Məhkəmə qərarları › İş №2(027)-799/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-799/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-799/2022 25.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 09 fevral tarixli qərarı ilə Quba Rayon Vladimirovka kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,28 ha torpaq sahəsinə dair adlarına olan mülkiyyəti təsdiq edən JN-414 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Quba Rayon Vladimirovka kəndi ərazisində 1,28 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və adlarına mülkiyyəti təsdiq edən JN-414 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd olunan Dövlət Aktında onun adı Ərizəçi əvəzinə X2 qeyd edilmişdir. O və ailə üzvləri qeyd olunan torpağa çıxarış almaq istəyirlər, lakin onun Dövlət Aktında soyadı və adı səhv qeyd edildiyi üçün özəlləşdirməni həyata keçirə bilmirlər. X19 uyğunsuzluğun aradan qaldırılması üçün hüquq müəyyənedici sənədləri Maraqlı şəxsnə təqdim etmiş, qeyd olunan təşkilat özünün 17.02.2021-ci il tarixli məktubu ilə Dövlət Aktında qeyd olunmuş hüquq sahibinin ad və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Maraqlı şəxs səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etməsi tövsiyə edilmiş və ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Aydan” və soyadı ”Paraliyeva” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin 23.10.2020-ci il tarixli arayışından görünür ki, Verilir Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyistiri Xaçmaz Ərazi dairəsinin Quba rayon Şöbəsinə ondan ötrü ki, həqiqətən JN:414 kod 30311018 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən: X4, X3, X5 və X2 səhv yazılmışdır. Əslində Quba rayonu Vladimirovka kənd sakininlərinin şəxsiyyət vəsiqələrində olduğu kimi X6, X7, X8 və Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-414 KOD 30311018 saylı Dövlət Aktı tərtib edilərək 1.28 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 1.28 ha torpaq sahəsi verilərək JN-414 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. JN- 414 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “X9” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-414 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-414 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, X3 və X5 ilə yanaşı, Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-414 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar