Məhkəmə qərarları › İş №2(027)-892/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-892/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-892/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı və onun vəkili və səlahiyyətli nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, həm də iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi X7 və onun vəkili və səlahiyyətli nümayəndəsi X8, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül oğlunun iştirakı ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış evindən çıxarma, kirayə haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdehlə qarşılıqlı iddia üzrə iddiaçılar X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı cavabdehlər X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış evindən çıxarma, kirayə haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 ona məxsus ünvan 4dən çıxarılması, 2010-cu ildən bu vaxta kimi ödənilməmiş kirayə haqqı kimi 24000 manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin (qaz, su, elektrik enerjisi) cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 ona məxsus ünvan 4dən çıxarılması, 2010-cu ildən bu vaxta kimi ödənilməmiş kirayə haqqı kimi aylıq 200 manat olmaqla 10 il üçün 24000 manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin - adına olan 264 000 800 000 700 saylı abonent hesabına hesablanmış 854,44 manat qaz pulu borcunun, adına olan 400 130 300 101 529 saylı hesabıma hesablanmış 63,53 manat elektrik enerjisi borcunun, onunla Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının onlara qarşı olan, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılma, 2010-cu ildən bu vaxta kimi ödənilməmiş kirayə haqqı kimi 24000 (iyirmi dörd min) manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin (qaz, su, elektrik enerjisi) onlardan alınaraq Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına verilməsi tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onların qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 ABŞ dolları və 1780 (1000+780) manat məbləğində borcun alınıb onlara verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı öz iddiasını müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun babasına məxsus olmuş, babası həmin evi bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən ümumi sahəsi 134,2 kv.m, yaşayış sahəsi 74,5 kv.m olan, iki mərtəbəli dörd yaşayış otağından fərdi yaşayış evi 04.07.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. Babası sağlığında həmin evdə yaşamış, sonuncu vəfat edəndən sonra o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb getdiyi üçün evi kirayəyə vermişdir. Sonradan maddi imkanı çətinləşdiyi üçün evi 65000 ABŞ dollarına satmaq qərarına gəlmişdir. Təxminən 2008-ci ildə cavabdeh X14 evi bəyənmiş və almaq qərarına gəlmişdir. Aralarında bağlanmış razılaşmaya əsasən, Kəmalə Əliyeva ilkin olaraq ona 8000 ABŞ dolları məbləğində pul vermiş, qalan 57000 ABŞ dollarını isə 2008-ci ilin dekabr ayının sonuna kimi verəcəyini öhdəsinə götürmüşdür. Pulu tam verəndən sonra isə ev cavabdeh Kəmalə Əliyevanın adına rəsmiləşdirəcəkdir. Razılaşmadan təxminən bir ay sonra Kəmalə Əliyevanın həyat yoldaşı vəfat etmiş və Kəmalə Əliyeva maddi imkanı yol vermədiyindən evi ala bilməyəcəyini bildirmişdir. İlkin olaraq ödənilmiş 8000 ABŞ dolları beh kimi verilmişdir. Cavabdeh Kəmalə Əliyeva evi almadığından behin batmasına baxmayaraq, o, evi satdıqdan sonra aldığı 8000 ABŞ dollarını qaytaracağını bildirmişdir. Belə ki, o, evi başqa şəxslərə verilməsi üçün həmişə olduğu kimi açarlarını qonşuya vermiş və özü ailəsi ilə birgə Bakı şəhərinə getmişdir. Bir müddət sonra bacısı Qubaya getmiş və ona məxsus evdə əvvəl evi almaq istəyən şəxslərin (cavabdehlər) yaşadığını bildirmişdir. Sonradan öyrənmişdir ki, o, Bakıya qayıtdıqdan sonra qonşusu evi kirayəyə vermiş, lakin cavabdehlər evə girərək, kirayə qalan şəxsləri evdən çıxarmış və orada yaşamağa başlamışlar. 2010-cu ildən cavabdehlərin yenidən onun evinə gəlməsini öyrənəndən sonra onlardan evdən çıxmalarını xahiş etmiş, sonuncular isə evdən çıxmayacaqlarını bildirərək özlərinə məxsus torpaq sahələrini satıb evin qalan pulunu verəcəklərini bildirmişlər. Lakin bir müddət keçdikdən sonra evi almaq istəmədiklərini, eyni zamanda evdən çıxmayacaqlarını bildirmişlər. Onun maddi imkanı olmadığı üçün Qubaya təxminən 2 ildən bir gəlir. Hər dəfə gəlməmişdən qabaq cavabdehlərə evi boşaltmalarını bildirsə də, evə gələndən sonra cavabdehlərin yalvarışlarını və xahişlərini nəzərə alaraq, onlara vaxt verərək geri qayıdır. 10 ildən çoxdur ki, cavabdehlər ona məxsus evdə yaşayırlar. Bu müddət ərzində cavabdehlər ona məxsus evə qanunsuz məskunlaşaraq ona maddi ziyan vurmuşlar. 2010-cu ildən evdə kirayəyə yaşayanlar olsaydı, o, 10 il ərzində 24000 manatdan çox gəlir əldə etmiş olardı və ya həmin evi satmış olsaydı kifayət qədər gəlir əldə etmiş olardı. İllərdir ki, cavabdehlər nə onun evindən çıxmır, nə də ki, evi satmağına imkan vermirlər. Bundan başqa cavabdehlər onun evində qanunsuz yaşayaraq kommunal xərcləri də ödəməmişlər. Cavabdehlərin qaza, elektrik enerjisinə və suya külli miqdarda borcları vardır. Göstərdiklərini nəzərə alaraq, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının vəkili və səlahiyyətli nümayəndəsi Vəkil, ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı (Gəbəkbəyova) ilə Kəmalə Əliyeva arasında olan razılaşmaya əsasən, sonuncu 2008-ci ildə evin dəyəri olan 65000 ABŞ dolları vəsaitdən 8000 ABŞ dolları ödəmiş qalan pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Evin dəyəri tam ödənilmədiyi üçün Vəfa alqı-satqıya dair razılaşmanı notarial qaydada rəsmiləşdirməmiş, tərəflər araında əlyazma iltizam yazılmışdır. İlkin iddia üzrə cavabdehlər evdən çıxmadıqları üçün İddiaçı (Gəbəkbəyova) evini nə kirayə verə, nə də sata bilməmiş, bununla da qazanc əldə edə bilməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, həm Cavabdeh3 nümayəndəsi X14 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, tələbini onunla əsalandırılmışdır ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı onun bacısı Bahar Zamanovanın qonşusudur. Bacısı Bahar onun ev axtardığını bildiyi üçün 2008-ci ilin avqust ayının əvvəllərində qonşusu Vəfa Balədhəmədovanın özünə məxsus yaşayış evini satmaq istədiyini bildirmişdir. O, Vəfa ilə görüşüb evə baxmış və həmin evi almaq qərarına gəlmişdir. Vəfa Balədhəmədova ona evi 65000 ABŞ dollarına satacağını bildirmiş, o isə qeyd olunan məbləği hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bununla bağlı onunla Vəfa və sonuncunun həyat yoldaşı Kamil Baləhmədov arasında yazılı razılaşma olmuş, 21.08.2008-ci il tarixdə o, Quba şəhəri, G.Əsədov küçəsi 6 saylı yaşayış evini 65000 ABŞ dollarına satın almış, ilkin olaraq 8000 ABŞ dolları ödəniş etmiş, qalan məbləği 2008-ci ilin sonunadək hissə-hissə ödəyəcəyi barədə şahidlərin iştirakı ilə iltizama imza edərək evi təhvil almışdır. Həmin gün o, digər cavabdehlərlə birgə satın aldığı yaşayış evinə köçmüşlər. 05.09.2008-cı il tarixdə həyat yoldaşı X10 avtoqəza nəticəsində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən bir neçə gün sonra o, İddiaçı zəng edərək, həyat yoldaşının vəfat etməsini, bu səbəbdən də evin qalan pulunu razılaşdıqları müddətə verə bilməyəcəyindən evini almaq istəmədiklərini bildirmiş, uşaqları ödənişli təhsil aldıqlarından verdiyi 8000 ABŞ dollarını geri istəmişdir. Vəfa ona borcları olduğundan aldığı 8000 ABŞ dollarını borclarına verdiyini, ona əşyalarını bir otağa yığmasını tapşırmış, özü isə evi satan kimi aldığı 8000 ABŞ dollarını qaytaracağını bildirmişdir. Uşaqlarının təhsili ilə əlaqədar o, 2008-ci ilin oktyabr ayında əşyalarını bir otağa yığaraq Bakı şəhərinə getmişdir. 2009-cu ilin may ayında Bakı şəhərindən qayıtdıqdan sonra bir müddət bacısının evində qalmışdır. Vəfadan pulunu tələb etdikdə, sonuncu müxtəlif bəhanələr gətirərək pulu ev satıldıqda verəcəyini bildirmişdir. Onun başqa ev tutmağa maddi imkanı olmadığından və Vəfa ona pulunu vermədiyindən məcbur qalıb açarları götürüb ailəsi ilə birlikdə Vəfanın evində yaşamağa başlamışdır. Bir müddət sonra Vəfa onların həmin evdə yaşadıqlarından xəbərdar olmuş, lakin onlara həmin evdən çıxmalarını deməmişdir. 2013cü ilin noyabr ayında Vəfa ona zəng edərək, uşağının xəstə olmasını bildirərək 1000 manat borc pul istəmiş, o da 18.11.2013-cü il tarixdə poçt vasitəsilə İddiaçı (Gəbəkbəyova) 1000 manat pul göndərmişdir. 2014-cü ilin sentyabr ayında Vəfa yenidən zəng edərək təcili 780 manat pul borc pul lazım olduğunu bildirmişdir. Oğlu Cavabdeh2 19.09.2014-cü il tarixdə poçt vasitəsi ilə İddiaçı (Gəbəkbəyova) 780 manat pulu poçt vasitəsilə göndərmişdir. İddiaçı bu pulları da əvvəl aldığı 8000 ABŞ dolları ilə birlikdə qaytaracağını bildirmişdir. Bir müddət sonra uşaqlarının təhsil haqqını ödəmək üçün Vəfadan pulu istəmiş, sonuncu pulunun olmadığı, ev satıldıqdan sonra verə biləcəyini bildirmişdir. 2019cu ilin yay aylarında istirahət üçün Vəfa ünvan 2 ünvanda yerləşən yaşayış evində onlarla birlikdə qalmışdır. Həmin müddətdə Vəfa onlara evdən çıxmalarınnı bildirməmiş, əksinə onlarla bir evdə yaşamış, onlardan heç bir pul məbləği tələb etməmişdir. Ev satıldıqda ilkin ödəniş olan 8000 ABŞ dolları və borc aldığı 1000 və 780 manat pul məbləğini qaytaracağını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Kəmalə Əliyeva bildirdi ki, 2009-cu ildən hal- hazıradək sözügedən yaşayış evində yaşayır. Kommunal xərclərini (qaz, su, elektrik enerjisi) bu zamanadək o, özü ödəmiş, hətta su sayğacı onun adına qeydə alınmışdır. Hazırda işığa suya borcu yoxdur, qaza olan borcu isə hissə-hissə ödəyəcəkdir. Bundan başqa qeyd olunan yaşayış evində öz pul vəsaiti hesabına təmir işləri aparmışdır. Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı evdə təmir işləri apardığını bilmiş, lakin buna etiraz etməmişdir. Vəfa vaxtında pulunu ödəmədiyindən o, özünə heç bir şərait qura bilməmişdir. Uzun illərdir ki, İddiaçı həmin yaşayış evini satmır və nə da onlara borclu olduğu pulu geri qaytarmır. Vəfa 2020-ci ilin noyabr ayında ona zəng edərək evdən çıxmalarını demişdir. O isə aralarında olan şifahi razılaşmaya əsasən evdən çıxdığı zaman Vəfanın ona borclu olduğu pulu tələb etdikdə Vəfa pulu qaytarmayacağını bildirmişdir. Vəfaya verilən pul vəsaiti qaytarılacağı təqdirdə sonuncuya məxsus evdən çıxmağa razıdır. Vəfa ilə aralarında olan qeyri-rəsmi razılaşmaya görə, Vəfa evi ona hissə-hissə ödəmək şərtilə 65000 ABŞ dollarına satmışdır. O da ilkin olaraq Vəfaya 8000 ABŞ dolları vermişdir. O, evi ala bilmədiyi üçün aralarındakı şifahi razılaşmaya əsasən, Vəfa aldığı 8000 ABŞ dolları qaytaracağını bildirsə də, qaytarmadığı üçün o da müvəqqəti olaraq, pulu qaytarılanadək, qalmağa başqa yeri olmadığı üçün çarəsizlikdən mübahisə predmeti olan evdə yaşamışdır. O, digər cavabdehlərlə birgə həmin evdə kirayədə qalmamış və bununla bağlı aralarında icarə müqaviləsi bağlanmamışdır. Odur ki, o, iddia tələbini kirayə haqqı hissəsində ümumiyyətlə qəbul etmir. Göstərdiklərini nəzərə alaraq, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 vəkili X16 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, təmin olunması, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül oğlu X7 göstərdiklərini təsdiq edərək, bildirdi ki, onlar 2008-ci ildə hissə-hissə ödəmək şərtilə 65000 ABŞ dollarına Vəfadan almışlar. Onlar ilkin olaraq Vəfaya 8000 ABŞ dolları vermişlər. Qalanını hissə-hissə 2008-ci ilin sonunadək ödəməyi razılaşmışlar. Özlərinə məxsus torpaq sahəsini satdıqdan sonra qalan pulu vermək niyyətləri olmuş, Lakin atası Abdulbağı vəfat etdikdən sonra evi satın almağa imkanları olmamışdır. Onlar Vəfaya verdikləri 8000 ABŞ dolları geri istəmişlər. Sonuncu pulu qaytaracağına dair vədlər vermişdir. Lakin Vəfa pulu qaytarmamış, onların başqa yerdə qalmağa imkanları olmadığı üçün əvvəl satın almaq istədikləri evdə, yəni Vəfanın evində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 04.07.2005-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən iki mərtəbəli dörd yaşayış otağından ibarət ümumi sahəsi 134,2 kv.m., yaşayış sahəsi 74,5 kv.m. olan yaşayış evi X5 adına qeydə alınmışdır; AZ-İ 329333 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X11 05.09.2008-ci il tarixdə ölmüşdür; 21.08.2008-ci il tarixli əlyazma iltizamdan görünür ki, X12 həyat yoldaşı X4 ilə birlikdə özlərinə məxsus Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evi X9 65000 ABŞ dollara satmağı qərar vermişlər, alıcı X14 evin ümumi dəyəri olan 65000 ABŞ dolları 31.12.2008-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür; mədaxil qəbzlərdən görünür ki, X5 adına Cavabdeh2 tərəfindən 780 manat, X14 tərəfindən 1000 manat məbləğində pul köçürülmüşdür; “Təbriz Firması”nın 04.05.2011-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Quba şəhəri ərazisində evin olduğu yer (şəhər mərkəzinə, bazara, parka və.s yaxın uzaqlığı), evin təmirli və yaşayış üçün şəraitinin hansı vəziyyətdə olduğu nəzərə almaqla 2 mərtəbəli həyət evlərinin son 5 il ərzində aylıq kirayə haqqı 200-800 manat arasında dəyişir. ünvan 3 ünvanına yaxın ərazidə yerləşən 2 mərtəbəli həyət evlərinin isə evin şəraitindən asılı olaraq son 5 il ərzində aylıq kirayə haqqı 200-450 manat arasında dəyişir; Kamil Gəbəybəyov adına olan qaz sərfiyyatina dair **********00700 saylı hesabdan çıxarışdan görünür ki, Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evdə istifadə edilən qaza görə 2021-ci ilin mart ayına 854,44 manat borc hesablanmışdır; Kəmalə Əliyeva adına olan su sərfiyyatına dair **********000 saylı saldodan görünür ki, Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evdə istifadə edilən suya görə 2021-ci il üzrə 224,02 manat borc hesablanmışdır; hüquqi yardımın göstərilməsi haqqında 146 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Vəkil arasında 12.04.2021-ci il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 400 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı ondan ibarətdir ki, ünvan 4 ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının xüsusi mülkiyyətindədir. Aralarında bağlanmış razılaşma əsasında Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı mülkiyyətində olan evi 65000 ABŞ dollarına X2, sonuncu 8000 ABŞ dolları ilkin ödəniş etmiş, qalan məbləği hissə-hissə ödəmək şərtilə ailə isə birlikdə sözügedən evə köçüb yaşamışdır. Lakin sonradan Kəmalə Əliyeva qalan pulu ödəyə bilməmiş və evi almaqdan imtina etmişdir. Evi almaq fikrindən dönsə də, Kəmalə Əliyeva və digərləri İddiaçı (Gəbəkbəyova) evində bu günədək heç bir hüquqi əsas olmadan yaşamağa davam edirlər. Göründüyü kimi, mübahisəli mənzil ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına məxsusdur, həmin mənzil uzun müddətdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıların qanunsuz istifadəsindədir, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh həmin mənzili qarşı tərəfin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, sonuncu şəxslər mənzili boşaltmaqdan imtina etmişlər. Bunlardan dolayı ilkin iddia üzrə iddiaçı hazırda öz evindən istifadə edə bilməməklə, mülkiyyətindən faktiki olaraq faydalanmaqdan məhrum edilmişdir. Nəticə etibarı ilə qarşı tərəfin bu hərəkətləri nəticəsində ilkin iddia üzrə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər ödəmiş olduqları pulu geri alacaqları təqdirdə, mübahisəli evi tərk edəcəklərini bildirirlər. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi “X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına məxsus ünvan 4dən çıxarılması” hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» 27.09.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı (Gəbəkbəyova) son 10 il ərzində aylıq kirayə məbləği hesablanmaqla müəyyən edilən kirayə haqqını və həmin müddət ərzində yığılıb ödənilməmiş kommunal xərcləri məbləğini tələb edir, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar mübahisə predmeti olan evdə kirayə şərtləri əsasında yaşamadıqlarını qeyd edərək, iddianı ancaq kommunal xərcləri hissəsində etiraf etmişlər. İlkin iddia tələbinin “2010-cu ildən bu vaxta kimi ödənilməmiş kirayə haqqı kimi 24000 manat pulun tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, İddiaçı (Gəbəkbəyova) ilkin iddia üzrə cavabdehlərin mübahisəli evdə sonradan kirayə şərtləri əsasında yaşadıqlarını bildirsə də, iş materiallarından göründüyü kimi, onların arasında hər hansı kirayə (icarə) müqaviləsi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, daşınmaz əmlaka dair kirayə müqaviləsinin forması (yazılı və ya şifahi) qanunla şərtləndirilməmişdir. Lakin, eyni zamanda əmlak kirayəsi müqaviləsinə dair müddəalar müqavilənin bağlanması, ləğv edilməsi və sair hərəkətlərin həyata keçirilməsini tənzimləmiş olur. Bu cür müqavilənin yazılı formada bağlanması kirayə verilən əmlakın vəziyyətini, sayını, ölçüsünü, şəraitini təsvir edir, kirayə müddətini əhatə edir, kommunal və digər xərclərin kim tərəfindən ödənilməsini və tərəflərin digər öhdəliklərini nəzərdə tuturaq, bununla bağlı yaranacaq mübahisələrin gələcəkdə hansı formada həll edilə biləcəyinə, vergilərin ödənilməsi, daşınmaz əşyaya dair hüquqların qeydə alınmasına xidmət edir. Lakin, məhkəmə, daşınmaz əmlaka dair kirayə müqaviləsi üçün yazılı formanı mütləq şərt kimi qəbul edə bilməz. Belə ki, birincisi, bu, məhkəmənin səlahiyyətindən kənardır; ikincisi, bu, hüquqi müəyyənlik prinsipinə ziddir. Beləliklə də, kirayə müqaviləsinin yazılı bağlanması önəmli olsa da, məcburi deyildir və bu hal mübahisəli evin ilkin iddia üzrə cavabdehlərə kirayə verilməsini istisna etmir. Lakin, bununla yanaşı, iddiaçı həmin əmlakın cavabdehlərə kirayə verilməsi ilə bağlı aralarında hətta şifahi razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etmir. İddiaçı məhkəmə baxışında kirayə haqqının məbləğini belə səsləndirmir və cavabdehlərin onun evində qaldıqları müddətə dair kirayə haqqların həcmini bu barədə əldə etdiyi ümumi məlumatlara əsaslandırır. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər iddiaçı ilə aralarına hər hansı bir formada kirayə razılaşmasının olmasını inkar edir və iddianı həmin hissədə qəbul etmirlər. Belə olduğu halda həmin xüsusatları sübut etmək yükü ilkin iddia üzrə iddiaçının üzərinə düşür. Bundan başqa, işin faktiki hallarından müəyyən edildi ki, ilkin iddia üzrə cavabdehlər mübahisə predmeti olan evdə yaşadıqları müddət ərzində daimi şəkildə kommunal xidmətlərdən istifadə etmiş və mütəmadi olaraq ödənişləri həyata keçirmədikləri üçün mülkiyyətçinin kommunal hesablarında borclar qeydə alınmışdır. Belə ki, ilkin iddia üzrə cavabdehlərin izahatlarında da bu fakt öz təsdiqi tapmışdır. Bundan savayi, ilkin iddia üzrə cavabdehlər tərəfindən istismar edilmiş kommunal xidmətlərə görə ödəmələrin hazırki dövrdə dövlət büdcəsinə köçürülməməsi gələcəkdə həmin borcların evin mülkiyyətçisindən tələb ediləcəyi ilə nəticələnəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi kommunal xərclərinin ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, ünvan 4ə dair 2010-cu ildən bu vaxta kimi ödənilməmiş kommunal xəclər kimi Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının adına olan **********00700 saylı abonent hesabına hesablanmış 854,44 (səkkiz yüz əlli dörd manat qırx dörd qəpik) manat qaz pulu borcu, **********01529 saylı abonent hesabına hesablanmış 63,53 (altmış üç manat əlli üç qəpik) manat elektrik enerjisi borcu cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 400 manat X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq ona ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər ilkin iddia üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Çünki, əlavə olaraq qarşılıqlı iddia üzrə irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, daha əvvəl hüquqi qiymət verildiyindən qarşılıqlı iddia tələbinə “Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının onlara qarşı olan, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılma, 2010-cu ildən bu vaxta kimi ödənilməmiş kirayə haqqı kimi 24000 (iyirmi dörd min) manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin (qaz, su, elektrik enerjisi) onlardan alınaraq Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına verilməsi tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi” hissəsində təkrar qiymət verilməsinə ehiyac qalmır. İşin mübahisə olunmayan hallarından bəllidir ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı özünə məxsus evi X1 ilə bağlı razılaşma zamanı, sonuncudan ilkin ödəniş kimi 8000 ABŞ dolları almışdır. Sonradan razılaşmaları baş tutmadıqda qarşılıqlı iddia üzrə cavabdeh aldığı pulu qaytaracağını bildirsə də, sözünə əməl etməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş qəbzlərdən göründüyü kimi İddiaçı (Gəbəkbəyova) müxtəlif tarixlərdə X14 və Cavabdeh2 Əbdulbağı tərəfindən poçt vasitəsilə 1780 (1000+780) manat məbləğində pul göndərilmiş, İddiaçı da bu halı məhkəmədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər iki tərəf 8000 ABŞ dolları və 1780 (1000+780) manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına verildiyini qəbul edir. İddiaçı məhkəmədə izahat verərkən həmin pul vəsaitinin mübahisəli evin gələcəkdə satılacaq məbləğinin bir hissəsi olduğunu, bunun beh olmadığını və məhkəmə çəkişmələri başlanan vaxtadək onun evindən çıxacaqları halda qarşılıqlı iddia üzrə iddiaçılara qaytarmaq fikrində olduğunu bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar da sözügedən məbləğin evi almaq məqsədilə verdiklərini və sonradan onlara qayratılmadığından evdən çıxmadıqlarını təsdiq etmişlər. Məhkəmə vurğulayır ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı ilə bağlı tərəflərin arasında hər hansı bir müqavilə imzalanmamış, 8000 ABŞ dolları və 1780 (1000+780) manat məbləğində pul vəsaiti beh olaraq verilməmiş və hər hansı bir öhdəliyin icrası ilə bağlı əvəzləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 ABŞ dolları və 1780 (1000+780) manat məbləğində borcun tutulması” hissədə əsaslı olduğu üçün təmin edilməli, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 (səkkiz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və 1780 (bir min yeddi yüz səksən) manat məbləğində borc alınıb X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3, Cavabdeh4 verilməlidir. Qalan hissədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il qərarının 6.10-ci bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər iki tələb bir biri ilə sıx əlaqəli olduğundan,onların eyni vaxtda icra edilməsi gələcəkdə tərəflərin arasında olan mübahisənin dərinləşməsinin və hər hansı bir qarşıdurmanın qarşını almaq məqsədilə hər iki tələbin eyni vaxtda icra edilməsi məqsədəmüvafiqdir. Odur ki, qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3, Əliyeva X6 (Gəbəkbəyova) Vəfa Azər qızına məxsus ünvan 4dən çıxarılsınlar. ünvan 4ə dair 2010-cu ildən ödənilməmiş kommunal xəclər kimi Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının adına olan **********00700 saylı abonent hesabına hesablanmış 854,44 (səkkiz yüz əlli dörd manat qırx dörd qəpik) manat qaz sərfiyyatı borcunun, **********01529 saylı abonent hesabına hesablanmış 63,53 (altmış üç manat əlli üç qəpik) manat elektrik enerjisi istehlakı borcunun cavabdehlər tərəfindən müvafiq hesablara ödənilməsi təmin edilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada alınaraq Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 (səkkiz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və 1780 (bir min yeddi yüz səksən) manat məbləğində borc alınıb X14, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3, Cavabdeh4 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar