Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-80/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, digər İddiaçı2 etibarnamə əsasında nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə, Qusar rayon Notariat Kontoruna və Cavabdeh5 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktınıa əsasən onlara və digər mülkiyyətçi X11 məxsus olan 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onların mülkiyyətində olan torpaq sahəsinin cavabeh Cavabdeh2 adına özgəninkiləşdirilməsində iştirak edən şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehlərin işə cəlb edilməsi ilə bağlı ərizələ məhkəməyə müraciət edərək Qusar rayon Notariat Kontorunu və Quba rayonu İİ Nügədi kəndində yaşayan Cavabdeh5 işə əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən Torpağa Mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktınıa əsasən onlara və digər mülkiyyətçi X11 məxsus olan 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsi və onun nəticələrinin etibarsız hesab edilməsi və onların mülkiyyətində olan torpaq sahəsinin cavabeh Cavabdeh2 adına özgəninkiləşdirilməsində iştirak edən şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, onlara və digər ailə üzvləri olan X11 Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X19 onun, yəni İddiaçı1 oğlu, digər İddiaçı2 isə qardaşıdır. X19 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin həmin qurumdan onlara torpaq sahələrinə dair qeyd etdikləri dövlət aktına əsasən çıxarış verə bilməyəcəklərini və İddiaçı1 və ailə üzvlərinin adına olan 0,60 ha torpaq sahəsinə verilmiş JN-305 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” X27 rayon Dövlət notariat kontorunun 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş alğı-satqı müqaviləsində guya onlar və digər mülkiyyətçi X10 mülkiyyətlərində olan Quba rayon AİK-nin 2000-ci il, 05 may tarixli qərarı ilə verilmiş Quba rayon torpaq şöbəsinin 16 fevral 2001-ci il tarixli, JN 305 KOD 30301004 olan Dövlət Aktına əsasən Quba şəhərində yerləşən 0,60 hektar torpaq sahəsini Cavabdeh2 yetmiş milyon manata satdıqları qeyd edilmişdir. Eyni zamanda müqavilə Quba rayon notariat kontorunun dövlət notariusu Cavabdeh3 tərəfindən təsdiq olunmuş, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Həmin vaxt notarius işləmiş Cavabdeh3 15 sentyabr 2002-ci il tarixdə müqaviləni təsdiq edərkən 25 noyabr 2001-ci il tarixdə vəfat etmiş X10 iştirakını hansı qaydada təşkil edib və onun müqavilənin imzalanmasında iştirak etdiyini də öz imzası ilə təsdiq edib. Alğı-satqı müqaviləsindəki imzalar onlara məxsus deyildir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh3 onların xəbərləri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, ölən adamın bir ildən sonra dirilərək müqavilə bağladığını təsdiqləməkdən də utanmamışlar. Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktının əsli onlardadır. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə əsasında nümayəndəsi Nümayəndə oğlu iddianı müdafiə edəərk təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 etibarnamə əsasında nümayəndəsi X12 iddianı müdafiə edəərk təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların etibarnamə əsasında nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 noyabr 2015-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx xxx 1951-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 26 dekabr 2012-ci il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx xxxxxx 1977-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 04 noyabr 1978-ci il tarixdə Quba rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ 390549 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 05 dekabr 1974-cü il tarixdə doğlumşdur. X3 anası İddiaçı1dır. İş materiallarına əlavə olunmuş 11 iyul 1968-ci il tarixdə Quba rayonu Küpçal kənd sovetliyi tərəfindən verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx xxx 1951-ci il tarixdə doğulmuşdur. X9, anası X5r. İş materiallarına əlavə olunmuş 08 dekabr 2001-ci il tarixdə Quba rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ 132975 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 17 dekabr 2012-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 820015 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı2 17 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş 06 mart 1990-cı il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-JQ 278039 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 19 fevral 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasının sonuncu müyinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, İddiaçı1 birinci dərəcəlli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2002-ci il tarixli, 4-Ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2 və X11 Quba şəhəri ərazisindən yerləşən 0.60 ha torpaq sahəsini X1. İş materiallarına əlavə edilmiş X14 verilmiş 27 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 15 sentyabr 2002-ci il tarixdə 4-Ə-356 reyestr nömrəli təsdiq edilmiş müqavilə arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN-305 KOD 30301004 nömrəli Şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və X11 Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,60 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı1r qızı və ailə üzvlərinə məxsus JN-305 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair X27 rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən Cavabdeh2 Ağakışının adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış işlənmiş, bundan sonra Cavabdeh2 qeyd olunan torpaq sahəsini Qusar rayon Notarait Kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Həmin Qanunun 43-cü maddəsinə əsasən notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsnin 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə iddiaçıların nümayəndəsinin izahatları və məhkəmə araşdırılmaları zamanı sübuta yetirirlir ki, iddiçılara və ailə üzvləri X11 Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir. X19 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. İddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin məlum olmuşdur ki, həmin torpaq sahəsi Quba rayon Dövlət notariat kontorunun 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdehlər satılmışdır. Həmin müqavilə təsdiq edilməmişdən 1 il öncə X19 vəfat etmişdir. Müqavilənin əslinin alınması ilə bağlı sorğu verilsə də, müqavilənin əsli aşkar edilməmişdir. Bundan sonra Cavabdeh2 Ağakışının adına həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış işlənmiş, Cavabdeh2 qeyd olunan torpaq sahəsi da daxil olmaqla digər torpaq sahələri ilə birlikdə Qusar rayon Notarait Kontorunun xx.xx.2022-ci il tarixli, 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına özgəninkiləşdirmişdir. Göründüyü kimi mübahisələndirilən müqavilə bağlanan zaman X4 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilsə də, işdə olan ölüm haqqında şəhadətnaməyə əsasən X19 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, 15 sentyabr 2002-ci il tarixli, 4-Ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməyib. Belə ki, mübahisəli alğı-satqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli alğı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X8 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X2 bacısıdır. Beləliklə məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Torpağa Mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktınıa əsasən 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməli, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış ləğv edilməli, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsi və onun nəticələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktınıa əsasən 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilsin, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış ləğv edilsin, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh5 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alğı-satqı müqaviləsi və onun nəticələri etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-80/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-80/2023
27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver