edilmiş JN-1847 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququnq X17 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X10 bildirdi ki, Ərizəçi1 dayısı, Ərizəçi2 isə dayısı oğludur, Nuri kişi onun babasıdır. JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X16 ərizəçilərin ad və ata adları səhv yazılıb. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və şahid X7 dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X17 təsdiq edilmiş surətindən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının 23 mart 1999cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.70 ha torpaq sahəsi Quba rayonu İ Nügədi kənd sakinləri Ərizəçi1, X6 və Ərizəçi2 mülkiyyətinə verilib. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 13.12.2021-ci il tarixli məktubdan görünür ki, JN 1847 Kod 30319018 saylı Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1966-cı ildə doğulub adı-Ürfət, soyadı- Hacıyev, ata adı- Nuri qeyd olunub. Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. İşdə olan 411020 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1994-cü ildə doğulub adı-İlkin, soyadı- Hacıyev, ata adı- Ürfət qeyd olunub. İş materiallarında olan Quba rayonu, İ Nügədi İƏD-si üzrə nümayəndəliyinin 31.01.2022-ci il tarixli 103 nömrəli arayışa əsasən Quba rayonu, İ Nügədi kənd sakinləri Ərizəçi1 və Ərizəçi2 adı və ata adı JN 1847 Kod 30319018 saylı Dövlət Aktında səhvən X11 və Ərizəçi2 Rüfət oğlu yazılıb. X11 və Ərizəçi2 Rüfət oğlunun adı düzgün olaraq, Ərizəçi1 və Ərizəçi2 kimi yazılmalıdır. Məhkəmədə müəyyən edildi ki, JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X21 əsasən Quba rayon Aqrar islahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.70 ha torpaq sahəsi Quba rayonu İ Nügədi kənd sakinləri Ərizəçi1, X6 və Ərizəçi2 mülkiyyətinə verilib, lakin Dövlət Aktında Ərizəçi1 və Ərizəçi2, səhvən X11 və Ərizəçi2 Rüfət oğlu kimi yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə JN 1847 Kod 30319018 saylı Torpağa Mülkiyyət X3ra məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, JN- 1847 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-1847 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-782/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-782/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver