Məhkəmə qərarları › İş №2(027)-864/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-864/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-864/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və X4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-027F KOD 30317038 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair X1, X5 ilə yanaşı Ərizəçi1 və X7 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnam\ çıxarmağı məhkəmədən xahiş etdi. Ərizəçi1 ərizəsində göstərmişdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-027F KOD 30317038 nömrəli Şəhadətnaməyə əsasən atası Abdurəhimov Xaləddin oğluna və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,27 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-027F KOD 30317038 nömrəli Şəhadətnamədə Ərizəçi1 əvəziııə səhvən X8, Ərizəçi2 Harun qızı əvəzinə səhvən X2 yazılmışdır. Şəhadətnamədə qeyd olunmuş ad, soyadda yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etsək də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********47 nömrəli 10 mart 2021-ci il tarixli imtina məktubu alıblar. Ona görə də, Şəhadətnamədə yanlışlıqları aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, JN-027F KOD 30317038 saylı Torpağın Mülkiyyətə veilməsinə dair X1, X5 ilə yanaşı Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə Ərizəçi2 ərizəni müdafiə edərək bildirdi ki, JN-027F KOD 30317038 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Şəhadətnamənin digərləri ilə yanaşı ona da məxsus olması faktı müəyyən edilməsinə dair ərizələrinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilər Ərizəçi1 və X9 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdq olunmuş surətindən görünür ki, Ərizəçi2 Quba rayonu Küsnət kəndində qeydiyytdadır, şəxsiyyət vəsiqəsində adı-Şəfilə soyadı- Abdurəhimov, ata adı- Harın kimi yazılmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin təsdq olunmuş surətindən görünür ki, Ərizəçi1 Quba rayonu Küsnət kəndində qeydiyytdadır, şəxsiyyət vəsiqəsində adı-Zamik, soyadı- Abdurahimov, ata adı- Xaləddin kimi yazılmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Küpçal İƏD-si üzrə nümayəndəliyinin 03.03.2021ci il tarixli 149 nömrəli arayışından görünür ki, JN-027F KOD 30317038 saylı Torpağın Mülkiyyətə veilməsinə dair Şəhadətnamədə Ərizəçi1 əvəziınə səhvən X8, Ərizəçi2 Harun qızı əvəzinə səhvən X2 y azılmışdır. Nümayəndəliyin ərazisində X8 və X11 ad və soyadda şəxslər yoxdur və olmamışdı. İş materiallarında olan, Quba rayon Aqrar İslahatı Komissiyasının 18 noyabr 1998-ci il tarixli 15 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-027F KOD 30317038 nömrəli Şəhadətnaməyə əsasən Abdurəhimov Xaləddin oğluna və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,27 ha torpaq sahəsi verilmiş və həmiin Şəhadətnamədə digərləri ilə yanaşı X8 və X11 da qeyd olunmuşdur.. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin , Ərizəçi1 ünvanladığı 10.03.2021-ci il tarixli məktubda JN-027F KOD 30317038 saylı Torpağın Mülkiyyətə veilməsinə dair Şəhadətnamədə ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-027F KOD 30317038 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair X1, X5 ilə yanaşı Ərizəçi1 və X7 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-027F KOD 30317038 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair X1, X5 ilə yanaşı Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar