Məhkəmə qərarları › İş №2(027)-852/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-852/2021

12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-852/2021 12.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi5 nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 2002-ci il tarixli, 04 nömrəli qərarı ilə verilmiş JN-01xx xxx 30325048 saylı torpağa mülkiyyət hüququna X4 onlara məxsus olması faktının müəyyən olunaraq qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxx 2002-ci il tarixli, 04 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə JN-01xx xxx 30325048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X3 ad və soyadları qeyd olunsa da, ata adı qeyd olunmamışdır. Belə ki, “Ərizəçi1” əvəzinə “Ərizəçi1”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2”, Ərizəçi3” əvəzinə “Ərizəçi3”, “Ərizəçi4” əvəzinə “Ərizəçi4”, “Ərizəçi5” əvəzinə “Ərizəçi5” kimi qeyd olunmuşdur. Həmçinin qeyd edirlər ki, adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 kimi qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 kimi yazılaraq ad soyadları qeyd olunsa da, ata adları qeyd olunmamışdır. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Məhkəmədə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Ərizəçi5 və maraqlı şəxs qismində AR ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Abas oğlu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki Ərizəçi2 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Teyyub qızı” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki Ərizəçi4 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Əmrah qızı” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki Ərizəçi1 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Əmrah oğlu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının adı “Əmrah oğlu” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi5 və Kərimova (Əsədova) Sevda Teyyub qızı xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X4 surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli 4 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-0147 saylı, Kod 30325048 saylı Dövlət Aktı tərtib edilərək, 1.49 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 Quba rayon AİK-nın xx.xx.2002-ci il tarixli 04 saylı qərarına əsasən 1.49 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar Torpağa Mülkiyyət Hüququna Dair JN- 0147 saylı, Kod 30325048 saylı Dövlət Aktı tərtib edilmişdir. X3 Ərizəçi1” əvəzinə “Ərizəçi1”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2”, “Ərizəçi3” əvəzinə “Ərizəçi3”, “Ərizəçi4” əvəzinə “Ərizəçi4”, “Ərizəçi5” əvəzinə “Ərizəçi5” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məhkəmədən Torpağa Mülkiyyət Hüququna Dair JN-0147 saylı, Kod 30325048 saylı Dövlət Aktının onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna Dair JN-0147 saylı, Kod 30325048 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-0147 saylı, Kod 30325048 saylı Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi3 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar