Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-870/2021 14.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında 07.08.2015-ci il tarixində 059/M saylı Kredit müqaviləsi bağlanmışdır. X3 illik 10 % olmaqla 60 ay müddətinə 500 000 manat məbləğində kredit verilmişdir. 059/M Kredit müqaviləsinin təminatı kimi 01.09.2015-ci il tarixində İpoteka müqaviləsi bağlanaraq, həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 01 sentyabr 2015-ci il tarixdə bağlanmış həmin kredit müqaviləsi üzrə onun həyat yoldaşı Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən onun həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi 57500 manat dəyərində qiymətləndirilmiş, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.2285 ha torpaq ipoteka ilə yüklü edilmişdir. Lakin onun bundan yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsini gördükdən sonar xəbəri olmuşdur. Qanunvericiliyə əsasən sözügedən ipoteka müqaviləsinin bağlanmasına Cavabdeh1 həyat yoldaşı olaraq onun razılığı tələb olunmasına baxmayaraq, mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü edilmiş, və onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuş, həyat yoldaşı Cavabdeh1 onun etibarından sui istifadə edərək qanunla qorunan maraqlarına və mənafeyinə mühüm zərər vurmuşdur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli 2(002)-161/2020 saylı qətnaməsinin surətindən görünür ki, qətnamənin Cavabdeh1 aid hissədə İddia tələbinin Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55898 manat müəyyən edilməklə , satışdan əldə olunan məbləği kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməsi və daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. İş materiallarında olan 01.09.2015-ci il tarixli İpoteka müqaviləsinin surətində görünür ki, Cavabdeh2 ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin təminatı olaraq Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 1.62 ha torpaq sahəsi və həmin torpaq sahəsi reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, seriya RX ******* 31.07.2015-ci il tarixli Çıxarışa əsasən ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Quba rayonu İİ Nügədi kəndində qeydiyyatda olan İddiaçı tərəfindən verilmiş və notarial qaydad təsdiq olunmuş 01.09.2015-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin Cavabdeh2-yə ipotekaya qoyulmasına etiraz etmir İş materiallarında olan AZE ******** nömrə və seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 672593 nömrə və seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 08.08.1966-ci il tarixdə bağlanmış və 26 nömrə ilə qeyd edilmişdir. Nikah haqqında şəhadətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 06.09.2011-ci ildə verilmişdir “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, sübuetmə yükü baxımından iddiaçı Cavabdeh2 ilə cavabdeh X5 arasında 07.08.2015-ci il tarixində 059/M saylı kredit müqaviləsinin təminatı məqsədilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, seriya RX ******* 31.07.2015-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə yüklü edilib, İddiaçı, həyat yoldaşı Cavabdeh1 məxsus Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.62 ha torpaq sahəsinin Cavabdeh2-yə ipotekaya qoyulmasına etiraz etmədiyi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-nə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-870/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-870/2021
14.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver