Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-829/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, T.Əhmədov küçəsi 6/7-də yerləşən mənzilinə Cavabdeh tərəfindən yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsinin iddiaya qarşı olan etirazını qəbul etməyərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, artıq iddiaçı eyni tələblə bağlı məhkəməyə müraciət etmiş, onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1814/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-1814/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(105)-349/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1814/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262, 263, 264, 395 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-829/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-829/2021
16.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver