Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-83/2021 19.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X42 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın naturadan ayrılması və miras payının müəyyən edilərək ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnamə üzrə 0,13 ha torpaq sahəsinin X16 məxsus olan və ondan miras qalmış hissəsinə miras qoyan X12 ölümündən sonra onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınaraq tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi; Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnamə üzrə 0,13 ha torpaq sahəsinin X16 məxsus olan və ondan miras qalmış hissəsinə tamamilə onun vərəsəlik üzrə pay hüququnun müəyyən edilməsi; Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnamə üzrə 0,13 ha torpaq sahəsindən ona məxsus 1/3 hissəsi və nənəsi X16 məxsus və nənəsindən ona miras qalmış 1/3 hissəsi olmaqla, cəmi 2/3 hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, iddiaçı iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnamə üzrə 0,13 ha torpaq sahəsindən ona, nənəsi X16 və dayısı X26 məxsus 1/3 hissə paylarının naturada ayrılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1978-ci ildə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. X3, atası Ramiz Əzizov olmuşdur. X6 30 yanavar 1959-cu ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, atası X27, anası X31 olmuşdur. X6 o, 2 aylıq olanda vəfat etmişdir. O, X2 himayəsində böyümüşdür. X7 27 oktyabr 1983-cü ildə, nənəsi X31 isə 24 iyul 2008-ci ildə vəfat etmişlər. Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə ona, nənəsi Çilə Əzizovaya və dayısı Əflaz Əzizova nənəsiylə birlikdə yaşadığı evin yerləşdiyi 0,13 ha torpaq sahəsi ayrılmış və adlarına Torpağın mülkiyyətə verilməsinə dair JN-269F, KOD 30307018 saylı şəhadətnamə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsindən nənəsi Çilə Əzizovaya məxsus hissəsinə mirasın qəbul edilməsini və payının müəyyən edilməsini istəsə də, torpaq sahəsinin mülkiyyətçilərindən olan dayısı Cavabdeh 22 mart 1985-ci ildən X30 vilayətinə getdiyindən və həmin vaxtdan da onunla hər hansı əlaqəsi olmadığından notariat ofisinə gedərək miras əmlakla bağlı mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmir. X2 24 iyul 2008-ci il tarixdə vəfatından sonra vərəsələri X8, X32, X14, X28 və X34 və 15 dekabr 1978-ci ildə vəfat etmiş anası X5r. X1, X32, X8 və X28 17 sentyabr 2019-cu il tarixli ərizələri ilə Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət edərək 24 iyul 2008-ci il tarixdə vəfat etmiş anaları X12 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik eməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etmədiklərini, etmək fikrində də olmadıqlarını bildirmişlər. Digər vərəsə olan anası X5r ki, o da 15 dekabr 1978-ci ildə vəfat etmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən onun qızı olaraq iddiaçı-İddiaçı nənəsinin əmlakından anasına düşən pay üzrə qanun üzrə İ növbəli vərəsə sayılır. İddiaçının X49 digər vərəsəsi Cavabdeh Hacıbaba oğludur ki, o da 1985-ci ildən Azərbaycan Respublikasında yaşamır, nə nənəsi öldükdə, nə də nənəsinin ölümündən sonra gələrək mirası notariat qaydada, nə də faktiki sahiblik etməklə qəbul etmişdir. İddiaçı isə anadan olduğu tarixdən bu günə kimi nənəsi X31 ilə birlikdə yaşamış, birlikdə təsərrrüfat aparmış və Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş 0,13 ha torpaq sahəsi də JN-269 F KOD ******* saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə iddiaçıya, nənəsi Çilə Əzizovaya və dayısı Cavabdeh verilmişdir. İddiaçı hal-hazırda qeyd edilən torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsində yerləşən evdə yaşayır. X49 qeyd edilən torpaq sahəsindən olan payını da iddiaçı qanun üzrə birinci dərəcəli vərəsə kimi faktiki qəbul edərək idarə edir. Qeyd edilən hal Quba rayon İHB-nın Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən verilən müxtəlif illərə aid olan arayışlarla, o cümlədən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 18 fevral 2019-cu il tarixli, 335 saylı arayışla da təsdiq edilir. Digər vərəsələr mirası qəbu etməmişlər. Eyni zamanda qeyd edir ki, nənəsi Çilə Əzizova vəfat edərkən vəsiyyətnamə qoymamışdır. X2 vərəsələri olan X8, X32, X14, X28 analarına düşən miras əmlakı qəbul etməkdən imtina etmiş, lakin kimin xeyrinə imtina etdiklərini göstərməmişlər. İddiaçı əlavə olaraq qeyd etmək istəyir ki, X2 digər qanun üzrə vərəsəsi Cavabdeh Hacıbaba oğlu isə mirası ümumiyyətlə qəbul etməmiş və susma nümayiş etdirmişdir. İddiaçı qeyd edilən hüquq normalarınıbn tələbindən çıxış edərək hesab edir ki, hazırki vəziyyətdə Cavabdeh anası X12 əmlakından düşməli olan miras payı da ona verilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, JN-269F KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş 0,13 ha torpaq sahəsinin nənəsi Çilə Əzizovadan ona miras qalmış hissəsi, (ümümi torpağın 1/3 hissəsi), o cümlədən onun özünə məxsus olan 1/3 hissəsi birlikdə nəərə alınmaqla naturada ayrılıb ona verilməlidir. Hal-hazırda JN-269F KOD 30307018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulmuş 0,13 ha torpaq sahəsinin 2/3 hisssəsinin naturada yarılması onun miras əmlaka da payı müəyyən olunduqdan sonra mülkiyyət hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradacaqdır. Belə ki, halhazırda iddiaçı qeyd edilən torpağın üzərində yerləşən evdə yaşasa da, torpaq sahəsi ümumi birgə mülkiyyət olduğu və digər mülkiyytəçi Cavabdehla hər hansı əlaqəsi olmadığı üçün həmin torpaq sahəsinə dair çıxarış ala bilmir. Bununla da mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də, Azərbaycan Respublikası qanunvericiliyinin ona vermiş olduğu hüquqlardan istifadə etməklə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 02.11.2012-ci il tarixli arayışından görünür ki, Amsar kənd sakini İddiaçı öz qızı Əzizova Hədiyyə ilə nənəsi mərhum X12 adına olan Amsar kəndində yerləşən yaşayış evində yaşayır. Həmin evdə onlardan başqa heç kim yaşamr. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X16, X18 və İddiaçı Quba rayon AİK-nin 03.05.1997-ci il tarixli, 04 saylı qərarına əsasən JN – 269F, KOD 30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 19.08.2019-cu il tarixli arayışından görünür ki, mərhum X10 rayonu, Amsar kəndində yaşamış və 24.07.2008-ci ildə Quba rayonu, Amsar kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra onun vərəsələri : qızları- X8, X13 (15.12.1978-ci ildə vəfat edib), X14, oğulları- X32, X28 və X29r. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 15.11.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 24.07.2008-ci ildə vəfat etmişdir. İş materiallarında olan 18.02.2019-cu il tarixli, 335 nömrəli arxiv arayışından görünür ki, Quba rayonu Amsar kənd sovetinin 1983-1985-ci illərə aid Amsar kəndi üzrə 6 №-li təsərrüfatbaşına kitabda vətəndaş X35 398 saylı təsəsrrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1983-cü ildə 1957-ci ildə tikilmiş, ümumi sahəsi 18 kv. metr olan yaşayış evi olduğu qeryd edilmişdir. Həmin təsərrüfatda X19 10.01.1984-cü ildə öldüyü göstərilmiş və təsərrüfat başçısının adı yazılan yerdə adının üstündən xətt çəkilərək üst hissədə X4 yazılmışdır. Həmin təsərrüfatda X12 27.07.1964-cü ildə anadan olmuş oğlu Cavabdeh may 1982-ci ildə hərbi xidmətə getdiyi və qayıtdığı, 22.03.1985-ci ildə Tümenə işləməyə getməsi qeyd edilmişdir. X12 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. Həmin kənd sovetinin 1986-1990-cı illərə aid Amsar kəndi üzrə 6 №-li təsərrüfatbaşına kitabda vətəndaş X31 427 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1986- 1987-ci illərdə ümumi sahəsi 18 kv. metr, o cümlədən yaşayış sahəsi 10 kv. metr olan, 1957-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəısində 1987-ci ildən 0,13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X12 oğlu Cavabdeh 22.03.1985ci ildə Tümenə getdiyi qeyd edilmişdir. X12 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. Quba RİHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Amsar kəndi üzrə 7 №-li təsərrüfatbaşına kitabda vətəndaş X31 591 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1992-ci illərdə sovxoz evi, 1993-cü ildən ümumi sahəsi 110 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv. metr olan yaşayış evi və şəxsi istifadəsində 0,13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X12 oğlu Cavabdeh Hacıbaba oğlunun 22.03.1985-ci ildən Tümenə getdiyi qeyd edilmişdir. X20 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. Amsar İcra müayəndəliyinin 1996-2000-ci illər aid Amsar kəndi üzrə 7 №-li təsərrüfatbaşına kitabda vətəndaş X31 563 saylı təəsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 110 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv. metr olan sovxoz hesabına keçən ev və xüsusi mülkiyyətinndə 0,13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X12 oğlu Cavabdeh Hacıbaba oğlunun 22.03.1985-ci ildən Tümenə getdiyi qeyd edilmişdir. X12 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. Həmin ica nümayəndəliyinin 2001-2005-ci illərə ad Amsar kəndi üzrə 6 №-li təsərrüfatbaşına kitabda vətəndaş X31 553 saylı təsərrüfatın başçısı olub, onun xüsusui mülkiyyətində ümumi sahəsi 110 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv. metr olan yaşayış evi və xüsusi mülkiyyətində 0,13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X12 oğlu Cavabdeh 22.03.1985-ci ildən Tümenə getdiyi qeyd edilmişdir. X12 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. Amsar icra nümayəndəliyinin 2006-2010-cu illərə aid Amsar kəndi üzrə 6 №-li təsərrüfatbaşına kitabda vətəndaş X31 514 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 110 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv. metr olan yaşayış evi və xüsusi mülkiyyətində 0,13 ha həyətyanı topaq sahəsi olduğu qeyd edilmişdir. X12 24.07.2008-ci ildə vəfat etməsi göstərilmiş və onun adının üstündən çarpaz xətti çəkilmişdr. Təsərrüfatın kimin adın keçməsi göstərilməmişdir. Həmin təsərrüfatda X12 oğlu Cavabdeh Hacıbaba oğluna aid qrafada karandaşla “yazma” sözü yazılmış və onun 22.03.1985-ci ildən Tümenə getdiyi qeyd edilmişdir. X12 nəvəsi İddiaçı adı həmin təsərrüfatda yazılmışdır. İş materiallarında olan A.Bakıxanov adına X56 Komissiyasının 07.01.1999-cu il tarixli protokolundan Çıxarışa əsasən uzun müddət yaşadığı nəzərə alınaraq 1959-cu ildə tikilmiş sonuncu qiymətləndirmə dəyəri 1 milyon 684 min köhnə Azərbaycan manatı olan birmərtəbəli yaşayış evi əmlak payı hesabında X16 verilməsi qərara alınmış və əmlak payı kimi yaşayış evini almış X16 15 gün müddətinə müvafiq təşkilatlara müraciət edib binanın özəlləşdrilməsi barədə lazım olan sənədlərinn alınmasının təmin edilməsi barədə tapşırılmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 17.04.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Quba rayonu, Amsar kəndində anadan olmuş, bu barədə 16.12.1978-ci il tarixində qeydiyyat aparılmışdır, X3, atası isə Ramiz Əzizovdur. İş materiallarında olan Quba rayon VVADQ Şöbəsinin 17.04.2019-cu il tarixli arayışından görünür ki, X27 27.10.1983-cü ildə Quba rayonu, Amsar kəndində vəfat etmişdir və bu barədə 10.01.1984-cü ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 02.04.2014-cü il tarixli arayışından görünür ki, X17 23.01.1959-cu ildə Quba rayonu Amsar kəndində anadan olmuşdur, atası X27, anası isə X21r və bu barədə 30.01.1959-cu ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Quba rayon VVADQ Şöbəsinin 17.04.2019-cu il tarixli arayışından görünür ki, X13 15.12.1978-ci ildə Quba rayonu Amsar kəndində vəfat etmişdir və bu barədə 04.10.1991-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 02.11.2012-ci il tarixli arayışından görünür ki, İddiaçı öz qızı Əzizova Hədiyyə ilə nənəsi mərhum X12 adına olan Amsar kəndində yerləşən yaşayış evində yaşayır. Həmin evdə onlardan başqa heç kim yaşamır. İş materiallarında olan Quba rayon İHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 01.04.2013-cü il tarixli arayışından görünür ki, Əzizova X9 yerləşən nənəsi mərhum nənəsi X16 məxsus evdə yaşayır. İş materiallarında olan Quba rayon İHB-nın Amsar İƏV üzrə nümayəndəliyinin 03.05.2019-cu il tarixli arayışından görünür ki, Əzizova X9 yaşayır. İş materiallarında olan 29.12.2004-cü il tarixdə, Quba rayon İHB-nın Amsar İƏV üzrə nümayəndəliyində X12 iştirakı, Quba rayonu, Amsar kənd sakinləri X22 və X11 şahidliyi ilə tərtib olunmuş vəsiyyətnamədən görünür ki, Quba rayonu, Amsar kəndində yaşayan X10 arayonu, Amsar kəndində yerləşən birmərtəbəli, dörd otaqlı, dam örtüyü şiferdən ibraət olan, bişmiş kərpicdən tikilmiş və 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evini və əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində tərtib olunmuş ərizədən görünür ki, X8 24.07.2008-ci il tarixdə vəfat etmiş anası X12 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyil. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində tərtib olunmuş ərizədən görünür ki, X32 24.07.2008-ci il tarixdə vəfat etmiş anası X12 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyil. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində tərtib olunmuş ərizədən görünür ki, X14 24.07.2008-ci il tarixdə vəfat etmiş anası X12 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyil. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində tərtib olunmuş ərizədən görünür ki, X33 24.07.2008-ci il tarixdə vəfat etmiş anası X12 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyil. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269F, KOD 30307018 saylı Şəhadətnaməyə əsasən X31, Cavabdeh Hacıbaba oğlu və İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinin paylara uyğun 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhədinin başlanğıcından 4 metr aralıdan və talvar tikilisinin qonşu torpaq sahəsinə tərəf olan hissəsindən 4 metr uzunluğunda sökülməklə qapı açılmalı, hər iki tərəfdən torpaq sahəsinin daxilinə doğru 24,1 metr, hər iki tərəfdən mərkəzə doğru 9 metr və torpaq sahəsinin uzunluğu boyunca 25,9 metr uzunluqda sərhəd hasarı çəkilməlidir. Torpaq sahəsinin 1/3 hissədə bölgü sxemi rəyə əlavə olunur. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Quba rayon AİK-nin 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən X16, Cavabdeh Hacıbala oğluna və İddiaçı Torpağın Mülkiyyətə Verilməsinə dair JN-269F, kod 30307018 saylı Şəhadətnamə tərtib edilərək 0.13 ha torpaq sahəsi verilmişdir. İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN-269F, kod 30307018 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0.13 ha həyətyanı torpaq sahəsinə paylarının müəyyən edilərək naturada ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-269F, kod 30307018 saylı şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0.13 ha torpaq sahəsinin naturada bölgüsü mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-269F, kod 30307018 saylı Şəhadətnaməyə əsasən İddiaçı, X12 və X23 Quba rayonu, Amsar kəndində yerləşən 0.13 ha torpaq sahəsinə 1/3 hissədə payları müəyyən edilməli və 1/3 hissədə payları “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-269F, kod 30307018 saylı Şəhadətnaməyə əsasən İddiaçı, X12 və X23 Quba rayonu, Amsar kəndində yerləşən 0.13 ha torpaq sahəsinə hər birinin 1/3 hissədə payları müəyyən edilsin və 1/3 hissədə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-83/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-83/2021
19.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver