Məhkəmə qərarları › İş №2(027)-814/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-814/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-814/2022 05.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Quba rayonu, Qımıl-qışlaq kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 1.00 ha torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən JN-0081 Kod 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X14 və Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Quba rayonu, Qımıl-qışlaq kəndi ərazisindən ayrılmış 0.15 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən JN-029F Kod 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və həyat yoldaşı X7 Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Quba rayonu, Qımıl- qışlaq kəndi ərazisindən 1.00 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-0081 Kod 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X17 verilmişdir. Eləcə də, ona və həyat yoldaşı X7 Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Quba rayonu, Qımıl-qışlaq kəndi ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-029F Kod 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan Dövlət Aktında və Torpağın Mülkiyyətə X2, yəni Ərizəçi soyadı və adı düzgün yazılsa da, atasının adı “Məmmədşərif” əvəzinə “Məmmədqulu kimi” səhvən yazılmışdır. Hazırda qeyd olunan torpaq sahələrini özgəninkiləşdirmək istəyirlər. X13 və Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə atasının adı düzgün qeyd edilmədiyi üçün özgəninkiləşdirməni həyata keçirə bilmirlər. Qeyd olunan Dövlət Aktında və Torpağın Mülkiyyətə X3 uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onlara 19.01.2022-ci il tarixli məktubu ilə ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinə əlavə edilmiş sənədlərdən aşkar olur ki, şəxsiyyətini müəyyən edən bütün sənədlərdə soyadı, adı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1935-ci il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ” Məmmədşərif” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyinin 05.12.2019-cu il tarixli arayışından görünür ki, həqiqətən Quba rayonu Qımılqışlaq kənd sakini olan Ərizəçi (şəxsiyyət vəsiqəsi ; AZE №0******* , verilmə tarixi, 15.03.2005-ci il, Quba RPŞ ) ilə, JN- 0081 KOD 30313068-saylı Torpağa Mülkiyyət Hüququna X16 pay sahibi kimi adı qeyd olunan Ərizəçi Məmmədqulu qızı eyni vətəndaşdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X14 surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən JN-0081, KOD 30313068 saylı Dövlət Aktı tərtib edilərək 1.00 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən JN-029F, KOD 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən 1.00 ha torpaq sahəsi verilərək JN-0081, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X17 və 0.15 ha torpaq sahəsi verilərək JN-029F, KOD 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-0081, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X16 və JN-029F, KOD 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Məmmədqulu qızı” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-0081, KOD 30313068 saylı torpağa mülkiyyət hüququna X14 və JN-029F, KOD 30313068 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-0081, KOD 30313068 saylı torpağa mülkiyyət hüququna X14 və JN-029F, KOD 30313068 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 ilə yanaşı, Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-0081, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X14 Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-029F, KOD 30313068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar