Məhkəmə qərarları › İş №2(027)-857/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-857/2022

30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-857/2022 30.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamənin X10, X15 və X8 məxsus olması ilə yanaşı, anası X6, Ərizəçi və torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 nömrəli dövlət aktının anası X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamədə Ərizəçi əvəzinə səhvən X4, X11 əvəzinə səhvən X3 yazılmışdır. Quba rayon Aqrar İslahatı Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 nömrəli dövlət aktına əsasən mərhum anası X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,23 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-561 KOD 30304038 nömrəli dövlət aktında anasının adı X11 əvəzinə səhvən X2 yazılmışdır. O, şəhadətnamədə və dövlət aktında qeyd olunmuş uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********99 nömrəli 17.12.2021-ci il tarixli imtina məktubu almışdır. O, 17.11.2017-ci il tarixdə ölmüş X5 vərəsələri sırasına daxildir. Şəhadətnamədə və dövlət aktında qeyd olunmuş yanlışlıqları aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə əsasən X10, X12, X15, X14 və X13 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilmişdir; torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 nömrəli dövlət aktınının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X7 0,23 ha torpaq sahəsi verilmişdir; Quba RİHB-nın Alekseyev İƏD üzrə nümayəndəliyin 31.01.2022-ci il tarixli 95 saylı arayışından görünür ki, Ərizəçi 17.11.2017-ci il tarixdə vəfat etmiş X5 oğludur və mərhumun vərəsələr sırasına daxildir; AZ-İİ № 151990 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 17.11.2017ci il tarixdə ölmüş Mətanət Abasovanın atasının adı “Nühbala”dır; AЗ № 261524 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28.07.1962ci il tarixdə doğulmuş Mətanət Abasovanın atasının adı “Nühbala”dır; ХVİ-ЖГ № 400995 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə doğulmuşdur; AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsin sahibi Ərizəçidur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17.12.2021-ci il tarixli **********99 saylı və 03.02.2022-ci il tarixli **********15 saylı məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 nömrəli dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin adının düzgün yazılışı “Ərizəçi” olduğu halda torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamədə “X16” kimi, ərizəçinin anası Mətanət Abasovanın ata adı “Nühbala” olduğu halda isə, torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 nömrəli şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 nömrəli dövlət aktında səhvən “Nurbala” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 saylı şəhadətnamənin X10, X15 və X8 məxsus olması ilə yanaşı X6 və Ərizəçi, torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 saylı dövlət aktının X6 məxsus olması faktları tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-231A KOD 30304038 saylı şəhadətnamənin X10, X15 və X8 məxsus olması ilə yanaşı X6 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Torpağa mülkiyyət hüququna dair JN-561 KOD 30304038 saylı dövlət aktının X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar