Məhkəmə qərarları › İş №2(027)-803/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-803/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-803/2022 13.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-127F KOD 30320018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin o-Ərizəçi məxsus olmasına hüquqi əhməyittəli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, şəxsiyyətini müəyyən edən sənədlərdə soyadı, adı və atasının adı Ərizəçi qeyd olunmuşdur. Bildirir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə ona və ailə üzvləri X4, X5 Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarna JN-127F Kod 30320018 saylıTorpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə digər mülkiyyətçilərin soyadı, adı və ata adı düzgün olaraq yazılmış, onun soyadı və atasının adı düzgün yazılsa da, el arasında adı Flora kimi çağrıldığından, Güləbatun əvəzinə adı Flora kimi səhv yazılmışdır. Adının Güləbatun olması ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsi, doğum akt qeydi, evlənmək haqqında şəhadətnaməsi və Quba rayon İHB-nın 2-ci Nügədi İƏD üzrə nümayəndəliyinin 1672 saylı 29 noyabr 2021 -ci il tarixli arayışı ilə də təsdiq edilir. Hazırda qeyd olunan həyətyanı torpaq sahəsinə dair Reyestr Çıxarışı almaq istəyirlər. Lakin JN-127F Kod 30320018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adda olan yalnışlığa görə həmin torpaq sahəsinə dair mülkiyyətçi olaraq onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona 19.01.2022-ci il tarixli məktubu ilə adda olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. JN-127F Kod 30320018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Bu səbəbdən d JN-127F Kod 30320018 saylı Torpağın mülkiyyətə verilməsinə da ' şəhadətnamənin o-Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-127F KOD 30320018 saylı şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 20 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Orucov Əlixan Məhəmməd oğlunun, X2, X3 münliyyətinə 0,10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 10.12.2021-ci il tarixli doğum aktı qeydi baraədə arayışından görünür ki, ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuş, ərizəçinin adının düzgün yazılışı “Güləbatun”dur. İş materiallarında olan Quba RİHB-nin 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyin 29.11.2021-ci il tarixli 1672 saylı arayışından görünür ki, torpaq şəhadətnaməsində Ərizəçi adı səhvən el arasında çağrılan Flora kimi qeyd olunmuşdur. İş materiallarında olan 09.09.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19.01.2022-ci il tarixli **********18 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-127F KOD 30320018 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyad yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-127F KOD 30320018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-127F KOD 30320018 saylı şəhadətnamənin həmçinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar