Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-79/2021 29.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X42 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun vəkili Nümayəndə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X13, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, X10, Cavabdeh4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı mirasdakı payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə; qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı mirasdakı payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhrumə X14 adına verilmiş Seriya RX ******* nömrəli 13.02.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-203 reyestr nömrəli, 22.02.2019-cu il tarixli qanun üzrə vərəəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun adına verilmiş 18.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oglu ilə Cavabdeh2 Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun adına verilmiş H ü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7ndan miras qalmış əmlaklara paylarının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1ində yerləşən 123,8 kv.m fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin mərhum X14 adına özəlləşdirilməsi etibarsız hesab edilməsi, ƏMKD yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhrumə X14 adına verilmiş Seriya RX ******* nömrəli 13.02.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-203 reyestr nömrəli, 22.02.2019cu il tarixli qanun üzrə vərəəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun adına verilmiş 18.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oglu ilə Cavabdeh2 arasında Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun adına verilmiş H ü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7ndan miras qalmış əmlaklara paylarının müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək X26 tərəfindən 08 fevral 1989-cu ildə imzalanmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, İddiaçı1 mərhum nənəsi İddiaçı2 anası X26 02 avqust 1997-ci ildə vəfat etmişdir. Ölümündən sonra X3 ünvan 1i ünvanında yerləşən 123,8 kv.m fərdi yaşayış evi miras əmlakı qalmışdır. X3 vəfatından sonra iddiaçı X28 miras əmlakını faktiki qəbul edərək sahiblik etmiş, orada əkin-bostançılıq yaratmış, təsərrüfatı idarə etmişdir. İddiaçı1 isə anadan olan olandan uşaq yaşlarından bu günə kimi həmin ünvanda yaşayrı və qeydiyyatdadır. X7 hələ sağlığında nəvəsi, bu işi üzrə İddiaçı1 öz əmlaklarını vəsiyyət etmişdir. Belə ki, 08 fevral 1989-cu il tarixdə X7 Cavabdeh1 və İddiaçı2 iştirakları ilə Quba rayonu Rustov kəndi Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən 07.04.1989-cu il tarixdə reyestrdə 164 nömrə ilə qeyd edilərək təsdiqlənmiş yazılı vəsiyyətnamə verərək bütün əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Mərhumə X4 olduğundan yazı yaza bilmədiyi üçün həmin vəsiyyətnamə bu iş üzrə cavabdeh mərhumə Münəvvər Vəliyevanın oğlu X5 Vəliyevanın özünün İddiaçı1 və İddiaçı2 iştirakları ilə öz xətti ilə yazmışdır və Münəvvər Vəliyeva vəsiyyətnamə imza etmişdir. Beləliklə, hələ sağlığından X7 ona məxsus olan bütün əmlakını, doğma nəvəsi – idiaçı İddiaçı1 vəsiyyət edərək, bu barədə vəsiyyətnamə vermişdir. İddiaçı1 anadan olandan ünvan 1ində yerləşən mərhum nənəsi X19 məxsus evdə yaşamış və halhazırdakən ailə ilə birlikdə yaşayır. 1997-ci ildə Münəvvər Vəliyevanın ölümündən sonra İddiaçı1 bibisi-İddiaçı2 da miras əmlakını faktiki qəbul etmiş, bir neçə müddət orada yaşamış, təsərrüfatı birgə idarə etmişdir. Bundan əlavə Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ünvan 1i ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi İddiaçı1 və ilə üzvü X8 mülkiyyətinə verilmiş, bu barədə İddiaçı1 və ailə üzvünün adına JN-147F KOD 30321148 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq yuxarıda göstərilən mübahisəli torpaq sahəsidir, ididaçı İddiaçı1 mərhum nənəsi X2 və istifadəsində olmuş və hazırda İddiaçı1 yaşadığı və təsərrüfatını idarə etdiyi torpaq sahəsidir. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq ünvanlanan 25.04.2019-cu il tarixli, **********62 nömrəli məktubdan və məktuba əlavə olunmuş JN- 147F KOD 30321148 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ünvan 1i ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi İddiaçı1 və ailə üzvü X8 mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi artıq 2006-cı ilin 06 iyul tarixinədək İddiaçı1 ünvan 1i ünvanında yerləşən 0,15 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını əldə etmişdir. Qanunun tələbinə görə, iddiaçının adına verilmiş yuxarıda qeyd olunan JN-147F KOD 30321148 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı1 və İddiaçı2 2019-cu iyul ayında məlumat almışlar ki, iddia ərizəsi üzrə Cavabdeh1 ərizə ilə notariat orqanına mürciət edərək, məhrum anası X11 miras qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etmiş, ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını bildirmişdir. X57 Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu A.Hacıyev tərəfindən Cavabdeh1 22.09.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında Cavabdeh1 öz adına mübahisəli əmlaka çıxarış almışdır. Bakı şəhəri Mərkəz Vəkil bürosu tərəfindən üçüncü şəxs Quba regional “ASAN Xidmət məkrəzində notariat ofisinə edilmiş vəkil soğrusu əsasında alınmış notariat qaydada təsdiq olunmuş sənədlərdən məlum olmuşdur ki, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 02.08.1997-ci il tarixdə ölmüş X14 adına 13.02.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Münəvvər Vəliyevanın adına qeyd olunan əmlak özəlləşdirilərkən evdə qeydiyyatda olan onun və ailə ailə üzvlərinin razılığı alınmamışdır. Müəyyən olunur ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ünvan 1i ərazisindən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinə qanunsuz şəkildə X3 adına 13.02.2019-cu il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir, bundan sonra Cavabdeh1 adına 22.02.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, lakin Cavabdeh1 hələ vərəsəlik hüququ haqqında şəhadətnamə almadan və məhrumun vərəsəsi kimi tanınmadan daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərək mərhumə Münəvvər Vəliyevanın adına çıxarış almışdır. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin Əmlak Xidmətləri Məkanına vəkil sorğusu göndərilirək, Cavabdeh1 adına daşınmaz əmlakların olub-olmaması barədə müvafiq sorğu verilmiş və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 23.07.2019-cu il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 adına 18.03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Məktubda həmçinin qeyd olunmuşdur ki, Cavabdeh1 adına olan ünvan 1ində yerləşən fərdi yaşayış evi Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 08.05.2019-cu il tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına qeydə alınmışdır. Məktubdan göründüyü kimi, Cavabdeh1 notariat orqanına öz adına qadunun üzrə vərəsəlik hüquuq haqqında şəhadətnamə aldıqdan sonra, həmin şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestri xidmətindən 18.03.2019-cu il tarixli çıxarış almış və əmlakı öz adından çıxarmaq üçün oğlu Cavabdeh2 ilə bağışlanma müqaviləsi bağlayaraq, mübahisəli əmlakı sonuncunun mülkiyyətinə vermişdir. İddiaçılar İddiaçı1 və X20 bundan xəbərləri olmamışdır. İddiaçı1 anadan olandan həmin evdə qeydiyyatdadır, onun 1 arvadı və 3 uşağı həmin ünvanda qeydiyyatdadırlar və faktiki yaşayırlar, notariat ofisi 08.05.2019-cu il tarixdə cavabdehlər arasında bağışlanma müqaviləsi bağlayarkən hansı səbəbdənsə qeydiyyatda olan onu, arvadını və övladlarını notariata dəvət etməmiş və onların razılığını almamışdır. Bundan əlavə cavabdeh Elxan Teymur oğluna bağışlanmış ünvan 1ində yerləşən fərdi yaşayış evi İddiaçı1 və ailə üzvünün mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin üzərində tikilmiş evdir və yuxarıda qeyd olunduğu kimi iddiaçı Oktay Mustafaeyvə nənəsi X26 tərəfindən vəsiyyət edilmişdir, eləcə də İddiaçı2 tərəfindən fakitki idarə etməyə qəbul edilmiş miras əmlakıdır və sonuncuların həmin evə miras payları vardır. Bir sözlə bağışlanmış əmlak vərəsəli hüququ ilə məhdudlaşmış əmlakdır, eləcə də İddiaçı1 mülkiyyət hüquqları ilə yüklü edilmiş əmlakdır. İddia ərizəsinə əlavə edilmiş Quba rayonu rayonu Rustov İƏD üzrə nümayəndəliyinin 23.08.2019-cu il tarixli, 900 nömrəli arayışından da görünür ki, İddiaçı1 Quba rayonu Rustov kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır və ailə üzvü 4 nəfərdən ibarətdir. Arayışda qeyd kimi göstərilmişdir ki, İddiaçı1 13 nömrəli təsərrüfatbaşına kitabın 24-cü səhifəsinin 982 saylı şəxsi hesabında 0,15 ha həyətyanı, 0,54 ha özəl pay torpağı və 1969-cu ildə tikilmiş ümumi sahəsi 81,0 kv.metr, yaşayış sahəsi 60,0 kv.metr olan fərdi yaşayış evi vardır. Bundan əlavə bağışlanma müqaviləsi əsasında əmlakı bağışlayan Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüquqularının qanunsuz şəkildə rəsmiləşdirmiş, İddiaçı1 mülkiyyətində olan torpağın üzərində yerləşən və İddiaçı1 40 ildən artıq müddətdə yaşadığı və istifadəsində olduğu fərdi yaşayış evini sonuncunun razılığı olmadan bağışlamışdır. İddiaçı1 adına verilmiş torpağın mülkiyyətə verilməsiə dair Şəhadətnamə həmin dövrdə mövcud olmuş və müvafiq inzibati funksiyaları yerinə yetirmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Şəhadətnamənin mötəbərliyi heç bir şübhə doğurmur, həmçinin İddiaçı1in adına verilmiş JN-147F Kod 30321148 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin mövcudluğu daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.04.2019cu il tarixli, **********62 nömrəli məktubu ilə təsdiq olunur. İddiaçı1 adına mübahisəli torpaq sahəsinə dair ləğv olunmamış Şəhadətnamə olduğu halda, həmin torpağa dair digər şəxsə dövlət reyestrindən çıxarış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanunsuzdur. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi özgəsinin mülkiyyətində olan (hazırkı vəziyyətdə İddiaçı1 mülkiyyətində olan) daşınmaz əmlak obyektinə (0,15 ha torpaq sahəsinə) qanunsuz şəkildə mərhumə Münəvvər Vəliyevanın adına dövlət reyestrindən çıxarış vermişdir. İddia ərizəsinə əlavə edilmiş Quba rayonu Rustov kəndi X33 İcraiyyə Komitəsi tərəfindən 07.04.1989-cu il tarixdə reyestrdə 164 nömrə qeyd edilərək təsdiqlənmiş yazılı vəsiyyətnamə ilə müəyyən edilir ki, miras qoyan X26 bütün əmlaklarını İddiaçı1 vəsiyyət etmişdir və bunu bilən Cavabdeh1 vəsiyyətnamə olması faktını notariat orqanından gizlətmiş və qanunsuz şəkildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 verilmçiş 22.09.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən miras əmlaklar ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və ümumi sahəsi 123,8 kv.metr olan daşınmaz əmlak İddiaçı1 1989-cu il tarixdən vəsiyyət edilmişdir. Belə olan hala qeyd olunan miras əmlaklarına dair cavabdeh X21 verilmiş 22.02.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddiaçı1 mübahisəli miras əmlaklarına vəsiyyətnamə üzrə payı müəyyən olunmalı, İddiaçı2 miras qoyanın qanun üzrə vərəsəsi hesab olunduğunan mübahisəli əmlaklara onun da payı müəyyən olunmalıdır. İddiaçı1 Quba Regional “ASAN Xidmət” mərkəzində notarit ofisinə 01.08.2019-cu il tarixli ərizə ilə müraciət edərək adına vərəsəlik hüququ haqqında şəhadətnaməsini verilməsini istəmiş, lakin notariat orqanı tərəfindən ona şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışlar ki, iddia tələbini qəbul etmir, miras qoyan X15 qanun üzrə vərəsəsi Cavabdeh1 Abügl oğludur. İddia ərizəsinə qeyd edilmiş miras qoyan X14 08 fevral 1989-cu ildə imzalanması göstərilmiş vəsiyyətnamədəki iki mərtəbəli, dörd otaqdan ibarət yaşayış evinin və bütün əmlakını İddiaçı1 vəsiyyət edən zaman həmin əmlakın X22 məxsus olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi Vəkil1 ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X23 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh İddiaçı2 və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Quba Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN- 147F saylı KOD 30321148 nömrəli şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi İddiaçı1 və X8 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin 23 avqust 2019-cu il tarixli 900 nömrəli arayışından görünür ki, İddiaçı1 ailə tərkibi arvadı X16, qızı X29, qızı X30, oğlu X24 adlı uşaqları var, İddiaçı1 13 nömrəli təsərrüfatbaşına kitabın 24-cü səhifəsinin 982 saylı şəxsi hesabında 0,15 ha həyətyanı, 0,54 ha özəl pay və 1969-cu ildə tikilmiş ümumi sahəsi 81,0 kv.m, yaşayış sahəsi 60,0 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 06 avqust 2019-cu il tarixli, 1134 nömrəli İddiaçı1 adına verilmiş məktubdab görünür ki, vəsiyyətnamədə qeyd olunan daşınmaz əmlaka dair digər vərəsə olan Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və eyni əmlaka təkrar vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığından məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 XX.XX.1941-ci ildə Quba rayonu Rustov kəndində anadan olmuş, Xaçmaz rayonu Laman kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1974-cü ildə Quba rayonu Rustov kəndində anadan olmuş, Quba rayonu Rustov kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən 10 mart 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 02 avqust 1997-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin 05 aprel 2018-ci il tarixli 383 nömrəli arayışından görünür ki, X9 rayonu Rustov İƏD üzrə nümayəndəliyin Püstəqasım kəndində yaşamış 02 avqust 1997-ci ildə vəfat etmiş, onun vəfatından sonra xx.xx.1938-ci il təvəllüdlü Cavabdeh1 qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin 20 aprel 2018-ci il tarixli 441 nömrəli arayışından görünür ki, Cavabdeh1 anası 02 avqust 1997-ci ildə vəfat etmiş X14 ölümündən sonra ondan qalan miras əmlakı oğlu Cavabdeh1 idarə edir. İş materaillarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 aprel 2018-ci il tarixli 186 nömrə arayışdan görünür ki, X34 ilə X14 nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən 30 mart 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 09 mart 1985-ci ildə vəfat etmişdir. İş materiallarında əlavə olunmuş Quba rayonu Rustov kənd soveti tərəfindən 29 noyabr 1968-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxx 1938-ci ildə Quba rayonu Rustov kəndində doğulmuş, atası X25, anası X12r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınamz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, RX Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123,8 kv.m olan fərdi yaşayış evi X14 adına qeydə alınmışdır. İş materiallarında olan X57 Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X14 vərəsəsi oğlu Cavabdeh1 miras əmlakdan 1/1 hissə pay almalı, şəhadətnamə ilə verilən miras əmlak ünvan 1ində yerləşən ümumi sahəsi 123,8 kv.m olan daşınmaz əmlak və ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan X57 Xidmət Mərkəzinin Notariat Ofisində bağlanılmış reyestrdə 4Ə-1068 nömrə ilə qeyd edimiş 08 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsini və ümumi sahəsi 123,8 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 08 fevral 1989-cu il qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X26 vəfat edəcəyi ona məxsus olan Rustov sovetliyi Püstəqasım kəndində yerləşən iki mərtbəli, dörd otaqdan ibarət yaşayış evini və bütün əmlakını nəvəsi İddiaçı1 vəsiyyət etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17 fevral 2020-ci il tarixli 01/65 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********81 nömrəli, 06.02.2019-cu il tarixli məktubu ilə mövcudluğu təsdiq olunmuş JN-147F KOD 30321148 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 və X8 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********173-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışa və Texniki Pasporta əsasən Cavabdeh2 mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsinin koordinantları ilə 0,15 ha hissədə tam olaraq üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2020-ci il tarixli 10/439 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC-nin 17 fevral 2020-ci il tarixli, 01/165 nömrəli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********81 nömrəli, 06.02.2019-cu il tarixli məktubu ilə mövcudluğu təsdiq olunmuş JN-147F KOD 30321148 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 və X8 mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********173-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışa və Texniki Pasporta əsasən Cavabdeh2 mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsinin koordinantları ilə 0,15 ha hissədə tam olaraq üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 14 iyul 2020-ci il tarixli 773 nömrəli arxiv arayışına əsasən Quba RİHB-nın Rustov İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Püstəqasım kəndi üzrə 26 nömrəli təsərrüfatbaşına kitabda X26 1370 saylı təsərrüfatın başçısı olub, onun şəxsi müıkiyyətində ümumi sahəsi 81 kv.m, o cümlədən yaşayış sahəsi 60 kv.m olan yaşayış evi və şəxsi istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X14 vəfat etdiyi göstərilmiş və adının üstündən çarpaz xətt çəkilmişdir. X1 başqa heç kimin adı yazılmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2020-ci il tarixli, 99 nömrəli məktubdan görünür ki, İddiaçı1 Rustov İƏD üzrə nümayəndəliyinin 13 saylı təsərrüfatbaşına kitabın 24-cü səhifəsinin 982 saylı şəxsi hesabında 0,15 ha həyətyanı torpaq sahəsi, 0,54 ha özəl pay torpağı və 1969cu ildə tikilmiş ümumi sahəsi 81,0 kv.m olan yaşayış sahəsi 60 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2020-ci il tarixli, 99 nömrəli məktubdan görünür ki, İddiaçı1 adına Quba RİK-nın 26.10.1997-ci il tarixli qərarı ilə JN-147F Kod 30321148 nömrəli şəhadətnamənin əsas olan sənədlərin surətləri və Quba rayon AİK-nın 26.10.1997-ci il tarixli 07 saylı qərarı barədə Rustov kənd İƏD üzrə nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan X57 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 122791 nömrəli ölüm haqqına şəhadətnamədən görünür ki, Cavabdeh1 20 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X57 Xidmət mərkəzində Notariat Ofisi tərəfindən Quba Rayon Məhkəməsinin sorğusu əsasında verilmiş 19 aprel 2021-ci il tarixli 1143 nömrəli məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 Timur oğlu, İddiaçı1 02.03.2021-ci il tarixli 165 nömrəli ərizəsinə əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 Timur oğlu, İddiaçı1 20.10.2020-ci il tarixlərdə vəfat etmiş Cavabdeh1 vərəsəsi sırasında daxildir. Ona görə də, qeyd edilən vərəsələr (İddiaçı1 istisna olmaqla, çünki iddiaçıdır) iş üzrə cavabdeh kimi prosesə cəlb edilmişlər. İş materiallarında olan ilk İddiaçı1 tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə verilmiş ərizədə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbləri üzrə müddət ötdüyü üçün, iddia müddətini tətbiq edərək iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-79/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərardadından görünür ki, ünvan 1ində yerləşən 123,8 kv.m fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin mərhum X14 adına özəlləşdirilməsi etibarsız hesab edilməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhrumə X14 adına verilmiş Seriya RX ******* nömrəli 13.02.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə xitam verilmiş, ilkin iddiaçılara ünvan 1ində yerləşən 123,8 kv.m fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin mərhum X14 adına özəlləşdirilməsi etibarsız hesab edilməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhrumə X14 adına verilmiş Seriya RX ******* nömrəli 13.02.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməli olması qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələblərindən “ünvan 1ində yerləşən 123,8 kv.m fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin mərhum X14 adına özəlləşdirilməsi etibarsız hesab edilməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhrumə X14 adına verilmiş Seriya RX ******* nömrəli 13.02.2019-cu il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” hissəsində Quba Rayon Məhkəməsinin 2(027)- 79/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərardadı ilə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Digər iddia tələblərinə yəni “Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-203 reyestr nömrəli, 22.02.2019-cu il tarixli qanun üzrə vərəəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun adına verilmiş 18.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oglu ilə Cavabdeh2 arasında Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun adına verilmiş H ü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7ndan miras qalmış əmlaklara paylarının müəyyən edilməsi” barədə iddia tələbləri əsassızdır. Çünki iddiaçılar məhkəmə araşdırması zamanı 2V-203 reyestr nömrəli, 22.02.2019cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün məhkəməyə əsaslı sübut təqdim etməyiblər. Bundan başqa Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsi bağlanılan zaman Cavabdeh1 ogluna məxsus ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 18.03.2019-cu il tarixli, **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 123,8 kv.m olan fərdi yaşayış evində qeydiyyatda heç kim olmamış, iddiaçılar tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı üçün heç bir mötəbər sübut təqdim edilməmiş, İddiaçı1 vəsiyyətnamənin X26 tərəfindən imzalanması, iddiaya əlavə edilmiş vəsiyyətnamənin arxivdə və vəsiyyətnamələrin tərtibi kitabında qeyd olunmasına dair heç bir sübut təqdim edilməmiş, ümumiyyətlə X14 vəfat etdiyi 02 avqust 1997-ci il tarixdən sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün heç bir orqana müraciət etməmiş, digər İddiaçı2 tərəfindən doğum haqqında şəhadətnamə məhkəməyə təqdim edilmədiyindən X14 vərəsələri sırasına daxil olmasını sübut etməmişdir. Bundan əlavə qarşılıqlı iddia ilə bağlı məhkəmədə müəyyən olundu ki, etibarsız hesab edilməsini tələb edildiyi 08 fevral 1989-cu il tarixli vəsiyyətnamənin mövcud olması, həqiqiliyi və Münəvvər Vəliyeva tərəfindən verilməsi iddiaçılar tərəfindən sübut edilmədiyinə görə, həmçinin qeyd edilən tələblə bağlı iddia müddəti keçdiyi üçün vəsiyyətnamə etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı bu müddət başa çatdıqdan sonra cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən bankın qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1- 373.3-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını 4 intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-203 reyestr nömrəli, 22.02.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun adına verilmiş 18.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oglu ilə Cavabdeh2 arasında Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun adına verilmiş H ü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7ndan miras qalmış əmlaklara paylarının müəyyən edilməsi barədə iddia tələbi və Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı X7 tərəfindən 08 fevral 1989-cu ildə imzalanmış vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat iddiaçılar İddiaçı1, İddiaçı2 alınaraq X18, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-203 reyestr nömrəli, 22.02.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun adına verilmiş 18.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oglu ilə Cavabdeh2 arasında Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində baglanmış 08.05.2019-cu i l tarixli, 4Ə-1068 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun adına verilmiş H ü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7ndan miras qalmış əmlaklara paylarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı X7 tərəfindən 08 fevral 1989-cu ildə imzalanmış vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat iddiaçılar İddiaçı1, İddiaçı2 alınaraq X18, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-79/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-79/2021
29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver