Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-783/2022 10.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. tələblərinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünü araşdırıb M ü ə y y ə n e t d i m: İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, Mərhum babaları İddiaçı1 Əhəd oğluna məxsus olmuş ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkçi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız sayılması, bu Şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, X1 adına verilmiş 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, 13.01.2015-ci ildə Quba Notariat Kontorunda təsdiq olunmuş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07.03.2015-ci il tarixli, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması və yuxarıda göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkçi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinin ¼ onların vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən olunaraq, müvafiq mülkiyyət sənədlərinin - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizə bu Məcəllənin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rayon, şəhər idarələri inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilir. Ona görə də hazırki iddia ərizəsi məhkəmədə baxılmalı deyildir və göstərilən icra sənədinin icrasıyla bağlı icra hərəkətlərinin davam etdirilməsi üçün ərizəçi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bundan imtina etdikdə isə dövlət aktına əsasən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair ərizə ilə müvafiq olaraq İnzibati Məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. tələblərinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və iddiaçıya Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli olması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bundan imtina etdikdə isə çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair ərizə ilə müvafiq olaraq İnzibati Məhkəməyə müraciət etməli olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və s. tələblərinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı3 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli olması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bundan imtina etdikdə isə çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair ərizə ilə müvafiq olaraq İnzibati Məhkəməyə müraciət etməli olması izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-783/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-783/2022
10.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver