Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-810/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsilə müraciət edərək, Cavabdeh Xaçmaz X2 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 2547.98 (iki min beş yüz qırx yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı İddiaçı ünvan 1i ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində qeydiyyatdadır. Fərdi istehlakçı kimi cavabdeh "Azəriqaz” İB-nin Xaçmaz X2 İdarəsinin Quba XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Xaçmaz X2 İdarəsinin Quba xidmət sahəsinin əməkdaşları heç bir hüquqi əsası olmadan 2017-2022-ci illəri əhatə edən dövrlərdə guya o sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə etdiyini əsas götürərək ona qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və həmin aktlara əsasən ona dəymiş ziyan hesablanmışdir. Qeyd edir ki, kəndi qazla təchiz olunan orta təzyiqli qaz xətti onun həyətindən keçir, həmin xətdən köhnədən çəkilmiş və ləğv edilmiş, istismara yararsız boru birləşməsinə (məmə-sasok) görə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq “SMART” tipli qaz sayğacla əvəz edilmişdir. Hal-hazırda onun qanunsuz hesablanmış borcu 2.547.98 (iki min beş yüz qırx yeddi manat doxsan səkkiz qəpik) manat təşkil edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Aktlar üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh İB nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaya etiraz etmişdir və müvafiq qanunsuz qoşulma ilə bağlı fotoşəkillər təqdim etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş AR-İ seriyalı, 668814 nömrəli etibarnamədən görünür ki, İddiaçı öz hüquqlarınının məhkəmədə müdafiə olunmasını Nümayəndə həvalə etmişdir. - tərəflər arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır; - Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacdan əlavə kənar xətt aşkar olunması qeyd olunmuşdur; -Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2017-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********03010 saylı abonent kodu üzrə 1480,5 m3 həcmində qaz itkisi hesablanmışdır; -Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunması qeyd olunmuşdur; - Dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********03010 saylı abonent kodu üzrə 4752 m3 həcmində qaz itkisi hesablanmışdır; - Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunması qeyd olunmuşdur; -Dəymiş ziyanın bərpasına dair 29 aprel 2022-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********03010 saylı abonent kodu üzrə 3009,6 m3 həcmində qaz itkisi hesablanmışdır; - Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunması qeyd olunmuşdur; - Dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2022-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı **********03010 saylı abonent kodu üzrə 2880 m3 həcmində qaz itkisi hesablanmışdır; - Abonent saldosundan göründüyü kimi, ünvan 2ində yerləşən İddiaçı məxsus evə aid **********03010 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 1573,14 (bir min beş yüz yetmiş üç manat on dörd qəpik) manat borc hesablanmışdır; - Cavabdeh təqdim etdiyi fotoşəkillərdən görünür ki, İddiaçı ünvan 2ində yerləşən fərdi yaşayış evində təbii qazdan (xx.xx.2018-ci il tarixli 0181659№li və xx.xx.2022-ci il tarixli ******* №li aktlar) qeyri-qanuni istifadə etmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1573,14 (bir min beş yüz yetmiş üç manat on dörd qəpik) manat məbləğində vurlmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda adıçəkilən qanunvericilik aktlarında nəzərdə tutulduğu qaydada iş üzrə hər hansı inzibati araşdırma aparılmamışdır. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş aktlara və həmin aktlara əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnamələrə istinad etmişdir. xx.xx.2018-ci il üzrə tərtib edilmiş akt əsasında hesablanmış borcun təsdiq edilməsi ilə bağlı təqdim edilmiş fotoşəkildən qanunsuz qoşulma halı aşkar olunur. Digər aktlar yalnız sayğacın zədələnməsi faktını təsdiq edir və həmin zədələnmənin məhz iddiaçı tərəfindən edilməsilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Bu əsasla da, həmin akt zədələnmə faktını təsdiq etməklə onun ləğvi tərəflər üçün hüquqi nəticə doğurmadığından, iddia bu hissədə təmin edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamələrdə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir. Beləliklə də, hazırki mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə əsaslı olmaqla təmin edilməlidir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 296,10 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 570,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 361,20 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 345,60 manat olmaqla cəmi 1573,14 manat məbləğində borc İddiaçı **********03010 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2017-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 296,10 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 570,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 361,20 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 345,60 manat olmaqla cəmi 1573,14 manat məbləğində borc İddiaçı **********03010 saylı abonent hesabından silinsin. 35,73 (otuz beş manat, 73 qəpik) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İBdən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-810/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-810/2025
03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver