Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-825/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Ərizəçi nümayəndəsi X12 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN -00xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X32 mərhum anası X10, mərhum atası X15 və ona Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onlar bir ailə olmaqla o, Ərizəçi, X1na və atası X11 Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli 07 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30319018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,64 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30319018 saylı Dövlət Aktında onların ad və ata adları səhv yazılmışdır. Belə ki, JN-00xx xxx 30319018 saylı Dövlət Aktında Ərizəçi əvəzinə səhvən X20, X6 əvəzinə səhvən X5, X15 əvəzinə X3 yazılmışdır. X1 xx xxxxxx 2021-ci il tarixdə, atası X15 isə 23 mart 2007-ci il tarixdə ölmüşlər. Notariat Kontorunun xx xxxxxxxx 2019-cu il tarixli,1364 nömrəli məktubu ilə xx.xx.2012-ci il tarixli, 1483 nömrəli vərəsəlik işinə əsasən X7 xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsidir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. X30 mülkiyyətçilərin adı və ata adlarının düzgün yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilldiyindən Dövlət Aktındadı yalnışlıqları aradan qaldıra bilmirlər və məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X21 ərizəni müdafiə edərək, ərizədə yazılnalara uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi X12 izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-00xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X31 görünür ki, X16, X5 və X13 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə 0,64 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi adı Camal, X2 atasının adı Abdulhəmid, X9 adı isə Əlsafa kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 216354 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 507890 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinin notariusunun xx xxxxxxxx 2019-cu il tarixli 1364 №li məktubdan görünür ki, Ərizəçi ərizəsinə və xx.xx.2012-ci il tarixli 1483№li vərəsəlik işinə əsasən Ərizəçi xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsəsidir. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 176 №li arayışından görünür ki, mərhum X2 ata adı JN 0041 KOD KOD 30319018 nömrəli Torpağa Mülkiyyət Hüququna X33 əsasən səhvən X5 yazılmışdır. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 177 №li arayışından görünür ki, mərhum Ərizəçi adı JN 0041 KOD KOD 30319018 nömrəli Torpağa Mülkiyyət Hüququna X33 əsasən səhvən Ərizəçi yazılmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 00xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X34 əsasında X16, X5 və X13 mülkiyyətinə 0,64 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi adının “Camaləddin” əvəzinə səhvən “Camal” kimi X2 ata adının «Abduləhəd» əvəzinə səhvən «Abdulhəmid» kimi qeyd olunması, X8 adının isə «Əlsəfa» əvəzinə səhvən «Əlsafa» kimi qeyd olunması, X8 xx.xx.2007-ci il tarixdə, X2 isə xx.xx.2012-ci il tarixdə vəfat etmələri, Ərizəçi X8 və X2 vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN 00xx xxx 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi, mərhum X4 və mərhum X11 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN 00xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X32 Ərizəçi, mərhum X4 və mərhum X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-825/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-825/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver