Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-785/2024 10.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, övladları 18 may 1989-cu il təvəllüdlü oğlu-X2 və 03 sentyabr 1987-ci il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladları xx.xx.1989-cu il təvəllüdlü X2 Ağır dərəcəli əqli gerilik” və xx.xx.1987-ci il təvəllüdlü X3 “Orta dərəcəli əqli gerilik” səbəbindən sağlamlıq vəziyyətləri ağır olduğu üçün onları valideyn olaraq o himayə etmişdir, hazırda da onlara o qulluq edir. Birinci dərəcə əlil, əmək qabiliyyəti olmayan şəxlər olaraq onların kənar əxsin qulluğuna ehtiyacı vardır. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti arandığından ailələri bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini darə edə bilməməsi, öz mənafeyini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xİİ-JQ seriyalı 414876 №-li və XİV-JQ 430747 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 ilə Ərizəçi birgə nikahından xx.xx.1987-ci il tarixdə X11 və xx.xx.1989-cu il tarixdə X12 doğulmuşlar. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsi üzrə xx.xx.2023-cü il tarixli 1020 №li arayışından görünür ki, Ərizəçi Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır, qızı 1987-ci il təvəllüdlü X11 və oğlu 1989-cu il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Azərbyacan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Quba Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2023-cü il tarixli №PHŞ/6.56-2- S-13973-42 7365-2023 saylı məktubundan görünür ki, xx.xx.1987-ci təvəllüdlü, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan X6 ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbyacan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Quba Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2023-cü il tarixli №PHŞ/6.56-2- S-13972-42 7367-2023 saylı məktubundan görünür ki, xx.xx.1989-cu təvəllüdlü, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayan X7 orta dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X13 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1932 saylı rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X13 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1933 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) müəyyən edilir. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X9 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 03 sentyabr 1987-ci il təvəllüdlü X3 və 18 may 1989-cu il təvəllüdlü X2 anasıdır. X2 və X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli 1932 saylı və xx.xx.2024-cü il tarixli 1933 saylı rəyləri ilə müəyyən edilmişdir ki, X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə və X5 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) formasında psixi xəstəlikdən əziyyət çəkmələri aşkar olunur. X3 və X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrinə kifayət qədər əsaslar var. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 sentyabr 1987-ci il təvəllüdlü X11 və 18 may 1989-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 03 sentyabr 1987-ci il təvəllüdlü X11 və 18 may 1989-cu il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 03 sentyabr 1987-ci il təvəllüdlü X3 və 18 may 1989-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyumluq müəyyənləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-785/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-785/2024
10.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver