Məhkəmə qərarları › İş №2(027)-875/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-875/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-875/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-189H kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1, X10 ilə yanaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onlara, X9, Ərizəçi və X7 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamə ilə 0,06 ha, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamə ilə isə 0,15 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. Lakin həmin Şəhadətnamələrdə onun adı səhv göstərilmişdir. Belə ki, hər iki Şəhadətnamədə adı “Ərizəçi” əvəzinə səhvən “X5” kimi yazılmışdır. Lakin digər bütün sənədlərində adı “Limarə” kimi yazılmışdır. Qeyd etdi ki, Quba Rayon Məhkəməsinin 30.08.2020-ci il tarixli 2(027)-1993/2019 saylı qətnaməsi ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi qət edimişdir. Lakin iddia ərizəsində səhvən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamə qeyd edilməmişdir. Ona görə də Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamənin ona məxsus olması faktı müəyyən edilməmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin şəhadətnamədə adı düzgün yazılmadığından bu mümkün deyildir. Səhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğuna görə Şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bu sənədlərin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunduğuna görə JN-189H kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1, X10 ilə yanaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi onun bacısıdır. Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 189H KOD 30319018 saylı Şəhadətnamə ilə 0,06 ha, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 189F KOD 30319018 saylı Şəhadətnamə ilə isə 0,15 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamələrdə bacısının adı Limarə əvəzinə səhvən Dilarə kimi qeyd edilmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünürki, ad,soyad, ata adı qrfasında Ərizəçi kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8, Ərizəçi, X7 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamə ilə 0,06 ha, fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmiş, mülkiyyətçilərdən olan Ərizəçi adı Şəhadətnamənin ad qrafasında “Dilarə” kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışıdan görünür ki, Quba rayonu İ Nügədi kəndində yaşayan Ərizəçi 04 nömrəli təsərrüfat başına kitabın 116-cı səhifəsinin 336 nömrəli şəxsi hesabına əsasən Ərizəçi yazılıb. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ 437190 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Dadaşova (Yolçiyeva) Limarə Həsənağa qızı xx.xx.1959-cu ildə Quba rayonu İİ Nügədi kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İ-ЖГ469572 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 ilə Dadaşova (Yolçiyeva) Limarə Həsənağa qızı arasında 27.07.1978-ci il tarixində Quba rayonu İ Nügədi kənd sovetliyində nikah bağlanmış 32 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ 210866 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 29.02.1956-cı ildə Bakı şəhərində vəfat etmış, 04.11.2006cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1007 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Məhkəməsinin 2(027)-1993/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamədə qeyd olunan “X12” qızı ilə “X11” qızının eyni şəxs olması Torpağın Mülkiyyətə X2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04.07.2019-cu il tarixli məktubundan görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamədə qeyd olunan səhvin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8, Ərizəçi və X7 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189H KOD 30319018 saylı Şəhadətnamə ilə 0,06 ha, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamə ilə isə 0,15 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamələrdə ərizəçinin adı “Ərizəçi” qızı əvəzinə səhvən “X12” qızı kimi qeyd edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1993/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməs itələbinə dair ərizəsi təmin edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-189F KOD 30319018 saylı Şəhadətnamədə qeyd olunan “X12” qızı ilə “Ərizəçi” qızının eyni şəxs olması Torpağın Mülkiyyətə X2 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 189H KOD 30319018 saylı Şəhadətnamədə isə “Ərizəçi” qızı əvəzinə “X12” qızı kimi qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, JN-189H kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1, X10 ilə yanaşı Ərizəçi məxsus olması faktının müəyyən edilməsi iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307, 308, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-189H kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1, X10 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar