Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-808/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı cavabdeh “xxxxxxxx” X2rşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən ona məxsus **********00459 nömrəli abonent hesabına xx xxxxxx 2020-ci il tarixli,173711 nömrəli akt üzrə hesablanmış 1887,82 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili X6 Bakı şəhərində həkim müayinəsində olduğu üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdırki, o, Quba rayonu, Rustov kəndində yaşayır, yaşadığı evin həyətində iribuynuzlu heyvanların saxlanması üçün ferma tikərək orda heyvanları saxlayır. Həmin fermaya elektrik xətti çəkilmiş və adına **********00459 nömrəli abonent hesabı açılmışdır. Fermada elekttrik enerjisi ilə ot doğrayan generatorun, süd saxlayan soyuducunu işlətmişdi. Fevral ayının 12-də Quba elektrik şəbəkəsinin əməkdaşları fermaya gələrək elektrik sayğacını yoxlamışdır. İddiaçı isə həmin vaxtı fermada heyvanların qarşısına qoyulmuş otların üstündə əlində olan maqnit vasitəsilə gəzdiyini, bunu etməyinin səbəbi heyvanların yediyi otun içərisində dəmir və digər metal tullantılarının olması, həmin qırıntıların heyvanları yedikdən sonra tələf olması olmuşdur. Ona görə də, hər dəfə bu əməliyyatı etdiyini bildirmişdir. Həmin vaxt Azərişiq ASC-nin əməkdaşları onun əlindəki maqnitlə elektrik sayğacının hesablanmasının dayandırdığını, yəni sayğaca müdaxilə etdiyini ona bildiriblər. Lakin belə bir şeyin olmadığını və maqnitin başqa məqsəd üçün istifadə etdiyini bildirib. Azərişiq ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixli '73711 nömrəli akt tərtib olunmuşdur, həmin Akta əsasən guya EEİQ-na uyğun əl sayğacına baxış keçirilərkən əl sayğacının xüsusi maqnit vasitəsilə saxlanması, sayağacın üzərinə maqnit qoymaqla süni şəkildə dayandırılması və sayğacdan keçən yükün qeyd edilməməsi göstərilmşdir. Akta əsasən 1887,82 manat borc yazılmışdır. Bildirmək istəyir ki, akt tərtib edilərkən hal şahidləri iştirak etməmiş, onlar aktı imzalamamışlar. Həmin maqnitlə elektrik sayğacından elektrik yükünün saxmaq mümkün deyildir. Ümumiyyətlə isə həmin maqnit elektrik sayğacının üzərində olmamışdır. Akt əsassız yazıldığı üçün iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Hazırda fermaya elektrik enerjisinin verilməməsi nəticəsində ferma qaranlıqda qalmış, tonlarla süd xarab olmuş, ot doğrayan aqreqatın işləmədiyi üçün kənar yerdə əlavə xərclə otu doğradıb gətirir, bu da ona baha başa gəlir. Gecə vaxtı heyvanlara baxmaq çətinləşmiş, doğmalı heyvanlar, balası olan heyvanlar təşvişə düşmüş, bir sözlə fermaya küllü-miqdarda ziyan dəymişdir. İş üzrə cavabdeh «xxxxxxxx” ASC ona qarşı verilmiş iddiaya qarşı etirazı məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim edərək, etirazda bildirmişdilər ki, İddiaçı fərdi yaşaış evinin daxilində quraşdırılmış elektrik hesabat sayğacının xüsusi maqnit vasitəsilə dayandırılması halı aşkar edilmişdir. Daha obyektiv yoxlama aparılması məqsədilə xətdən axan yük ölçülmüş, buzaman faktiki olaraq xətdən axan yük 4,3 kvt olsada, sayğacın qeydə aldığı yük 0 kvt olmuşdur. Bu hal bir daha sayğacın üzərinə maqnit qoymaqla sayğacın süni şəkildə dayandırılması, sayğacın xədən axan yükü hiss etməməsi hallarını təsdiq edir. İddiaçı elektrik eneıjisindən qanuna uyğun qaydada istifadə etmədiyi üçün “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən EEİQnin pozulması ilə əlaqədar tərtib edilmiş aktın ləğv edilməsi və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış cəmi 1887,82 manat məbləğində pulun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda sadalananlara əsasən İddiaçı “xxxxxxxx” ASC-yə qarşı aktın ləğvinə borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.Belə ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşlan tərəfindən abonentə məxsus fərdi yaşayış evinin daxilində quraşdırılmış elektrik hesabat sayğacının xüsusi maqnit vasitəsilə dayandırılması halı aşkar edilmişdir. Daha oğyektiv yoxlama aparılması məqsədilə xətdən axan yük ölçülmüş, bu zaman faktiki olaraq xətdən axan yük 4,3 kvt olsada, sayğacın qeydə aldığı yük 0 kvt olmuşdur. Bu hal bir daha sayğacın üzərinə maqnit qoymaqla sayğacın süni şəkildə dayandırılması, sayğacın xətdən axan yükü hiss etməməsi hallarını təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qəran ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq iddiaçnın iştirakı ilə xx.xx.2020-ci il tarixli, 173711 saylı akt tərtib edilmiş, elektrik hesabat sayğacının qeydə almadığı yük və mənzildə 24 saat elektrik enercisindən istifadə edildiyi nəzərə alınmaqla iddia müddəti daxilində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Lakin iddiaçı aktı imzalamaqdan imtina etmiş və bu barədə də aktda müvafiq qeyd aparılmışdır. Qeyd olunanlarla əlaqədar daha da obyektiv araşdırma aparılması məqsədi ilə kənar xətdən axan yük ampermasa vasitəsi ilə ölçülmüş, bu zaman faktiki olaraq xətdən axan yükün 4,3 kvt olsada, sayğacın qeydə aldığı yük 0 kvt olmuşdur. Göründüyü kimi iddiaçının iddia tələbinin ona hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri, tam, hərətəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixli 173711 nömrəli akta əsasən 1887.82 manat (abonent kodu **********00459) borc hesablanmışdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. İş materialında olan “xxxxxxxx” ASC Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 173711 saylı surətindən görünür ki, faktiki olaraq xətdən axan yük 4,3 kvt olsada, sayğacın qeydə aldığı yük 0 kvt olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı möəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil özrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4 nömrəli əlavənin 5-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası MM-ndə nəzərdə tutlmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə pozuntuya yol verildiyi aşkar edildikdə, eneryi təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalnmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. xx.xx.2020-ci il tarixli, 173711 saylı aktdan isə müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə enerji təchizatı müəssisəsinin əməkdaşları iştirak edərək akta imza etmişlər. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. İş materiallarında olan .“xxxxxxxx” ASC Xaçmaz REŞ-nin xx.xx.2020-ci il tarixli, 173711 saylı saylı aktın surətindən müəyyən edilir ki, İddiaçı məxsus Quba rayonu, Rustov kəndində olan evində elektrik sayğacı yoxlanılmış və akt tərtib edilmiş akta üç nəfər imza etmiş, onların üçü də .“xxxxxxxx” ASC Xaçmaz REŞ-nin nümayəndələri-Quba E. Ş-nin Balaus şöbəsinin rəisi R. Hümmətov, aparıcı mühəndis Y.Əlirzayev, nəzarət mühəndisiR. Ağayev olmuşdur. Şərh edilənləri və İddiaçı məxsus **********00459 nömrəli abonent hesabına akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33 –cü bəndinin tələblərinin pozulduğunu, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirak etmədiklərini nəzərə alaraq məhkəmə iddiacı İddiaçı məxsus **********00459 nömrəli abonent hesabına xx xxxxxx 2020-ci il tarixli,173711 nömrəli akt-qərarın ləğv edilməsini, akt üzrə hesablanmış 1887,82 manat məbləğində pulun silinməsini qanuni hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” ASC əməkdaşları tərəfindən Quba rayonu Rustov kəndində İddiaçı məxsus **********00459 nömrəli abonent hesabına xx xxxxxx 2020-ci il tarixli,173711 nömrəli akt üzrə hesablanmış 1887,82 manat məbləğində borc silinsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-808/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-808/2020
16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver