Məhkəmə qərarları › İş №2(027)-884/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-884/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-884/2021 24.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızı və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət xidmətinin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızı və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-206 kod 30304048 saylı Dövlət Aktının Ərizəçi1, X6 və Ərizəçi3 məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 göstərdi ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 aprel 2003-ci il tarixli 14 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-206 KOD 30304048 nömrəli Dövlət Aktına əsasən bacısı X6 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,47 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa mülkiyyət hüququna dair JN-206 KOD 30304048 nömrəli Dövlət Aktında onların adı Ərizəçi1 əvəzinə səhvən X10, X7 əvəzinə səhvən X8, Ərizəçi3 əvəzinə səhvən, X5 yazılmışdır. Dövlət aktında qeyd olunmuş ad, soyad və ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə" bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yamnda Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********53 nömrəli 10 mart 2021-ci il tarixli imtina məktubu almışdılar. Ona görə də, Dövlət Aktındakı yanlışlıqları aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Torpağa Mülkiyyət Hüququna dair JN-206 kod 30304048 saylı Dövlət Aktının Ərizəçi1, X6 və Ərizəçi3 məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək göstərdi ki, Torpağa Mülkiyyət Hüququna dair JN-206 kod 30304048 saylı Dövlət Aktının onlara məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə ərizəçi Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızına və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə ərizəçi Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi3 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və İV-ЖГ 275259 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi1, ata adı qrafasında Abdulağa kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-Т 154277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və Vİİ-ЖГ 315095 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ata adı qrafasında X7 kimi, ata adı qrafasında Abdulağa kimi qeyd olunmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərindən görünür ki, Ərizəçi1 və X7 Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 aprel 2003-ci il tarixli 14 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-206 KOD 30304048 nömrəli Dövlət Aktına əsasən X6, Ərizəçi3 və Ərizəçi1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,47 ha torpaq sahəsi verilmişdir. Həmin X1 əvəzinə səhvən X8, Ərizəçi3 əvəzinə səhvən, X5, Ərizəçi1 əvəzinə səhvən X4 yazılmşdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin X9 ünvanladığı 10.03.2021-ci il tarixli məktubda JN-206 KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X19 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 22 aprel 2003-ci il tarixli 14 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN- 206 KOD 30304048 nömrəli Dövlət Aktının Ərizəçi1, Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna dair JN-206 kod 30304048 saylı Dövlət Aktının Ərizəçi1, Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızı və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar