Məhkəmə qərarları › İş №2(027)-86/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-86/2023

24.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-86/2023 24.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Şıxbaba qızının, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Quba regional “ASAN” xidmət mərkəzi Notariat Kontoruna qarşı “25 mart 2019-cıı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın X5 etibarsız hesab edilməsi'” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 25 mart 2019-cu il tarixdə Cavabdeh2 bağışlamasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahlarından iki övladları-xx.xx.2013-cü il təvəllüdlü İbrahim və xx.xx.2016-cı il təvəllüdlü Nərmin doğulmuşlar. Laçın Şirinovla münasibətləri pozulduğundan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X6 və X3 onun yanında saxlanılması qət edilmişdir. Laçın Şirinovla birgə nikah dövründə Quba rayonu Vladimirovka kəndində 0.03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX №1234795. ********** qeydiyyat nömrəli. xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0.05 ha həyətyanı torpaq sahəsi (Seriya RX №0098610. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX № 0133201. ********** qeydiyyat nömrəli. xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") əldə etmişlər. Bundan başqa, X10 ilə birgə nikah dövründə Laçın Şirinovun adına "Aqrolizinq” ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli 292- L/l 1 və xx.xx.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd MTZ-82 markalı traktor. 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezi lizinq yolu ilə əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadələrində olmuşdur. Laçın Şirinov birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Laçın Şirinov ona evi təmir etmək üçün kreditə pul götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini deyərək Timiryazev kəndində yerləşən həyətyanı torpaq sahəsini və yaşayış evini, eləcə də, ünvan 1ində yerləşən digər təyinatlı torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək onu da evi və həyətyanı torpaq sahəsini, eləcə də, digər təyinatlı torpaq sahəsi bağışlamağına razılıq ərizəsi verməyə razı salmış, bağışlama baş tutduqdan 3 gün sonra Laçın onu döyərək evdən qovmuşdur. Laçın onu evdən qovduqdan sonra aldadıldığını anlayaraq Cavabdeh3nə ərizə ilə müraciət edərək, Cavabdeh3ndə əri X8 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 81-5504 reyestr nömrəli razılıq ərizəsini "Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmiş və qeyd olunan razılıq ərizələri "Elektron notariat” informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra X2 rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Cavabdeh1 satmışmışdır. Cavabdeh1 da DƏDRX-dan adına Seriya RX № ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almışdır. İddia tələbi əsasında Quba Rayon Məhkəməsində işə baxılaraq, məhkəmənin 12 mart 2020-ci il tarixli 2(027)-189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 Quba rayonu. Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli. AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adma Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli. xx.xx.2019-cu il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, RX ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə X4 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh və qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi. S.Qafari və T.Məmmədov) xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi ilə cavabdeh X4 apelyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X4 birgə nikah dövründə əldə etdikləri RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 1ində yerləşən 0.03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı 4/1 hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsindən verdiyi kassasiya şikayətinə baxılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən). Ə.Əliyev və A.Abbasov) İddiaçı kassasiya şikayətim qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və mənə düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdiyimiz iki mərtəbəli yaşayış evinə mənim və azyaşlı uşaqlarımın köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)-738/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, cavabdeh X4 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, 1 8.03.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmiş, onun həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə inşa etdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış aldıqdan sonra 25 mart 2019-cu il tarixdə bu sahəni oğlu Cavabdeh2 notarial qaydada bağışlamışdır. Bağışlama müqaviləsindən sonra Cavabdeh2, bu torpaq sahəsinə və evə dair öz adına 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarış almışdır. X10, digər daşınar və daşınmaz əmlaklar kimi Quba rayonu. Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və yaşayış evini də birgə nikah dövründə əldə etdiklərindən, həmin torpaq sahəsi və yaşayış evindən ona ½ hissə pay düşməsini və onun uşaqları ilə birlikdə həmin evdə köçərək yaşamağını istəmədiyindən, görüntü üçün qeyd olunan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmış, öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hansı ki, Laçın Şirinov nikahımız pozulduqdan sonra yeni ailə qurmuş, həyat yoldaşı və övladı ilə hal-hazırda da qeyd olunan mübahisəli yaşayış evində yaşayır. Lakin həmin evə və torpaq sahəsinə dair Cavabdeh2 adına 25 mart 2019-cu il tarixdə tərtib olunmuş bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarışı ləğv olunmadığından o, uşaqları ilə birlikdə həmin evə və torpaq sahəsinə dair ½ hissədə payını müəyyən etdirə bilmir və qeyd olunan yaşayış evinə köçüb yaşaya bilmədiyindən uşaqları ilə birlikdə hal-hazıradək kirayədə yaşayır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Şıxbaba qızı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quba regional “ASAN” xidmət mərkəzi Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.05 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)- 189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə X4 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, S.Qafari. və T.Məmmədov) xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi ilə Cavabdeh X4 apelyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş; Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunmuş; İş üzrə yeni qətnamə qəbul edilmiş; İddia qismən təmin edilmiş; İddiaçı ilə cavabdeh X4 birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılmş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019- cu il tarixli Alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli alğısatqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmişdir. Cavabdeh X4 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmişdir. İddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən həmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsnin 146.8-ci maddəsinə əsasən Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin həqiqi faktiki hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirlmişdir ki 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər atibarsız hesab edilməldir. Çünki, sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Beləliklə məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Hasanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar