Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-878/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi X6 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin babası X2, anası X10 ilə yanaşı onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nın xx.xx.1988-ci il tarixli 07 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034 saylı, Kod 30329058 saylı Şəhadətnaməyə əsasən babası X2, anası X7 və ailə üzvlərinə fərdi yaşayış evi, həyətyanı sahə və fərdi mənzil tiktisi məqsədi ilə 0,15 ha torpaq sahəsi verilmişdir. Lakin, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onların ata adı “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1nəbi oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2nəbi qızı”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3nəbi oğlu” və “X11” əvəzinə səhvən “X5” kimi qeyd edilmişdir. X19 qeyd olunmuş ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı xx.xx.2020-ci il tarixli imtina məktubu almışlar. Ona görə də, Şəhadətnamədəki yanlışlıqları aradan qaldıra bilmirlər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi X10 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamənin”nin surətindən görünür ki, X4 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Məmməd” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi3 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Məmməd” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Məmmədova (Hüseynova) Maral Məmməd qızı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Məmməd” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X11 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X8 “Hüseynova” soyadı verilmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Məmməd” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı “Məmməd” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə adı qeyd olunan X5 ilə X11 eyni şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə adı qeyd olunan Ərizəçi2nəbi qızı ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə adı qeyd olunan Ərizəçi1nəbi oğlu ilə Ərizəçi1 eyni şəxsdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, JN-034F saylı, Kod 30329058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə adı qeyd olunan Ərizəçi3nəbi oğlu ilə Ərizəçi3 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilmsəinə dair Şəhadətnamələrin surətindən görünür ki, X2, X7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034F saylı, Kod 30329058 saylı Şəhadətnamə tərtib edilərək 0,15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2, X7, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarına əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034F saylı, Kod 30329058 saylı Şəhadətnamə tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1nəbi oğlu”, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2nəbi qızı”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3nəbi oğlu” və “X11” əvəzinə səhvən “X5” kimi qeyd olunmuşdur. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034F saylı, Kod 30329058 saylı Şəhadətnamənin onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034F saylı, Kod 30329058 saylı X1 və X12 ilə yanaşı, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-034F saylı, Kod 30329058 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-878/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-878/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver