Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-890/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-157, KOD:30307038 Torpağa Mülkiyyət X2, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən ona və ailə üzvləri X4 və X5 Quba rayonu, Digah kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X18 tərtib edilmişdir. X14 digər mükiyyətçilərin soyadı, adı və atasının adları, eləcə də, onun soyadı və atasının adı düzgün olaraq qeyd olunmuşdur. Lakin, adı “Əlyulla” əvəzinə səhvən “Eynulla” olaraq qeyd edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən bir olan anası X4 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Hazırda həmin torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin, JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X16 adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşır. Həmin yalnışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı, soyadı və atasının adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarınaəlavə edilmiş Quba rayon Xucbala İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına ilə verilmiş JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X16 texniki səhv olaraq Ərizəçi əvəzinə X3 yazılmışdır. Ərizəçi ilə X8 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X15 surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 15.081997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixdə JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X18 tərtib edilərək 1,40 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 saylı qərarına əsasən xx.xx.1999-cu il tarixdə 1,40 ha torpaq sahəsi verilərək JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X18 tərtib edilmişdir. JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X16 “Ərizəçi” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-157, KOD:30307038 Torpağa Mülkiyyət X2 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X7 ilə yanaşı, Ərizəçi məxsus olması məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-157, KOD:30307038 Torpağa Mülkiyyət Hüququna X15 Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-890/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-890/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver