Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-883/2021 27.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon X3 İcraiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 07 saylı protokolunun 56 saylı qərarının ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon X3 İcraiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 56 nömrəli qərarından çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Quba şəhəri, 32-33-cü məhəllədən Quba rayon X3 İcraiyyə Komitəsinin qərarı ilə 400 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu barədə müvafiq qərar imzalanmışdır. Quba rayon X3 İcraiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 1659 nömrəli arxiv arayışında da bu səhv qeyd olunmuşdur. Lakin atasının doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərlə atasının adı Abdulla yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsələr də atasının adı düzgün yazılmadığından ərizənin qeydiyyatına imtina verilmiş və bu yanlışığı başqa hər hansı formada aradan qaldıra bilmədiyindən məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəsini müdaifə edərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1965ci ildə anadan olmuşdur. Ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Arxivinin Quba filialının 15 noyabr 2019-cu il tarixli, 1659 nörməli arxiv arayışından görünür ki, Quba rayon X3 İcraiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli 07 №-li protokolunun 56 saylı qərarında vətəndaş Ərizəçi yox 48 saylı sıralama ilə Ərizəçi Vaqif oğlunun adı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Arxivinin Quba filialının 27 aprel 1991-ci il tarixli, 56 nörməli qərarından çıxarışda görünür ki, Quba rayon X3 İcraiyyə Komitəsinin 26.04.1991-ci il tarixli, 4 nömrəli protokolu ilə Ərizəçi 400 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarından çıxarışda Ərizəçi ata adı “Vaqif” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış 10.03.2021-ci il tarixli məktubdan görünür ki, Quba rayon X2 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27.04.1991-ci il tarixli, 56 saylı qərarında qeyd olunmuş hüquq sahibinin ad və soyadında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş martiallarına əlavə olunmuş Quba RİHB Quba şəhər İƏD üzrə nümayəndəliyinin 25.07.2021-ci il tarixli, 326 nömrəli arayışından görünür ki, Quba Rayon X3 İcraiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 56 saylı qərarın 4 nömrəli protokolun çıxarışındakı “Ərizəçi Vaqif” oğlu yox, Ərizəçi kimi tanınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla 26 aprel 1991-ci il tarixdə, 04 №li Protokol əsasında Quba rayon XDS icraiyyə komitəsinin iclasının keçirilməsi və Quba şəhəri, 155 nömrəli evdə yaşayan Ərizəçi Vaqif oğluna 32- 33-cü kvartalda 400 (dörd yüz) kvadrat metr torpaq sahəsi verilməsi, 27. 04.1991-ci il tarixli, 56 nömrəli qərardan çıxarışda ərizəçi, Ərizəçi atasının adının “Vaqif” kimi səhv qeyd olunması, həmin hüquqmüəyyənedici sənəddə ərizəçinin ata adının onun şəxsiyyət vəsiqəsindəki ata adı ilə düz gəlməməsi; həmin hüquqmüəyyənedici sənəddə ərizəçinin ata adının (soyadı, adı, atasının adı) “Ərizəçi Vaqif” oğlu kimi göstərilməsi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində isə ərizəçinin adının (soyadı, adı və atasının adı) Ərizəçi olması, Quba rayon X2 İcraiyyə Komitəsi ləğv edildiyindən ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin əmlaka dair mülkiyyət hüququnun qeydə alınması üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Quba rayon X2 İcraiyyə Komitəsi 27. 04.1991-ci il tarixli, 56 nömrəli qərarından çıxarışın X1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Quba rayon X3 İcrayiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 56 saylı qərarından çıxarışın Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də, ərizə əsaslıdır və təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Quba rayon X3 İcrayiyyə Komitəsinin 27 aprel 1991-ci il tarixli, 56 saylı qərarından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-883/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-883/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver