Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-884/2025 27.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ İş № 2(027)-884/2025 QƏRARDAD Quba Rayon Məhkəməsi 27 yanvar 2025-ci il Quba şəhəri Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı1,İddiaçı2 və X1 maraqlı şəxslər Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat ofisi və ƏMDK DƏDKR Publik Hüquqi şəxsi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı1,İddiaçı2 və X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan barədə arayış əlavə edilməmiş və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində həmin şəxsin ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Quba Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə, yəni Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1, İddiaçı2 və X1 maraqlı şəxslər Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat ofisi və ƏMDK DƏDKR Publik Hüquqi şəxsi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (GPP qəbz nömrəsi **********) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-884/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-884/2025
27.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver