Məhkəmə qərarları › İş №2(027)-885/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-885/2021

30.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-885/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X18 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Barlı kəndində anadan olmuş övladı 31 mart 1960-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X17 ərizəni onunla əsaslandırmışdır ki, Quba rayonu, Barlı kəndində yaşayır. 01 iyul 1936-cı il tarixdə X7 ilə ailə qurmuş, birgə nikahlarından 31 mart 1960-cı il təvəllüdlü X8 doğulmuşdur. Oğlu Nurəli “Şizofreniya paranoid” xəstəliyindən əziyyət çəkir. X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X3 daimi olaraq müalicə olunur. Övladı əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Övladı X1. Bildirmək istəyir ki, Nurəlinin kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə oğlunun psixi problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Odur ki, övladı 31 mart 1960-cı il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi X12 nümayəndəsi X20 ərizədə yazılanlara uyğun izahat vermiş və göstərmişdir ki, X2 adamın qulluğu olmadan yaşaması mümkün deyildir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmir. Bu səbəblərdən onun tərəfindən hüquq müəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşdiyindən onun üzərində qəyyum təyin edilməsi zəruridir. Ona görə də fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iş üzrə maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq, Himayəçilik və Azyaşlıların Vərəsəlik Hüquqlarının Mühafizəsi İşləri Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Resublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 10 mart 2021-ci il tarixli, arayışından görünür ki, X9 31.03.1960-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 10 mart 2021-ci il tarixli, 73 №li arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 31,03.1960-ci il tarixində Azərbaycan Respublikası,Quba rayon Zərdabi kəndində anadan olmuş X5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 31.03.1978-ci ildən 10.03.2021-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsinin 02.03.2021-ci il tarixli, 360 №li arayışından görünür ki, X8 həqiqətən Quba rayonu Barlı qəsəbəsində qeydiyyatdadır və yaşayır, 48N°li şəxsi hesaba əsasən anası - X11 ibarət ailə tərkibi vardır. İş materiallarında olan Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 02 mart 2021-ci il tarixli 306 saylı arayışından görünür ki, 09.04.1960-cı il təvəllüdlü X10 30.10.2020-ci il tarixdən hal-hazıra qədər Quba rayon PNRM-da stasionar müalicədədir. İş materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertiza mərkəzinin publik hüquqi şəxsin 05.06.2021-ci il tarixli, 1677 №li rəyindən görünür ki, X6 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə qeyd olunur. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtiddarına malik deyil. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X5 Ərizəçi oğlu olması, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 31 mart 1960-cı il tarixdə Quba rayonu Barlı kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 31 mart 1960-cı il tarixdə Quba rayonu Barlı kəndində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar